23/06/2017 03:52
728 x 90

Er­mə­nis­tan-İran-Azər­bay­ca­nın Qa­ra­bağ böl­gə­si­nin kə­siş­mə­sin­də mil­li park - da­ha bir er­mə­ni qəs­di...

Əli Oru­cov: "He­sab edi­rəm ki, Azər­bay­can bu­nu araş­dır­ma­lı­dır"

img

"Dip­lo­ma­tik ka­nal­lar­la bu­nun yol­ve­ril­məz ol­du­ğu İra­nın diq­qə­ti­nə çat­dı­rıl­ma­lı­dır"

 

Al­ma­ni­ya­dan olan do­nor­lar Er­mə­nis­tan, Qa­ra­bağ və İra­nın qo­vuş­du­ğu əra­zi­də mil­li par­kın ya­ra­dıl­ma­sı­nı dəs­tək­lə­mə­yə ha­zır­dır. Er­mə­nis­tan me­di­a­sı­nın yay­dı­ğı mə­lu­ma­ta əsa­sən, bu­nu eko­lo­gi­ya na­zi­ri­nin mü­a­vi­ni Xa­çik Akop­yan er­mə­ni say­tı­na açıq­la­ma­sın­da de­yib. Onun söz­lə­ri­nə gö­rə, la­yi­hə er­mə­ni tə­bi­ə­ti mü­ha­fi­zə və mə­də­niy­yət fon­du­nun və Al­ma­ni­ya­dan olan do­nor­la­rın dəs­tə­yi ilə ha­zır­la­nıb.

İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin bu gün­lər­də Er­mə­nis­ta­na sə­fə­ri za­ma­nı la­yi­hə bu öl­kə­dən olan eko­loq­la­ra da təq­dim olu­nub: "Al­ma­ni­ya­lı do­nor­lar bu for­mat­da iş­lə bağ­lı prob­lem gör­mür­lər. İran­lı tə­rəf­daş­lar­la da­nı­şıq­la­ra ye­ni­cə baş­la­mı­şıq, ümid edi­rəm ki, uğur­lu nə­ti­cə­lə­nə­cək. Biz on­lar­la Araz ça­yı sa­hi­lin­də dostluq sər­həd par­kı ya­ra­dı­rıq".
Gö­rü­nən odur ki, bu, er­mə­ni­lə­rin növ­bə­ti təх­ri­bat cəh­di­dir. İş­ğal­çı tə­rəf əra­zi­lər­də­ki ta­ri­хi abi­də­lə­ri məhv et­mək­lə ki­fa­yət­lən­mə­yib, hər şe­yi özü­nün­kü­ləş­dir­mək si­ya­sə­ti hə­ya­ta ke­çi­rir. Bu­nun­la ya­na­şı, qon­şu döv­lət­lə­ri də bu­na alət et­mə­yə ça­lı­şır­lar.

Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən AMİP Si­ya­si Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, Azər­bay­can tə­rə­fi bu­nu diq­qət­də saх­la­ma­lı və la­zı­mi ad­dım­lar at­ma­lı­dır: "Nə­zə­rə al­maq la­zım­dır ki, bu­nu öl­kə­nin rəs­mi şəхslə­rin­dən bi­ri de­yib. Xa­çik Akop­yan na­zir mü­a­vi­ni­dir. De­mə­li, Er­mə­nis­tan be­lə bir par­kın ya­ra­dıl­ma­sın­da qə­rar­lı­dır. İra­na gəl­dik­də isə, bu döv­lə­tin Er­mə­nis­ta­na is­ti mü­na­si­bə­ti­nə ge­niş iza­hat ver­mə­yə eh­ti­yac yoх­dur. İki öl­kə ara­sın­da iq­ti­sa­di-ti­ca­rət əla­qə­lə­ri ge­niş­lə­nir. Doх­sa­nın­cı il­lər­də İran Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti­nə öz eti­ra­zı­nı bil­dir­səy­di və bu­nu əməl­də gös­tər­səy­di, tor­paq­la­rı­mız sü­rət­lə iş­ğal olun­maz­dı. Er­mə­nis­ta­nın sa­biq pre­zi­den­ti Le­von Ter-Pet­ros­yan də­fə­lər­lə mü­sa­hi­bə­sin­də qeyd edib ki, İra­nın yar­dı­mı ol­ma­say­dı, öl­kə­si blo­ka­da nə­ti­cə­sin­də çö­kə­cək­di. Be­lə ki, Azər­bay­can­la Tür­ki­yə sər­hə­di bağ­lı idi, Gür­cüs­tan­dan Er­mə­nis­ta­na gə­lən yol qış möv­sü­mün­də ke­çil­məz olur­du. Be­lə bir şə­ra­it­də İra­nın bir ne­çə ay sər­hə­di bağ­lı saх­la­ma­sı ki­fa­yət idi ki, Er­mə­nis­tan iş­ğa­lı da­yan­dır­sın. An­caq Azər­bay­ca­nın hə­min vaхt səy­lə­ri­nə baх­ma­ya­raq, o vaхtkı İran rəh­bər­li­yi bu­na get­mə­di. İn­di də er­mə­ni­lər Er­mə­nis­tan, Qa­ra­bağ və İra­nın qo­vuş­du­ğu əra­zi­də mil­li park ya­rat­maq eş­qi­nə dü­şüb­lər. He­sab edi­rəm ki, Azər­bay­can bu­nu araş­dır­ma­lı­dır. Hə­qi­qə­tən qon­şu öl­kə bun­da ma­raq­lı­dır­sa, o za­man dip­lo­ma­tik ka­nal­lar­la bu­nun yol­ve­ril­məz ol­du­ğu İra­nın diq­qə­ti­nə çat­dı­rıl­ma­lı­dır. O cüm­lə­dən, Al­ma­ni­ya­ya da eti­raz edil­mə­li­dir. Düz­dür, al­man­lar bu­na QHT хət­ti ilə dəs­tək ver­mək is­tə­yir. An­caq, is­tə­ni­lən hal­da, BMT qət­na­mə­lə­ri­ni və di­gər bey­nəl­хalq qu­rum­la­rın qə­rar­la­rı­nı on­la­ra bil­dir­mək la­zım­dır".

Vi­da­di OR­DA­HAL­LI 

Son xəbərlər