Jurnalist təşkilatı teleaparıcıların səviyyəsinə qarşı bəyanat yaydı...

12 Sentyabr 2018 21:17 (UTC+04:00)

“Son vaxtlar bir sıra televiziya proqramlarında Azərbaycan ədəbi dilinin pozulması halları artıq kütləvi hal alıb. Xüsusilə, nəinki ali məktəb, heç orta məktəb səviyyəsində belə ana dili və ədəbiyyat fənlərindən anlayışı olmayan, aparıcı qabiliyyətindən çox-çox uzaq olan və efir mədəniyyəti anlayışından bixəbər insanların efirlərdə “at çapması” acınacaqlı haldır”.

Bu barədə jurnalistlərə açıqlamasında “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov bildirib. Mediya qurumunun rəhbəri deyib ki, peşəkarlıqdan uzaq olan, ancaq həvəskar şəkildə idarə olunan televiziya efirləri Azərbaycan dili üçün əsl “qatil” rolunu oynayır: “Kim bu adamlara ixtiyar verib ki, min illərdir  yol gələn ədəbi dil qaydalarına, Azərbaycan dilinin qaydalarına qənim kəsilsinlər?. Xüsusilə efirləri zəbt edən savadsız aparıcılar nümayişkaranə şəkildə Azərbaycan dilinin şikəst edilməsi üçün çalışırlar. Bu fakt dilimizin gələcyi üçün və milli dəyərlərimizin qorunması baxımından ciddi təhlükə siqnalıdır.”