Beynəlxalq Enerji Agentliyindən neftin qiymətind artım olacağını istisna etmir

12 Sentyabr 2018 14:32 (UTC+04:00)

Beynəlxalq Enerji Agentliyi (BEA) ilin sonuna qədər neftin qiymətində artım olacağını istisna etmir. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan BEA-nın icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, bunda əsas amil neftə qlobal tələbatın artması, Venesuelada neft sənayesinin tənəzzülü və Yaxın Şərqdəki vəziyyətdir.

F.Birol deyib: "Əgər digər istehsalçılar istehsalı artırmasalar, ilin sonuna qədər qiymətdə artımın davam edəcəyini proqnozlaşdıra bilərik".