Tramp Davos iqtisadi forumunda iştirakdan imtina etdi

11 Yanvar 2019 00:11 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək. Baki-xeber.com xəbər verir ki, bunu Tramp Twitter səhifəsində yazıb.

Səfərin ləğv edilməsi ABŞ-Meksika sərhədindəki böhranla əlaqədardır. Tramp yazıb ki, sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların barışmaz mövqeyi və ölkənin təhlükəsizliyinin fövqəladə dərəcədə vacibliyi səbəbindən o, Davos Dünya İqtisadi Forumuna getmir və üzr istəyir.