Rusiya ABŞ-ın Suriyanı fosfor bombası ilə vurduğunu iddia etdi

10 Sentyabr 2018 15:47 (UTC+04:00)

"ABŞ Deyrizora fosfor bombası atıb".  Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya açıqlama yayıb.

Açıqlamada şənbə günü ABŞ-a məxsus məxsus “F-15” qırıcı təyyarələrinin Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirdiyini, hücumlar zamanı Amerika təyyarələrinin bölgəyə fosfor bombaları atdığı iddia edilir.

Hacin kəndini hədəf alan hücumlarda bombaların düşdüyü yerdə yanğın olub.

Rusiya mənbələrindən ölü və yaralılar haqqında məlumat yoxdur.

Xatırladaq ki, bu silahların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilib.