20/02/2017 22:35
728 x 90

Yurd ye­ri

img

Kər­ki­nin ağ­rı­lı ta­ri­xi, kər­ki­li­lə­rin acı ta­le­yi...

Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Sə­də­rək ra­yo­nu­nun bu qə­dim ya­şa­yış məs­kə­ni də Er­mə­nis­tan tə­rə­fin­dən 1990-cı il yan­va­rın 15-də iş­ğal edi­lib

I ya­zı

Azər­bay­ca­nın ay­rıl­maz tər­kib his­sə­si olan Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Kər­ki kən­di­nin er­mə­ni­lər tə­rə­fin­dən iş­ğal olun­ma­sın­dan il­lər öt­sə də, hər qa­rı­şın­da qə­dim ta­ri­xi­mi­zi ya­şa­dan bu tor­pa­ğın ta­le­yi və iş­ğal sə­bəb­lə­ri, nə­dən­sə, ki­fa­yət qə­dər işıq­lan­dı­rıl­ma­yıb, bir çox hal­lar­da isə mət­bu­at­da bu ba­rə­də yan­lış mə­lu­mat­lar da yer alıb.

Nax­çı­va­nın şi­mal-qər­bin­də, Sə­də­rə­yin 8-10 ki­lo­metrli­yin­də yer­lə­şən, 960 hek­ta­ra ya­xın əra­zi­ni əha­tə edən bu qə­dim ya­şa­yış məs­kə­nin­də vax­ti­lə aş­kar olun­muş nek­ro­pol, mü­da­fiə is­teh­kam­la­rı, daş qu­tu qə­bir­lər və s. mad­di mə­də­niy­yət nü­mu­nə­lə­ri, ar­xe­o­loq­la­rın fik­rin­cə, era­mız­dan əv­vəl III mi­nil­li­yin so­nu və II mi­nil­li­yə aid edi­lir.

 Kən­din əra­zi­sin­də­ki "O tay", "Su­lu za­ğa", "Bə­zir­xa­na", "Köh­nə Kər­ki", "Də­lik daş", "Sə­nəm za­ğa­sı", "Ga­vur­qa­la",  "Cə­hən­nəm də­rə", "Şır­ran", "Qı­zıl daş", "Qurdba­ba", "Al­ma yok­ku­şu", "Qır­mı­zı gü­ney", "Şu­rut bu­la­ğı" və s. to­po­nim­lər də bu tor­pa­ğın qə­dim ta­ri­xin­dən xə­bər ve­rir. Əl­bət­tə, "kər­ki" to­po­ni­mi ilə "kər­kük" sö­zü ara­sın­da da bir ox­şar­lıq, uy­ğun­luq var­dır.

Mah­mud Kaş­ğa­ri­nin "Di­va­ni-lü­ğə­tit-türk" ki­ta­bın­da "kər­kük" sö­zü "çö­kək­lik", "də­rə", "va­di" mə­na­sın­da iş­lə­nib. Ma­raq­lı­dır ki, Kər­ki kən­di­nin 4-5 km şi­mal-şər­qin­də Araz­də­yən-Cer­muk yo­lu­nun ya­xın­lı­ğın­da xa­ra­ba­lıq­la­rı qa­lan Köh­nə Kər­ki 50-60 metrlik də­rə­nin di­bin­də, çö­kək­lik­də yer­lə­şir­di. Mü­a­sir İraq­da­kı Kər­kük ma­ha­lı əha­li­si­nin nə vaxtsa Azər­bay­can­dan kö­çüb get­di­yi­ni bi­li­rik. Ona gö­rə be­lə qə­na­ə­tə gəl­mək olar ki, bəl­kə də hə­min tay­fa­lar­dan bi­ri nə vaxtsa bu­ra­lar­dan kö­çüb ge­dib və "Kər­kük" sö­zü "kər­ki­li­yik"-"kər­ki­yik"-"kər­kik"-"kər­kük" şək­lin­də ya­ra­nıb.

İn­gi­lis ta­rix­çi­si Ste­fan Lon­riq isə "Mü­a­sir İra­qın dörd əs­ri" ki­ta­bın­da ya­zır: "Şah İs­ma­yıl Şir­va­nı tut­duq­dan son­ra türkmən­lə­ri bir­də­fə­lik Nax­çı­van ya­xın­lı­ğın­da­kı vu­ruş­da dar­ma­da­ğın et­di"...

Kim bi­lir, bəl­kə də yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Nax­çı­va­nın 80-90 km-də yer­lə­şən, dağ­la­rın üzük qa­şı ki­mi döv­rə­yə al­dı­ğı də­rə-tə­pə­li, dağ­lı Köh­nə Kər­ki­nin də qə­dim əha­li­si si­nə­si­nə dağ çə­ki­lib İra­qa qa­çan tay­fa­lar­dan olub.

