İran Şimali İraqdakı terrorçuların kampını bombaladı - 1996-dan bəri ilk böyük hücum...

8 Sentyabr 2018 18:05 (UTC+04:00)

İran Şimali İraq ərazısində fəaliyyət göstərən İran-Kürdüstan Demokrat Partiyasının (İKDP) kampına raket zərbələri endirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İran Ərbildəki kampı terrorçular toplantı keçirdiyi vaxt vurub.

İKDP hücumu İranın raket hücumunu təsdiqləsə də, ölü və yaralı sayı barədə dəqiq rəqəm açıqlamayıb. Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində 16 nəfər ölüb, 40 nəfər yaralanıb.

Iddialara görə, Irana aid pilotsuz təyyarələrin bölgədə kəşfiyyat uçuşlarından dərhal sonra raket hücumu başlayıb.

Irana müxalif olan İKDP 1996-cı ildən Ərbildəki kamplarda fəaliyyət göstərir. Həmin tarixdən sonra İranın ilk dəfə bu qədər böyük hücum təşkil etdiyi bildirilir.