İspaniya millisində dünya çempionatına bir gün qalmış baş məşqçi dəyişikliyi…

13 İyun 2018 15:43 (UTC+04:00)

İspaniya Futbol Federasiyası dünya çempionatının başlamasına bir gün qalmış milli komandanın baş məşqçisi Xulen Lopetegini vəzifəsindən azad edib. Trend-in məlumatına görə, bu barədə Federasiya bəyanat yayıb.

Qeyd olunur ki, bu addım X.Lopeteginin "Real" Madrid futbol klubuna baş məşqçi təyin olunması məlumatının yayılması ilə əlaqədar atılıb.

Xatırladaq ki, Xulen Lopetegi "Kral klubu" ilə 3 illik müqavilə imzalayıb.

Bu arada, Madrid "Real"ının sabiq futbolçusu və İspaniya Kral Futbol Federasiyasının idman direktoru Fernando Yerro İspaniyanın baş məşqçisi təyin olunub. O bu vəzifədə Xulen Lopetegini əvəzləyəcək.

Qeyd edək ki, dünya çempionatı sabah start götürür. İspaniya millisi ilk matçını iyunun 15-i hazırkı Avropa çempionları Portuqaliyaya qarşı keçirəcək.