Kər­kük türkmən­lə­rin­dən olan İra­qın bö­yük şa­i­ri, Azər­bay­can xal­qı­nın ya­xın dos­tu Əb­dül­lə­tif Bən­də­roğ­lu­nun fik­ri də de­yi­lən­lər ba­rə­də dü­şün­mə­yə əsas ve­rir: "Ta­ri­xə bax­mış olar­saq, faktlar gös­tə­rir ki, biz məhz Azər­bay­can və Or­ta Asi­ya­dan gə­lib İraq­da yer­lə­şən oğuz­lar­da­nıq. Kö­kü­müz-so­yu­muz bir­dir. Ta­le­yin gər­di­şi elə gə­ti­rib ki, bir his­sə­miz türk, bir his­sə­miz azər­bay­can­lı, di­gər his­sə­miz isə türkman ad­la­nır. Əs­lin­də, ha­mı­mız ey­ni bir ana­nın öv­la­dı­yıq. Bəl­kə bu­na gö­rə də İraq türkmən­lə­ri Azər­bay­ca­nı öz­lə­ri­nə və­tən sa­yır, azər­bay­can­lı­la­rı da qan qo­hum­la­rı, ba­cı-qar­daş­la­rı he­sab edir­lər".

Azər­bay­can xə­ri­tə­sin­də, çox qə­ri­bə ol­sa da, Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­dan kə­nar­da, Er­mə­nis­tan əra­zi­sin­də ki­çik və qə­rib ada ki­mi gös­tə­ri­lən bu kənd çox ki­çik bir xət­lə Sə­də­rək əra­zi­si­nə bir­ləş­di­ri­lib. Ta­ri­xin sərt və haq­sız sı­naq­la­rı ilə za­man-za­man üz-üzə qa­lan bu kənd beş ad­dım­lı­ğın­da­kı Azər­bay­can əra­zi­si­nə söy­kən­mək əvə­zi­nə, xə­ri­tə­lər­də tən­ha ada ki­mi Er­mə­nis­tan tə­rəf­də qa­lıb. Tə­əs­süf ki, bu­nun çox acı­na­caq­lı bə­ha­nə­lə­ri var. Hə­lə Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın ya­ran­dı­ğı ilk dövrlər­dən eti­ba­rən bir sı­ra iri im­pe­ri­a­list döv­lət­lə­ri­nin Nax­çı­van əra­zi­si­nə diş qı­ca­yıb bu tor­paq­la­rı ələ ke­çir­mə­yə, bu­ra­da öz ha­ki­miy­yət­lə­ri­ni qur­ma­ğa səy et­dik­lə­ri bir vaxtda xə­ya­nət­kar qon­şu­muz olan er­mə­ni­lər də bu göy­dən­düş­mə für­sə­ti əl­dən ver­mə­yib, əra­zi­lə­ri­ni Nax­çı­van tor­paq­la­rı he­sa­bı­na ge­niş­lən­dir­mək id­di­a­sın­da olub­lar. Hət­ta 1919-cu ilin mart ayın­da iş­ğal­çı­lıq məq­sə­di­lə Nax­çı­va­na gə­lən in­gi­lis­lər də Şə­rur-Də­rə­lə­yəz ma­hal­la­rı­nın və Nax­çı­va­nın er­mə­ni­lə­rə ve­ril­mə­si­ni tə­ləb edib­lər. La­kin hə­min vaxt Nax­çı­van, Neh­rəm, Şə­rur və Sə­də­rək əha­li­si la­yi­qin­cə öz sö­zü­nü de­yib.

Ar­xa­sın­da in­gi­lis ge­ne­ral­la­rı da­ya­nan er­mə­ni daş­nak­la­rı isə Nax­çı­van əha­li­si­nin və əsas qə­rər­ga­hı Sə­də­rək­də yer­lə­şən, Ab­bas­qu­lu­bəy Şad­linski­nin baş­çı­lıq et­di­yi "Qır­mı­zı Ta­bor"un cə­sur dö­yüş­çü­lə­ri­nin öz doğ­ma tor­pa­ğı­na, doğ­ma Azər­bay­ca­na bağ­lı­lı­ğı­nı gör­dük­dən son­ra Nax­çı­va­nın Er­mə­nis­ta­na qa­tıl­ma­sı id­di­a­sın­dan əl çək­mə­yə məc­bur olub­lar. Məhz be­lə bir vaxtda Azər­bay­can­da so­vet ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sı ye­ni hö­ku­mə­tin bir sı­ra qon­şu döv­lət­lər­lə dostluq əla­qə­lə­ri və di­gər dip­lo­ma­tik əla­qə­lər ya­rat­ma­sı zə­ru­rə­ti­ni do­ğur­du. Bu şə­ra­it­də 1921-ci il mar­tın 16-da Moskva­da Tür­ki­yə ilə RSFSR ara­sın­da dostluq və qar­daş­lıq haq­qın­da mü­qa­vi­lə im­za­la­nıb. Hə­min mü­qa­vi­lə­nin 16-cı mad­də­sin­dən son­ra baş­la­nan 1-ci əla­və­nin "s" bən­din­də Nax­çı­va­nın əra­zi­si aşa­ğı­da­kı ki­mi gös­tə­ri­lib: "Ara­rat stan­si­ya­sı - Sa­ray­bu­laq da­ğı-Kö­mür­lü dağ-Səy­yad­dağ-Qurtqu­laq kən­di-Kəm­sur dağ-Kü­kü­dağ və Şərqdən Nax­çı­van qə­za­sı­nın in­zi­ba­ti sər­hə­di".

De­mə­li, Moskva mü­qa­vi­lə­si­nə əsa­sən, Er­mə­nis­tan tə­rəf­dən Nax­çı­va­nın sər­hə­di heç də Araz­də­yən­dən yox, Sə­də­rək­dən 25-30 km Er­mə­nis­ta­na tə­rəf olan Ara­rat (Də­və­li) stan­si­ya­sın­dan təs­diq olu­nub. 1921-ci il oktyabr ayı­nın 13-də Tür­ki­yə, Ru­si­ya, Azər­bay­can, Er­mə­nis­tan və Gür­cüs­tan ara­sın­da im­za­lan­mış Qars mü­qa­vi­lə­sin­də də Azər­bay­ca­nın pro­tek­to­ra­tı al­tın­da vi­la­yə­tin mux­tar əra­zi ol­ma­sı­na ra­zı­lıq ve­ril­mək­lə, Sə­də­rək tə­rəf­dən baş­la­nan Nax­çı­van sər­hə­di­nin Ur­mi­yə kən­di-Araz­də­yən stan­si­ya­sı-Daş­bu­run da­ğı-Cə­hən­nəm­də­rə-Ba­ğır­saq da­ğı is­ti­qa­mə­tin­dən keç­mə­si ilə qeyd edi­lir. Bu da haq­qın­da bəhs et­di­yi­miz Kər­ki kən­di əra­zi­si­nin ada şək­lin­də Er­mə­nis­tan içə­ri­sin­də yox, Azər­bay­can tor­paq­la­rı da­xi­lin­də möv­cud­lu­ğu­nun sü­bu­tu­dur.

Moskva və Qars mü­qa­vi­lə­lə­rin­də adı çə­ki­lən, ey­ni za­man­da Sə­də­rək­lə Kər­ki ara­sın­da­kı əra­zi­də yer­lə­şən Ba­ğır­saq də­rə­si, Cə­hən­nəm də­rə, Qa­ra­a­ğac, Qurdba­ba, həm­çi­nin on­la­ra ya­xın olan Kər­ki­nin dü­zü, Hə­sən­qu­lu ba­ğı, Ka­ha, Bə­zir­xa­na, Qı­zıl­daş, Köh­nə Kər­ki ki­mi yer­lər də da­im Azər­bay­can əra­zi­si olub. 

 

Er­mə­ni­lə­rin uzun il­lər bo­yu Moskva, İrə­van və Tif­lis­də apar­dı­ğı xə­ya­nət­kar si­ya­sə­tin nə­ti­cə­si

Moskva və Qars mü­qa­vi­lə­lə­ri­nin iş­ti­rak­çı­sı olan hə­min döv­lət­lər­lə ra­zı­laş­dı­rıl­ma­dan hər iki mü­qa­vi­lə­nin şərtlə­ri ko­bud şə­kil­də po­zu­lub. Hə­min mü­qa­vi­lə­lə­ri bağ­la­yan döv­lət­lə­rin ira­də­si­nin zid­di­nə və qa­nun­suz ola­raq Za­qaf­qa­zi­ya SFSR MİK Rə­ya­sət He­yə­ti­nin 18 fev­ral 1929-cu il ta­rix­li qə­ra­rı ilə Azər­bay­ca­nın Nax­çı­van MSSR əra­zi­sin­dən 657 kvad­rat ki­lo­metr və ya 65 min 700 hek­tar tor­paq sa­hə­si Er­mə­nis­ta­na ve­ri­lib. Heç bir sə­bəb gös­tə­ril­mə­dən, əsas­sız şə­kil­də yu­xa­rı­da­kı qə­rar­la Er­mə­nis­ta­na ve­ri­lən 9 kən­din (Kər­çi­van, Qurdqu­laq, Go­ra­diz, Ağ­bin, Ağ­xəc, Al­ma­lı, Sul­tan­bəy, İt­qı­ran və Ki­lit kən­di­nin bir his­sə­si) sə­bəb­siz Er­mə­nis­ta­na ve­ril­mə­si əv­vəl­lər bir qə­dər giz­li sax­la­nıb. Son­ra­lar yer­li əha­li tə­rə­fin­dən mü­əy­yən eti­raz­lar ol­sa da, rəs­mi or­qan­lar­da, döv­lət sə­viy­yə­sin­də bu ba­rə­də heç bir tə­şəb­büs gös­tə­ril­mə­yib, nə­ti­cə­də azər­bay­can­lı əha­li za­man-za­man hə­min əra­zi­lə­ri tərk edib və hə­min tor­paq­lar sax­ta yol­la Er­mə­nis­tan əra­zi­si­nə çev­ri­lib.

