Rusiyada son 40 ilin ən böyük hərbi təlimləri başladı

11 Sentyabr 2018 13:11 (UTC+04:00)

Uzaq Şərqdə "Şərq-2018" adlı hərbi təlimlər başlayıb. Trend-in məlumatına görə, "Şərq-2018"son 37 ildə Rusiyada keçirilən ən böyük təlmlər olacaq.

Təlimlərə təxminən 300 min hərbçi, onlarla zirehli avtomobil, vertolyot, təyyarə, gəmi, pilotsuz uçuş aparatları cəlb ediləcək.

Eləcə də təlimlərə Çin və Monqolustandan hərbi bölmələrin qatılacağı bildirilib.

"Şərq-2018" hərbi təlimləri sentyabrın 11-17-də keçiriləcək. Təlimlərin iki mərhələdə aparılması planlaşdırılır.