III Avropa Oyunları Rusiyada keçirilə bilər

14 Avqust 2018 17:07 (UTC+04:00)

Rusiya 2023-cü ildə Avropa Oyunlarını keçirə bilər. Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinə yaxın mənbə bildirib.

Mənbənin məlumatına görə, əgər Rusiyaya bu tədbir etibar olunsa, 2023-cü ildə oyunlar bu ölkədə keçirilə bilər.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilmişdi. 2019-cu ildə oyunlar Minskdə keçiriləcək.