Balakən sakinindən narkotik götürülüb... - FOTO

12 Sentyabr 2018 15:33 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanıb. 

Ətrafında aparılan araşdırma nəticəsində B.Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan  qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Mahir MƏSİMOV
polis leytenantı