27/03/2017 16:26
728 x 90

NA­TO-nun Lit­va və Pol­şa­da ye­ni si­lah­la­rı­na qar­şı Ru­si­ya sərt ca­vab ge­di­şi tap­dı

img

ABŞ-da ha­ki­miy­yət də­yi­şik­li­yi re­al­la­şa­na qə­dər baş ve­rən­lər Ru­si­ya ilə bu öl­kə­nin mü­na­si­bət­lə­ri­nin kəs­kin­ləş­mək­də da­vam edə­cə­yi­ni gös­tə­rir. Be­lə ki, NA­TO ABŞ-ın dəs­tə­yi ilə Şər­qi Av­ro­pa­da sər­həd­lə­ri­ni güc­lən­dir­mək­də da­vam edir.

Əl­də olu­nan ra­zı­laş­ma­ya əsa­sən, ABŞ Pol­şa­da tank qo­şun­la­rı­nın sa­yı­nı ar­tır­ma­ğa baş­la­yıb. "At­lan­tic Re­sol­ve" ad­lı əmə­liy­yat çər­çi­və­sin­də ABŞ-ın tank bri­qa­da­sı Pol­şa­da dis­lo­ka­si­ya edi­lib. Pol­şa­ya gə­lən bri­qa­da Ja­qan, Sben­to­şuv, Skve­jin və Bo­les­lavç böl­gə­lə­rin­də yer­ləş­di­ri­lir. Yan­va­rın so­nu­na qə­dər Pol­şa­da­kı ABŞ hər­bi bir­ləş­mə­lə­ri­nin sa­yı 3,5 mi­nə qə­dər ar­tı­rı­la­caq. Bu bir­ləş­mə­nin in­ven­ta­rı­na 400 özü­ye­ri­yən tır­tıl­lı ar­til­le­ri­ya qur­ğu­su, 900 tə­kər­li özü­ye­ri­yən, 87 tank, 18 ha­u­bit­sa, 400 av­to­mo­bil da­xil edi­lib.

Pol­şa­nın mü­da­fiə na­zi­ri An­to­niy Ma­çe­re­viç də in­for­ma­si­ya­nı təs­diq­lə­yə­rək, öl­kə­sin­də NA­TO-nun çox­mil­lət­li qo­şun bir­ləş­mə­lə­ri­nin dis­lo­ka­si­ya olun­du­ğu­nu de­yib. Bun­dan baş­qa, me­di­a­da ABŞ-ın Lit­va­ya da xü­su­si hər­bi bir­ləş­mə­lər gön­dər­di­yi­nə da­ir xə­bər­lər yer alıb. Lit­va­nın mü­da­fiə na­zi­ri As­tı Qal­di­kay­tın söz­lə­ri­nə gö­rə, ABŞ-la müt­tə­fiq­lik öl­kə­nin təh­lü­kə­siz­li­yi ba­xı­mın­dan əhə­miy­yət­li­dir. Ru­si­ya isə, öz növ­bə­sin­də, Qərb sər­həd­lə­rin­də NA­TO hər­bi bir­ləş­mə­lə­ri­nin sa­yı­nın ar­tı­rıl­ma­sı­nı mil­li təh­lü­kə­siz­li­yi üçün hə­də he­sab edib. Bu fon­da Kreml ha­zır­da Ka­li­ninqrad is­ti­qa­mə­tin­də hər­bi gü­cü­nü ar­tı­rır. Bu­ra çox­say­lı tex­ni­ka, o cüm­lə­dən müx­tə­lif bal­lis­tik ra­ket­lər yer­ləş­di­ri­lir. Pol­şa və Lit­va ara­sın­da yer­lə­şən Ka­li­ninqrad ankla­vı­na Ru­si­ya­nın ar­tıq S-400 ze­nit-ra­ket və nü­və im­kan­la­rı­na ma­lik "İs­gən­dər" sis­tem­lə­ri­ni yer­ləş­dir­di­yi mə­lum­dur. Am­ma Krem­lin ca­vab təd­bir­lə­ri tək­cə bu­nun­la məh­dud­laş­mır. Moskva son dövrlər­də bü­tün NA­TO öl­kə­lə­ri­ni, o cüm­lə­dən ABŞ-ı vu­ra bi­lə­cək ra­ket sis­tem­lə­ri­ni də in­ten­siv in­ki­şaf et­di­rir. On­lar­dan bi­ri də "Yars" ra­ket komplekslə­ri­dir.

Qi­tə­lə­ra­ra­sı RS-24 "Yars" bal­lis­tik stra­te­ji ra­ket komplek­si RT-2PM2 "To­pol-M" komplekslə­ri­nin in­ki­şa­fı çər­çi­və­sin­də ha­zır­la­nıb. Ötən il ər­zin­də stra­te­ji tə­yi­nat­lı ra­ket qo­şun­la­rı bu tip­li 73 ra­ket əl­də edib. 2016-cı il­də isə stra­te­ji tə­yi­nat­lı ra­ket qo­şun­la­rı­nın müx­tə­lif di­vi­zi­ya­la­rı­nın beş ra­ket ala­yı­na 19 "Yars" ra­ke­ti ve­ri­lib. Ümu­miy­yət­lə, son il­lər Ru­si­ya ge­niş əra­zi­lə­ri üz­rə ye­ri­ni də­yi­şən mo­bil komplekslə­ri­ni özü­nün qi­tə­lə­ra­ra­sı bal­lis­tik ra­ket­lə­ri ilə əvəz edir. RS-24 "Yars" ra­ket­lə­ri bu sin­fin ən ye­ni nü­ma­yən­də­si­dir. Ra­ket müs­tə­qil ma­nevr et­mək qa­bi­liy­yə­ti­nə ma­lik olan dörd his­sə­dən iba­rət­dir və on­la­rın hər bi­ri 150-dən 250 ki­lo­to­na qə­dər nü­və yü­kü çat­dı­ra bi­lir. "Yars" ra­ke­ti­nin uçuş mə­sa­fə­si 11 min ki­lo­metr təş­kil edir. Bu­na gö­rə də ra­ket Bir­ləş­miş Ştat­la­rın əsas his­sə­si, Al­yas­ka və Ha­vay ada­la­rı­nın is­tə­ni­lən nöq­tə­si­ni vur­ma­ğa qa­dir­dir. Ra­ke­tin ra­di­al səh­vi 250 metr təş­kil edir. Be­lə də­qiq­lik "Yars" ra­ke­ti­ni ən təh­lü­kə­li zər­bə si­la­hı edir. ABŞ me­di­a­sı "Yars" ra­ke­ti­ni Ru­si­ya si­la­hı­nın 5 ən öl­dü­rü­cü nü­mu­nə­si sı­ra­sı­na da­xil edib. Hər­bi ekspertlər he­sab edir ki, Ru­si­ya və ABŞ ara­sın­da müm­kün qar­şı­dur­ma­da sö­zü­ge­dən ra­ket­lər ABŞ əra­zi­si­nə öl­dü­rü­cü zər­bə vur­maq üçün Moskva­nın əlin­də­ki əsas si­lah­lar­dan sa­yı­lır.

Bun­dan əla­və, Ru­si­ya özü­nün ye­ni və ən bö­yük nü­və si­la­hı sa­yı­lan "RS-28 Sar­mat" ad­lı qi­tə­lə­ra­ra­sı bal­lis­tik ra­ke­ti­ni ha­zır­la­yıb. "Sar­mat" stra­te­ji ra­ket komplek­si 15A18M ağır ra­ket­lə­ri ilə təc­hiz olu­nan so­vet is­teh­sa­lı "Vo­ye­vo­da" R-36M2 komplekslə­ri­ni əvəz edir. "Vo­ye­vo­da" R-36M2 komplekslə­ri Qərbdə "Sa­ta­na"a ad­la­nır. "Sar­mat" isə "Vo­ye­vo­da" R-36M2-dən da­ha güc­lü­dür və Qərbdə onu "Sa­ta­na 2" ad­lan­dı­rır­lar. Moskva­da­kı si­lah mü­tə­xəs­sis­lə­ri "Sa­ta­na 2"nin mü­da­fiə ra­dar­la­rın­dan ya­yı­na­raq 10 min ki­lo­met­rə qə­dər mə­sa­fə­ni asan­lıq­la qət edə bi­lə­cə­yi­ni de­yir. Bu o de­mək­dir ki, Ru­si­ya bu nü­və si­la­hı ilə Nyu-Yor­ku da vu­ra bi­lər. Bu  ra­ket 4 to­na ya­xın nü­və baş­lı­ğı­nı 10 min ki­lo­met­rə qə­dər mə­sa­fə­yə da­şı­ya bi­lir. Bə­zi ekspertlər bu ra­ke­tin NA­TO, xü­su­sən də ABŞ üçün "cə­hən­nəm si­la­hı" ola bi­lə­cə­yi­ni bil­di­rir. "Sar­mat"ın tək bal­lis­tik tra­yek­to­ri­ya üz­rə yox, ey­ni za­man­da at­mos­fe­rin yu­xa­rı qat­la­rın­da da hə­rə­kət et­mək im­ka­nı­na ma­lik ola­ca­ğı bil­di­ri­lir. Bu, göz­lə­nil­məz ra­kurslar­dan dö­yüş yü­kü­nü çat­dır­ma­ğa im­kan ve­rir və ra­ket əley­hi­nə mü­da­fi­ə­nin təş­ki­li­ni əhə­miy­yət­li də­rə­cə­də çə­tin­ləş­di­rir. Sö­zü­ge­dən ra­ket­lər gə­lən il­dən rus or­du­su­nun ix­ti­ya­rı­na ve­ri­lə­cək. Am­ma NA­TO ilə qar­şı­dur­ma­nın artma­sı fo­nun­da pro­se­sin bu il ər­zin­də də hə­ya­ta keç­mə­si is­tis­na olun­mur. Bü­tün bun­lar isə Qərb üçün əla­və təh­did ya­ra­dır.

Na­hid SA­LA­YEV

Son xəbərlər