24/06/2017 21:30
728 x 90

Ru­si­ya ta­rix­çi­lə­ri sax­ta dün­ya er­mə­ni­çi­li­yi­nə qar­şı da­ha bir ge­diş ha­zır­la­yır

Azər Pa­şa­soy: "Tam mən­tiq­li ola­raq qeyd olu­nur ki, 1977-ci il­də baş ve­rən ha­di­sə­nin han­sı məx­fi­li­yi ola bi­lər?"

img

"Sə­nəd­lə­rin açıq­lan­ma­sı ilə bağ­lı elan olu­nan pe­ti­si­ya­nı tam dəs­tək­lə­yi­rəm və he­sab edi­rəm ki, bu­nun er­mə­ni vəh­şi­li­yi­nin öy­rə­nil­mə­si­nə xü­su­si fay­da­sı ola­caq"

 

Ru­si­ya­da er­mə­ni ta­ri­xi ilə bağ­lı sax­ta­kar­lıq­la­rı üzə çı­xa­ran çox­lu say­da el­mi araş­dır­ma­nın mü­əl­li­fi, ta­rix­çi-alim Oleq Kuz­net­sov 1977-ci il yan­va­rın 8-də er­mə­ni­lə­rin Moskva­da tö­rət­di­yi ter­ror ak­tı ilə bağ­lı ci­na­yət işi­nin məx­fi­lik­dən çı­xa­rıl­ma­sı­nı tə­ləb edən pe­ti­si­ya ha­zır­la­yıb. Bu ba­rə­də Oleq Kuz­net­so­vun özü mə­lu­mat ve­rib.

O.Kuz­net­sov pe­ti­si­ya­da Ru­si­ya Ali Məh­kə­mə­si və Baş Pro­ku­ror­lu­ğun­dan er­mə­ni­lə­rin 1977-ci il yan­va­rın 8-də Moskva­da tö­rət­di­yi se­ri­ya ter­ror aktla­rı ilə bağ­lı ci­na­yət işi ma­te­ri­al­la­rı­nın məx­fi­lik­dən çı­xa­rıl­ma­sı­nı xa­hiş edib. Onun söz­lə­ri­nə gö­rə, bu ad­dım er­mə­ni ter­ro­ru və mə­lum ci­na­yət haq­qın­da bü­tün ta­ri­xi hə­qi­qət­lə­rin or­ta­ya çıx­ma­sı­nı müm­kün edə­cək.

Qeyd edək ki, er­mə­ni­lər ter­ror ak­tı­nı 1977-ci il yan­va­rın 8-də Moskva met­ro­po­li­te­ni­nin "İz­may­lovska­ya" və "Per­vo­mayska­ya" stan­si­ya­la­rı ara­sın­da va­qon­da tö­rə­dib­lər. Ey­ni vaxtda er­mə­ni­lər SSRİ DTK-sı­nın yer­ləş­di­yi bi­na­nın ya­xın­lı­ğın­da­kı 15 say­lı ər­zaq ma­ğa­za­sın­da və "25 Oktyabr" (in­di­ki Ni­kolska­ya) kü­çə­sin­də yer­lə­şən 5 say­lı ma­ğa­za­da ter­ror aktla­rı hə­ya­ta ke­çi­rib.

Daş­nak Za­tik­yan, Ste­pan­yan və Baq­da­sar­ya­nın tö­rət­di­yi bu 3 ter­ror ak­tı nə­ti­cə­sin­də 7, di­gər mə­lu­mat­la­ra gö­rə, 29 nə­fər hə­lak olub, 37 nə­fər isə müx­tə­lif də­rə­cə­li xə­sa­rət­lər alıb. Bir müd­dət son­ra ter­ror ha­di­sə­si­ni tö­rə­dən­lər SSRİ hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın ke­çir­di­yi əmə­liy­yat təd­bir­lə­ri nə­ti­cə­sin­də ya­xa­la­nıb. On­la­rın ci­na­yət işi ilə bağ­lı məh­kə­mə pro­se­si ic­ti­ma­iy­yət­dən giz­li sax­la­nıb. 1979-cu il­də məh­kə­mə er­mə­ni­lər ba­rə­sin­də ölüm hök­mü çı­xa­rıb və hər üçü gül­lə­lə­nib.

Uzun il­lər son­ra ter­ror­çu Za­tik­ya­nın məh­kə­mə­də çı­xı­şın­dan bir ne­çə mə­qam ic­ti­ma­iy­yə­tə mə­lum olub. Za­tik­yan məh­kə­mə za­ma­nı bu söz­lə­ri de­yib: "Mən də­fə­lər­lə bə­yan et­mi­şəm ki, si­zin mü­ha­ki­mə­dən im­ti­na edi­rəm və heç bir mü­da­fi­ə­çi­yə eh­ti­ya­cım yox­dur. Mən mü­qəs­sir de­yi­ləm, mən it­ti­ham­çı­yam. Si­zin mə­ni mü­ha­ki­mə et­mək ix­ti­ya­rı­nız yox­dur, çün­ki rus və yə­hu­di­lə­rin ida­rə et­di­yi im­pe­ri­ya hü­qu­qi döv­lət de­yil. Bu­nu möh­kəm yad­da sax­la­maq la­zım­dır. Di­gər­lə­ri­nə də çat­dı­rın ki, bi­zə yal­nız qi­sas, qi­sas, bir da­ha qi­sas qa­lır!".

Ru­si­ya ta­rix­çi­lə­ri­nin pe­ti­si­ya­sı han­sı nə­ti­cə­lə­rə sə­bəb ola bi­lər?

Ta­rix­çi-alim Azər Pa­şa­soy qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu pe­ti­si­ya­nın ha­zır­lan­ma­sı çox zə­ru­ri­dir: "Biz alim­lə­rin hə­min ça­ğı­rı­şın­da ya­xın­dan və fə­al iş­ti­rak et­mə­li­yik. Ta­ri­xi faktlar əsa­sın­da biz da­im er­mə­ni­lə­rin ter­ro­ra bağ­lı mil­lət ol­du­ğu­nu bə­yan et­mi­şik. An­caq bə­zən bu id­di­a­la­ra bi­zim on­lar­la olan düş­mən­çi­li­yi­miz kon­tekstin­dən ya­na­şıb­lar. Pro­se­sin rus alim­lə­ri tə­rə­fin­dən apa­rıl­ma­sı da­ha ef­fek­tiv olar. Çün­ki on­lar bu mə­sə­lə­də bir qə­dər neytral sa­yı­lır. Bu gün­lər­də Av­ro­pa­da türk dip­lo­ma­tı­nı öl­dü­rən ASA­LA ter­ror­çu­su­nun mü­sa­hi­bə­si ya­yıl­dı. Mə­lum ol­du ki, hə­min adam həbsdən azad olu­nan­dan son­ra gə­lib Sar­kis­ya­nın can­gü­də­ni olub. Be­lə faktlar həd­dən ar­tıq çox­dur. Moskva­da tö­rə­di­lən ter­ro­run ma­hiy­yə­ti­nin tam açıl­ma­sı ba­xı­mın­dan bu ol­duq­ca önəm­li­dir. Mə­lum olar ki, er­mə­ni­lər hət­ta SSRİ ki­mi qüd­rət­li bir qu­ru­lu­şa qar­şı da çı­xıb­lar. Bu­nu da məhz mil­lət­çi­lik zə­mi­nin­də edib­lər. On­la­rın ter­ro­run­dan ən çox əziy­yət çə­kən isə biz ol­mu­şuq. Ha­zır­da da hə­min ter­ror da­vam edir. Tam mən­tiq­li ola­raq qeyd olu­nur ki, 1977-ci il­də baş ve­rən ha­di­sə­nin han­sı məx­fi­li­yi ola bi­lər? Sə­nəd­lə­rin açıq­lan­ma­sı ilə bağ­lı elan olu­nan pe­ti­si­ya­nı tam dəs­tək­lə­yi­rəm və he­sab edi­rəm ki, bu­nun er­mə­ni vəh­şi­li­yi­nin öy­rə­nil­mə­si­nə xü­su­si fay­da­sı ola­caq".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər