Qərbi Azərbaycana Qayıdış Birliyi on nəfərdən ibarət qrup yaratdı

10 Sentyabr 2018 22:21 (UTC+04:00)

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi (QAQB) Ali Məclisinin növbəti toplantısı keçirilib. Birliyin Mətbuat Xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, gündəlikdəki məsələlər ətrafında maraqlı çıxışlar edilib, konkret təkliflər səsləndirilib.

QAQB sədrinin təqdimatı ilə yeni təyinat sərəncamlarına baxılıb və yeni təyinatlar QAQB Ali Məclisi üzvləri tərəfindən təsdiq olunub. QAQB sədrinin sərəncanları ilə müxtəlif sahələr üzrə təyin olunmuş müavinlər, eyni zamanda Türkiyə dövləti, İzmir şəhəri üzrə QAQB-nin təmsilçisi olaraq Nigar Ogeday, İğdır,Kars bölgəsi üzrə QAQB-nin təmsilçisi olaraq Serdar Unsal Türk, Ankara şəhəri üzrə QAQB-nin təmsilçisi olaraq Mərdanov İlham Şəki oğlunun təyinatları məsələsinə baxılıb və QAQB Ali Məclisi tərəfindən təsdiq olunub.Eyni zamanda, Namiq Kərimovun Gəncə şəhəri üzrə, Vidadi Əhmədovun Quba, Qusar, Xaçmaz bölgəsi üzrə, Qurban Əsgərovun Goranboy rayonu üzrə təmsilçi təyin olunmaları təyinatları müsbət qarşılanıb və Ali Məclis tərəfindən təsdiq olunmaqla, təmsilçilik hüququ qazanmış həmin şəxslər QAQB Ali Məclisinin üzvlüyünə qəbul olunub. Sonra soydaşlarımızın tarixi yurdlarından deportasiya olunmaları ilə bağlı anım günlərinin keçirilməsi tədbirlərinin təşkili üçün on nəfərdən ibarət işçi qrup yaradılıb.Geniş müzakirələrdən sonra növbəti iclasda Qərbi Azərbaycana Qayıdış Fondunun əsasnaməsinin qəbul olunaraq yaradılması məsələsinə baxmaq, eyni zamanda QAQB sədrinin Mətbuatla əlaqələr üzrə müavini Qeysər Əliyevin rəhbərliyi altında Qərbi Azərbaycan TV-(QAtv) internet telaviziyasını yaratmaq qərara alınıb. Toplantı öz məhsuldar işini səkkiz istiqamət üzrə komitələrin yaradılması ilə davam etdirərək, yeni təsis olunmuş komitələrə sədr, müavin və üzvlər seçməklə işini davam etdirib, yekunda yaxın günlərdə QAQB-nin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Ermənistan qaçqınlarının problemlərinə həsr olunmuş dəyirmi masanın keçirilməsi qərara alınıb.

Baki-xeber.com