Gömrük vergi və rüsumları 107 faiz icra olunub

12 Sentyabr 2018 17:18 (UTC+04:00)

“Maliyyə intizamının gücləndirilməsi istiqamətində aparılan islahatların nəticəsində dövlət büdcəsi qarşısında illik proqnoz və öhdəliklərinin yerinə yetirilməsi istiqamətində uğurlu işlər görülür”. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi.

Bu il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 mlrd. 430 mln. manat proqnoz 760 mln. manat artırılaraq ümumilikdə 3 mlrd. 190 mln. manat təşkil etməklə, bu il iyulun 1-dən başlayaraq yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb: “Dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil etməklə, büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat artıq əməl olunub.

Dürüstləşmədən sonra artım nəzərə alınmaqla, büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra olunub”.

Günel CƏLİLOVA