24/06/2017 21:31
728 x 90

İran-Er­mə­nis­tan-Türkmə­nis­tan üç­tə­rəf­li iq­ti­sa­di əla­qə­lə­ri­nin in­ki­şa­fı ki­mə qar­şı, ki­min xey­ri­nə...

Qu­lu İs­ma­yı­lov: "Türkmə­nis­ta­nın Er­mə­nis­tan və İran­la bir­gə for­mat­da ener­ge­ti­ka sa­hə­sin­də əmək­daş­lı­ğa ma­raq gös­tər­mə­si heç bir uğur­lu perspek­tiv vəd et­mir"

img

"Er­mə­nis­tan va­si­tə­si­lə dün­ya ba­za­rı­na çıx­maq müm­kün de­yil"

 

Er­mə­nis­tan mət­bu­a­tı xə­bər ve­rir ki, Er­mə­nis­ta­nın baş na­zi­ri Ka­ren Ka­ra­pet­yan İrə­van­da akkre­di­ta­si­ya olu­nan İran və Türkmə­nis­ta­nın sə­fir­lə­ri­ni qə­bul edib. Baş na­zir gö­rüş za­ma­nı hər iki öl­kə ilə Er­mə­nis­tan ara­sın­da­kı mü­na­si­bət­lər­dən məm­nun­luq ifa­də edib və bil­di­rib ki, üç­lü for­mat­da iq­ti­sa­di, si­ya­si mü­na­si­bət­lə­ri da­vam et­dir­mək­də ma­raq­lı­dır­lar.

Xü­su­si­lə də ener­ge­ti­ka sa­hə­sin­də üç­tə­rəf­li əmək­daş­lı­ğın va­cib­li­yi­nə to­xu­nu­lub. Konkret proq­ram­lar əsa­sın­da əmək­daş­lıq­la bağ­lı qə­ra­ra alı­nıb ki, bir­gə iş­çi qru­pu ya­ra­dıl­sın.

Bu­ra­da diq­qət­çə­kən va­cib mə­qam Türkmə­nis­ta­nın Er­mə­nis­tan­la əmək­daş­lı­ğa ma­raq gös­tər­mə­si­dir. İran Er­mə­nis­tan­la həm­sər­həd öl­kə ol­du­ğu və on­la­ra uzun il­lər­dir nə­fəs­lik ver­di­yi sə­bə­bin­dən, bu iki öl­kə ara­sın­da­kı ya­xın­laş­ma qə­ri­bə gö­rü­nümr. Türkmə­nis­ta­nı bu for­ma­ta meyllən­mə­yə han­sı amil va­dar edir?

Ekspert Qu­lu İs­ma­yı­lov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Türkmə­nis­ta­nın Er­mə­nis­tan­la iq­ti­sa­di əmək­daş­lı­ğa meyl et­mə­si doğ­ru­dan da ma­raq­lı gö­rü­nür: "Mən de­yər­dim ki, iq­ti­sa­di cə­hət­dən bu, Türkmə­nis­ta­na heç bir perspek­tiv vəd et­mir. Çün­ki Er­mə­nis­tan­la hə­min öl­kə­nin bir­ba­şa sər­hə­di yox­dur. Er­mə­nis­tan elə bö­yük da­xi­li ba­za­ra ma­lik de­yil ki, Türkmə­nis­tan ona əsas ix­rac məh­su­lu olan tə­bii qa­zın sa­tıl­ma­sın­da ma­raq­lı ol­sun. Hət­ta be­lə is­tək ol­sa be­lə, nə­zə­ri cə­hət­dən bu, iki marşrut üz­rə re­al­laş­dı­rı­la bi­lər - Azər­bay­can və İran üzə­rin­dən keç­mək­lə. Azər­bay­can va­si­tə­si­lə bu­nun re­al­laş­ma­sı qey­ri-müm­kün­dür. İran isə özü qaz ix­rac et­mək­də ma­raq­lı­dır və Er­mə­nis­tan­la bu sa­hə­də əmək­daş­lı­ğı möv­cud­dur. Bu va­ri­ant da sə­mə­rə­li gö­rün­mür. Fərz edək ki, Er­mə­nis­tan­dan tran­zit öl­kə ki­mi is­ti­fa­də et­mə­yə ça­lı­şır­lar. Bu da perspek­tiv­siz­dir. Çün­ki Er­mə­nis­tan va­si­tə­si­lə dün­ya ba­za­rı­na çıx­maq müm­kün de­yil. Bu yal­nız Tür­ki­yə va­si­tə­si­lə ola bi­lər ki, iki öl­kə ara­sın­da heç bir dip­lo­ma­tik və iq­ti­sa­di mü­na­si­bət yox­dur. Gür­cüs­ta­nın isə özü tran­zit ro­lu­nu oy­na­yır və ora­dan ke­çən nəq­liy­yat dəh­liz­lə­ri də Tür­ki­yə va­si­tə­si­lə dün­ya ba­za­rı­na çı­xış ta­pır. Bu ba­xım­dan  Türkmə­nis­ta­nın Er­mə­nis­tan və İran­la bir­gə for­mat­da ener­ge­ti­ka sa­hə­sin­də əmək­daş­lı­ğa ma­raq gös­tər­mə­si heç bir uğur­lu perspek­tiv vəd et­mir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər