13/12/2017 05:34
728 x 90

MQ həm­sədrlə­ri­nin ge­cik­miş "əs­gər me­yi­ti" bə­ya­na­tı...

Ar­zu­xan Əli­za­də: "Bu cür la­qeydlik qu­ru­mun mü­na­qi­şə­nin həl­lin­də sə­mi­mi ol­ma­ma­sın­dan irə­li gə­lir"

img

"Həm­sədrlə­rin be­lə qey­ri-adek­vat möv­qe­yi tən­qid olun­ma­lı və bu­na gö­rə on­la­ra rəs­mən eti­raz edil­mə­li­dir"

 

Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si üz­rə ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri Er­mə­nis­ta­nı ötən ilin de­kab­rın­da Er­mə­nis­tan-Azər­bay­can sər­hə­din­də in­si­dent za­ma­nı hə­lak ol­muş azər­bay­can­lı hərbçi­nin me­yi­ti­ni dər­hal və­tə­ni­nə qay­tar­ma­ğa ça­ğı­rıb.

Bu, Ru­si­ya, Fran­sa və Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı həm­sədrlə­ri­nin bə­ya­na­tın­da öz ək­si­ni ta­pıb. İqor Po­pov, Ste­fan Vis­kon­ti və Ri­çard Hoq­lan­dın bir­gə bə­ya­na­tın­da de­yi­lir: "Həm­sədrlər 2010-cu il­də Həş­tər­xan gö­rü­şün­də əl­də olu­nan ra­zı­laş­ma­ya uy­ğun ola­raq, hə­lak olan hərbçi­nin qa­lıq­la­rı­nı və­tə­ni­nə qay­tar­ma­ğa ça­ğı­rır. Biz tə­rəf­lə­ri qar­şı­lıq­lı it­ti­ham­la­ra son qoy­ma­ğa və yer­lər­də və­ziy­yə­tin sa­bit­ləş­di­ril­mə­si üçün bü­tün zə­ru­ri təd­bir­lə­ri gör­mə­yə ça­ğı­rı­rıq. Atəş­kə­sin po­zul­ma­sı qə­bu­le­dil­məz­dir və tə­rəf­lə­rin güc­dən is­ti­fa­də et­mə­mək ba­rə­də tam mə­su­liy­yət da­şı­dıq­la­rı öh­də­lik­lə­rə zid­dir. Həm­sədrlər Er­mə­nis­tan və Azər­bay­ca­nı Vya­na və Sankt-Pe­ter­burq gö­rüş­lə­rin­də əl­də edil­miş ra­zı­laş­ma­la­ra cid­di ri­a­yət et­mə­yə ça­ğı­rır".

Qeyd edək ki, de­kab­rın 29-da, sə­hər sa­at­la­rın­da Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin kəş­fiy­yat qru­pu Azər­bay­can-Er­mə­nis­tan döv­lət sər­hə­di­ni poz­ma­ğa cəhd gös­tə­rər­kən böl­mə­lə­ri­mi­zin pus­qu­su­na dü­şüb. Ha­di­sə nə­ti­cə­sin­də Si­lah­lı Qüv­və­lə­ri­mi­zin hər­bi qul­luq­çu­su əs­gər Qur­ba­nov Çin­giz Sal­man oğ­lu it­kin dü­şüb. Da­ha son­ra me­yi­ti­nin qar­şı tə­rə­fin əlin­də ol­ma­sı mə­lum olub və bu­nu Er­mə­nis­ta­nın rəs­mi or­qan­la­rı da təs­diq­lə­yib. An­caq 15 gü­nə ya­xın­dır qar­şı tə­rəf heç bir bey­nəl­xalq kon­ven­si­ya­nı say­ma­ya­raq, cə­sə­di təh­vil ver­mir. İşin qə­ri­bə tə­rə­fi həm də on­dan iba­rət­dir ki, mü­na­qi­şə­nin tən­zim­lən­mə­si­ni öz üzə­ri­nə gö­tü­rən ATƏT-in Minsk Qru­pu bu­na adek­vat re­ak­si­ya ver­mir. Hal­bu­ki, qu­rum borclu idi ki, ya­ran­mış və­ziy­yət­lə bağ­lı dər­hal Er­mə­nis­ta­na ça­ğı­rış et­sin.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, bu cür la­qeydlik qu­ru­mun mü­na­qi­şə­nin həl­lin­də sə­mi­mi ol­ma­ma­sın­dan irə­li gə­lir: "ATƏT-in Minsk Qru­pu­nun ötən 25 il­də sə­mə­rə­siz fə­a­liy­yə­ti göz qa­ba­ğın­da­dır. Və­ziy­yət o ye­rə gə­lib ça­tıb ki, ar­tıq ne­çə il­dir həm­sədrlə­rin adı gə­lən­də cə­miy­yət­də ik­rah his­si ya­ra­nır. Yə­ni qu­rum prak­ti­ki ola­raq mü­na­qi­şə­nin həl­li ilə bağ­lı heç bir səy gös­tər­mir. Sa­də­cə, vax­ta­şı­rı re­gi­o­na sə­fər edə­rək gö­rün­tü ya­ra­dır­lar. On­la­rın ye­ga­nə is­tə­yi möv­cud sta­tus-kvo­nun vax­tı­nı uzat­maq­dır. Be­lə ol­ma­say­dı, on­lar iş­ğal­çı döv­lət qar­şı­sın­da konkret tə­ləb­lər qo­yar­dı. Azər­bay­ca­nın zi­ya­nı­na iş­lə­yən mə­qam­lar­dan bi­ri də on­dan iba­rət­dir ki, hər üç həm­səd­rin mü­na­qi­şə­nin don­du­rul­ma­sı ilə bağ­lı ma­raq­la­rı üst-üs­tə dü­şür. Bir sı­ra ge­o­si­ya­si mə­sə­lə­lər­də Ru­si­ya ilə Qər­bin möv­qe­lə­ri­nin ha­ça­lan­ma­sı­na, tə­rəf­lər ara­sın­da mü­əy­yən mə­sə­lə­lər­lə bağ­lı cid­di fi­kir ay­rı­lıq­la­rı­na bax­ma­ya­raq, Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­sin­də möv­qe­lər uz­la­şır. Bu da yax­şı bir şey vəd et­mir. Tə­əs­süf ki, möv­cud re­al­lıq bun­dan iba­rət­dir. He­sab edi­rəm ki, həm­sədrlə­rin be­lə qey­ri-adek­vat möv­qe­yi tən­qid olun­ma­lı və bu­na gö­rə on­la­ra rəs­mən eti­raz edil­mə­li­dir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər