23/06/2017 03:53
728 x 90

Er­mə­ni po­li­to­loq­dan dördgün­lük mü­ha­ri­bə ilə bağ­lı eti­raf və böh­tan...

"Azər­bay­ca­nın bu­na heç eh­ti­ya­cı da yox­dur"

img

Üze­yir Cə­fə­rov: "Bi­zim yük­sək təh­sil­li za­bit­lə­ri­mi­zə nə gə­lib ki?"

 

Er­mə­ni po­li­to­loq­lar öl­kə­lə­ri­nin KİV-lə­rin­də ye­ni­dən ap­rel dö­yüş­lə­ri­ni ge­niş təh­lil edib. Re­gi­o­nal Araş­dır­ma­lar Mər­kə­zi­nin di­rek­to­ru Ri­çard Ki­ra­kos­yan bil­di­rib ki, ap­rel ha­di­sə­lə­rin­dən iki mü­hüm nə­ti­cə çı­xır:

"Bi­rin­ci­si, bu bi­zim xo­şu­mu­za gəl­sə də, gəl­mə­sə də, ilk də­fə Azər­bay­can əra­zi­lər tut­ma­ğa na­il olub. İkin­ci­si, bu bö­yük əhə­miy­yət da­şı­yır, bu ha­di­sə­lər nə­ti­cə­sin­də bəl­li ol­du ki, kor­rup­si­ya mil­li təh­lü­kə­siz­li­yə təh­did­dir. İn­di bu da­ha bö­yük əhə­miy­yət kəsb edir, çün­ki seç­ki ərə­fə­sin­də mü­za­ki­rə gün­də­mi­ni for­ma­laş­dı­rır".

Po­li­to­loq Alek­sandr İs­kan­dar­ya­nın fik­rin­cə, ap­rel mü­ha­ri­bə­si gös­tə­rib ki, bu mə­sə­lə hər­bi yol­la həll olu­na bil­məz: "Azər­bay­can 22 il mü­ha­ri­bə­yə ha­zır­la­şıb. Son dörd-beş il­də 20 mil­yard dol­lar­dan çox və­sa­it xərclə­nib. Əmə­liy­yat ye­tə­rin­cə sa­vad­lı idi. Çox gü­man ki, əmə­liy­yat, be­lə de­yək, baş­qa öl­kə­lər­dən olan məs­lə­hət­çi­lər tə­rə­fin­dən plan­laş­dı­rıl­mış­dı. Tex­ni­ka ki­fa­yət qə­dər san­bal­lı idi. Qa­ra­bağ­lı­lar­dan fərqli ola­raq, Azər­bay­can dö­yüş­lə­rə xü­su­si tə­yi­nat­lı­la­rı çı­xar­mış­dı. Bü­tün bun­la­rın nə­ti­cə­sin­də, sa­də­cə, iki kar­tof tar­la­sı zəbt olu­nub. Azər­bay­ca­nın məq­sə­di­nin bu ki­çik əra­zi­lə­ri tut­maq ol­du­ğu­nu dü­şün­mək müm­kün de­yil".

Gö­rün­dü­yü ki­mi, er­mə­ni ekspertlə­rin fi­kir­lə­rin­də ma­raq­lı nü­an­sa rast gə­li­nir. Hət­ta on­lar tə­rə­fin­dən be­lə id­dia or­ta­ya qo­yu­lur ki, mə­lum uğur­lu əmə­liy­yat baş­qa öl­kə­lər­dən olan məs­lə­hət­çi­lər tə­rə­fin­dən plan­laş­dı­rı­lıb. Bu­nun­la er­mə­ni po­li­to­loq­lar nə­yə işa­rə edir­lər?

Hər­bi ekspert Üze­yir Cə­fə­rov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə məz­mun­lu fi­kir­lə­ri Er­mə­nis­ta­nın növ­bə­ti sa­yıq­la­ma­sı ki­mi qə­bul et­mək olar: "Gö­rü­nür ki, er­mə­ni­lər öz köl­gə­lə­rin­dən qorxma­ğa baş­la­yıb. Tam mə­su­liy­yə­ti­lə de­yə bi­lə­rəm ki, hə­min dö­yüş­lə­rin plan­laş­dı­rıl­ma­sın­da heç bir xa­ri­ci hər­bi mü­tə­xəs­sis­dən is­ti­fa­də olun­ma­yıb. Azər­bay­ca­nın bu­na heç eh­ti­ya­cı da yox­dur. Bi­zim yük­sək təh­sil­li za­bit­lə­ri­mi­zə nə gə­lib ki? Er­mə­nis­tan bu­nun­la bağ­lı də­lil­lər or­ta­ya qo­ya bil­sə, mən üzr is­tə­mə­yə ha­zı­ram. Be­lə id­di­a­lar eşi­di­rik ki, ap­rel dö­yüş­lə­ri­ni gü­ya türk və ya pa­kis­tan­lı za­bit­lər plan­laş­dı­rıb. Heç bir əsa­sı ol­ma­yan fi­kir­lər­dir. Məq­səd bəl­li­dir. Er­mə­nis­tan öz uğur­suz­lu­ğu fo­nun­da Azər­bay­ca­nın qa­zan­dı­ğı zə­fə­ri xa­ri­ci fak­to­ra bağ­la­maq is­tə­yir. Hə­min adam­lar nə de­di­yi­nin fər­qi­nə var­sa, bi­lər­lər ki, de­yi­lən əra­zi­lər­də dö­yüş pla­nı­nı cız­maq üçün ora­la­rın spe­si­fi­ka­sı­na ya­xın­dan bə­ləd ol­ma­lı­san. Bu­na da xa­ri­ci mü­tə­xəs­sis­lər bə­ləd de­yil. Uzun il­lər­dir Azər­bay­ca­nın za­bit və əs­gər­lə­ri dö­yüş ha­zır­lı­ğı ke­çir. Biz hər an be­lə dö­yüş­lə­rin ola­ca­ğı­nı göz­lə­yi­rik. Əmin olun ki, bun­dan da bö­yük zə­fər­lə­rə im­za ata­ca­ğıq".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər