Macarıstanın Baş naziri Makrona qarşı... “Onun planı reallaşarsa...”

11 Yanvar 2019 00:23 (UTC+04:00)

Macarıstan Baş naziri Viktor Orban, Fransa prezidenti Emmanuel Makronun miqrant tərəfdarı qüvvələrin lideri olduğunu bildirib və ona qarşı mübarizə aparmağa çağırıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, V.Orban bu barədə Budapeştdə keçuirdiyi mətbuat konfransında deyib.

Makronun miqrant tərəfdarı güclərin lideri olduğunu iddia edən Orban, “Başqa ölkələrin liderləri haqqında hörmətlə danışırıq, amma Emmanuel Makronun miqrant tərəfdarı güclərin lideri olduğunu unutmamalıyıq. Onun planı reallaşarsa, bu, Macarıstan üçün pis olar. Bu görə ona qarşı mübarizə aparmalıyıq” deyib.

Orban, Budapeştlə yanaşı Belqrad, Varşava və Romada da, macar əslli amerikalı iş adamı Corc Soros tərəfindən dəstəklənən miqrant tərəfdarlarının sağçı hökumətlərə qarşı aksiyalar təşkil etdiyini iddia edib.