Fransada “sarı jiletlilər”in aksiyasında göz yaşardıcı qaz dəhşəti... Bir etirazçı əlini itirdi

10 Fevral 2019 14:14 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makronun yarıtmaz iqtisadi siyasətinə qarşı etiraz aksiyasına başlayan “Sarı jiletlilər” dünən 13-cü dəfə küçəyə çıxıb.

Baki-xeber.com “Sputnik”ə istinadən xbər verir ki, Parisdə dünənki etiraz aksiyasında bir etirazçının əli göz yaşardıcı bombanın partlaması nəticəsində qopub.

Məlumata görə, hadisə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında çıxan qarşıdurma zamanı baş verib. Fransa polisinin istifadə etdiyi göz yaşartıcı bombanın partlaması nəticəsində nümayişçilərdən birinin əli qopub.