PSV-nin keçmiş baş məşqçisi “Fənərbağça"da…

22 İyun 2018 15:24 (UTC+04:00)

Türkiyənin "Fənərbağça" klubuna yeni baş məşqçi təyin olunub. Trend-in məlumatına görə, bu postda hollandiyalı mütəxəssis Filip Koku işləyəcək.

48 yaşlı baş məşqçi bundan əvvəl PSV-ni çalışdırırdı. Yaxın günlərdə onunla İstanbulda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman idi.