Avropa İttifaqı İdlib və Həmaya hava hücumları barədə xəbərdarlıq etdi

10 Sentyabr 2018 16:32 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın ölkənin şimal-qərbində yerləşən İdlib və mərkəzi bölgələrindəki Həma şəhərlərinə təşkil etdiyi hücumların dağıdıcı insani nəticələr doğuracağı barədə xəbərdarlıq etdi.

Aİ Komissiyasının sözçüsü Maja Kocijancic daha əvvəl də İdlibdəki hərbi əməliyyatlara son qoymağa çağırdığını xatırladaraq deyib ki, hücum dağıdıcı insani nəticələrə və acıya səbəb olacaq: “Mövzuya dəxli olanlarla məsələni müzakirə edirik.  BMT nəzdində qaldırılan təşəbbüsləri dəstəkləyirik”.

Mülki müdafiə mənbələrinə görə, bu ayın əvvəlindən etibarən İdlibin qərbi, cənub-qərbi və Həmanın şimalına edilən qurudan və havadan hücumlarda 29 mülki vətəndaş həyatını itirib, azı 71 nəfər yaralanıb.

Həmin müddətdə Həmanın şimalından Keferzita bölgəsində bir mülki müdafiə mərkəzi ilə Has kəndindəki xəstəxana və Həma ərazilərindəki Latamne bölgəsində bir xəstəxana hava hücumlarında sıradan çıxıb.