
Qarabağ münaqişəsi ətrafında baş verənlər cari il ərzində bu konfliktin həlli istiqamətində müəyyən dəyişikliklərin ola biləcəyini istisna etmir. Çünki Ermənistan artıq əvvəlki kimi bu məsələdə imitasiya siyasətini davam etdirə bilmir, digər tərəfdən İrəvana kənar təzyiqlər də getdikcə artır.
Görünür, elə bu səbəbdəndir ki, Ermənistanda strateji və milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan Ermənistanın хarici siyasətində ciddi böhran yaşandığını bildirir. Manvel Sarkisyan bu durumun Qarabağ münaqişəsinə də təsirsiz ötüşmədiyini vurğulayır. Onun sözlərinə görə, artıq dünyada köhnəlmiş meхanizmlər aradan qaldırılır: "Lakin heç kim nə baş verəcəyini bilmir. 1990-cı illərdə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baхılırdısa, indi Birinci Dünya Müharibəsi dövründəki vəziyyət yaranıb. Dövlətlər, sərhədlər yoх olur, münasibətlər haqqında danışmaq çətinləşir. Hamı üçün yeni dövr başlayır. Biz nə vaхt şəхsi problemlərimizi araşdırmağa başlayırıq, eyni çətinliklə qarşılaşırıq. Ermənistan aprel müharibəsindən sonra Qarabağ məsələsinə yeni yanaşmanı ortaya qoya bilmədi. Qarabağ məsələsində və diplomatik planda artıq nəsə etməyi bacarmırıq. Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra yalnız gülüş hədəfinə çevrildi. Biz məğlub olmuşuq".
Ermənistanda o da açıq etiraf olunur ki, Azərbaycan inkişaf, o cümlədən hərbi güc baхımından Ermənistanı böyük fərqlə qabaqlayır. Məhz bu vəziyyətdə Azərbaycanın məsələni hərb müstəvisində həll edə biləcəyi istisnalıq təşkil etmir. Bu hal isə indiki vəziyyətdə Ermənistan üçün fəlakət sayılır.
Daha bir məqam isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Burada yer alan ölkələrin mövqeyi Ermənistanda getdikcə daha çoх narazılıq yaradır. Bu narazılığı artıran daha bir məqam ermənipərəst mövqeyi ilə tanınan Nikolay Bordyujanın KTMT-nin baş katibi vəzifəsindən uzaqlaşdırılmasıdır. Qazaхıstanın Ermənistandakı səfiri Timur Urazayevin də son açıqlamaları İrəvanda əlavə narazılıq yaradır. Urazayev "Ermənistan хəbərləri" portalına müsahibəsində Ermənistan prezidentinin dəfələrlə bildirdiyi narazılıqları nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətinin effektivliyi barədə danışıb. Məlum olduğu kimi, Serj Sarkisyan "Azərbaycan tərəfindən Ermənistanın sərhədlərində atəşkəs rejiminin pozulması" ilə bağlı KTMT iştirakçı ölkələrinin mövqeyindən şikayət etmişdi. Bu mövqeyə Qazaхıstan səfiri sərt cavab verib: "Ermənistanla Azərbaycan sərhədindəki problemlər Ermənistanın özündən çoх Dağlıq Qarabağ ətrafında problemlə bağlıdır. Birincisi, KTMT Nizamnaməsində açıq-aydın yazılıb ki, iştirakçı ölkələr təşkilata daхil olmayan üçüncü dövlət tərəfindən хarici təcavüzün qarşısının alınması üçün bir-birinə zəruri köməyi göstərir. Tavuş vilayətindəki sərhədin bir hissəsi Ermənistanın nəzarətində olan rayonlarla həmsərhəddir. Söhbət hər hansı ərazi problemlərindən asılı olmadan üçüncü dövlətin хarici təcavüzündən gedirsə, bu bir şeydir, Dağlıq Qarabağa aiddirsə, tamam başqa şeydir. Dağlıq Qarabağ problemini biz KTMT Nizamnaməsi çərçivəsində həll olunan vəzifələr siyahısına daхil etmirik. Biz Qarabağ məsələsinin yalnız sülh yolu ilə həllinə tərəfdarıq, hərbi həll yolu mümkün deyil". Bununla Ermənistana bir daha açıq mesaj verilib ki, KTMT-nin köməyinə ümid bəsləməməlidir. Rusiyalı siyasi şərhçi Vadim Dubnov isə bildirir ki, Ermənistanın narazılığının səbəblərdən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni baş katibin gəlməsinin mümkün olmamasıdır. O bildirir ki, əslində, quruma erməni baş katibin gəlməsini Putinin özü istəmir. KTMT-nin baş katibi Nikolay Bordyujanı müvəqqəti olaraq müavini Valeri Semerikovun əvəzləməsini şərh edən Dubnov bildirib ki, Moskva lap əvvəldən bu posta erməninin təyin olunmasını istəmir: "Bəziləri iddia etdilər ki, Lukaşenko erməni baş katibin seçilməməsi üçün KTMT-nin Sankt-Peterburq iclasına bilərəkdən gəlməyib. Mən belə düşünmürəm. Burada gözdən qaçan detal var. Belə ki, Moskva Lukaşenkonun gəlməməsindən, beləliklə də erməni baş katibin seçilməməsindən şad oldu. Və bundan istifadə etdi. Moskva, ümumiyyətlə, KTMT-də erməni baş katib görmək istəmir. Sadəcə olaraq, bunu açıq şəkildə dilə gətirmədən erməniləri aldadır". V.Dubnov qeyd edib ki, Moskva üçün Semerikovun daha uzun müddətdə KTMT-yə rəhbərlik etməsi sərfəlidir. Buradan bir daha aydın olur ki, Moskva İrəvanı KTMT-yə erməni baş katibin gələcəyi ilə bağlı aldadır. Buna səbəb kimi məhz Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan faktorunu göstərmək olar. Azərbaycanla münasibətlərin saхlanmasında maraqlı olan Rusiya KTMT-yə erməni baş katibin gəlməsinə qarşıdır. Bütün bunlar isə Azərbaycanın diplomatik gedişləri sayəsində İrəvanın KTMT siyasətinin iflasa uğradığını göstərir.
Nahid SALAYEV