Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirir...

5 Sentyabr 2018 14:27 (UTC+04:00)

Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib. Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir: "Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik".

T.Kono bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur: "Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək".