Prezident İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib - FOTO

6 Sentyabr 2018 15:20 (UTC+04:00)

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi-Ağrı Divarı” abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu, Xorvatiya uğurunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad etdi.