Ta­rix üz­rə fəl­sə­fə dok­to­ru, do­sent, uşaq­lı­ğı­nı il­lər­dir er­mə­ni əsa­rə­tin­də qa­lan ulu və mü­qəd­dəs Tej­qar da­ğın­da, Su­lu za­ğa­da... iti­rən, yurdsuz­lu­ğa döz­mə­yib dün­ya­sı­nı qə­fil də­yi­şən mər­hum Va­qif Məm­mə­do­vun "Kər­ki­nin ta­le­yi" ki­ta­bın­da dil açan faktlar düş­mə­nin ne­cə məkrli və zülmkar, xal­qı­mı­zın isə ürə­yi­a­çıq, sa­də­lövh ol­du­ğu bir da­ha göz önü­nə gə­lir: "...Za­man keç­dik­cə bu ta­ri­xi səh­vin (əs­lin­də, qon­şu xə­ya­nə­ti­nin) acı nə­ti­cə­lə­ri tam ay­dın­lı­ğı ilə özü­nü gös­tər­di­yin­dən, sax­ta qə­ra­rın qə­bul edil­di­yi vaxtdan ilk rəs­mi eti­raz 61 il son­ra, 1990-cı ilin may ayın­da ke­çi­ri­lən 11-ci ça­ğı­rış Nax­çı­van MSSR Ali So­ve­ti­nin on bi­rin­ci ses­si­ya­sın­da gös­tə­ri­lib. Hə­min ses­si­ya­nın ma­te­ri­al­la­rın­da de­yi­lir­di: "Nax­çı­van əra­zi­si­nin mü­əy­yən his­sə­si­nin Er­mə­nis­tan SSR-ə ve­ril­mə­si ba­rə­də Zaq­fe­de­ra­si­ya MİK Rə­ya­sət He­yə­ti­nin 18 fev­ral 1929-cu il ta­rix­li qə­ra­rı qa­nu­na­uy­ğun ol­ma­dı­ğı­na gö­rə Nax­çı­van MSSR-in haq­qı var­dır ki, Qars mü­qa­vi­lə­si­ni rəh­bər tu­ta­raq Mux­tar Res­pub­li­ka­dan qey­ri-qa­nu­ni alın­mış 657 kvad­rat ki­lo­metr sa­hə­nin ge­ri qay­ta­rıl­ma­sı­nı tə­ləb et­sin və onun su­ve­ren­li­yi və əra­zi bü­töv­lü­yü sa­hə­sin­də yol ve­ril­miş əda­lət­siz­li­yi bər­pa et­sin".

Ta­ri­xi səh­vin dü­zəl­dil­mə­si üçün 61 il­dən son­ra irə­li sü­rü­lən tə­şəb­büs elə bir vax­ta düş­müş­dü ki, ye­nə Nax­çı­va­nın ba­şı üs­tü­nü qa­ra bir qüv­və ki­mi er­mə­ni təh­lü­kə­si al­mış­dı: 3-4 ay əv­vəl Ba­kı­da Qan­lı Yan­var ha­di­sə­si baş ver­miş­di, Sə­də­rə­yə və Nax­çı­va­nın di­gər sər­həd böl­gə­lə­ri­nə er­mə­ni­lə­rin ilk hü­cum­la­rı ol­muş­du. Qa­ra­bağ fa­ci­ə­si­nin miq­ya­sı gü­nü-gün­dən ge­niş­lə­nir­di. Elə bu­na gö­rə də irə­li sü­rü­lən hə­min tə­şəb­büs hə­ya­ta ke­çi­ril­mə­di...

Mə­həm­məd NƏ­Rİ­MA­NOĞ­LU
Mə­ta­nət DUY­ĞU­LU

Son xəbərlər