Qubada evdən pul və qızıl-zinət əşyaları oğurlayan Qalib Əlibəyov tutuldu

8 Sentyabr 2018 14:45 (UTC+04:00)

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini olan bir qadın sentyabrın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və müxtəlif qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Quba RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Qalib Əlibəyov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişə məxsus evə pəncərədən qanunsuz daxil olaraq oradan 400 manat və qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Nizam Həmidov
polis leytenantı