Azərbaycan və Ermənistan XİN rəhbərləri bu ay Nyu Yorkda görüşə bilərlər

12 Sentyabr 2018 16:08 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu Yorkda baş tuta bilər.

Trend-in məlumatına görə, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.