27 Yanvar 2012-cı il, N 247(2867)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır"
Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
AMİP-də "İP" müəmması hələ də aydınlaşmayıb
Bələdiyyələrlə İş Mərkəzinin MM qarşısında qaldırdığı torpaq hərracları məsələsi ciddi mətləblərdən xəbər verir
QHT-ləri qruplara böləcəklər
ƏN ÇOX OXUNANLAR
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır" (364)
Sarkozinin "erməni layihəsinin" arxasından rüsvayçı faktlar çıxır (326)
Umud Rəhimoğlu Tərtərdə Yaponiya hökuməti ilə üçüncü layihə sazişi imzaladı (316)
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari... (303)
Batmış sovet əmanətlərinin yeni qaytarış forması... (287)
Üçüncü dünya müharibəsi Suriyadan başlaya bilər (272)
Prezident Naxçıvan MR Ali Məclisinin sədrinə yeni səlahiyyət verdi (263)
Azərbaycan həbsxanalarında görüb şahidi olduğum "lotu, qanuni oğru" söhbətləri... (263)
İlham Əliyevin Fransa senatorları ilə söhbətinə Türkiyədən reaksiyalar gəldi (259)
Qarabağın Azərbaycana qaytarılması tezləşə bilər (237)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Milliliklə fərdiliyin vəhdəti...
Yanvarın 29-da yazıçı Xeyrəddin Qocanın doğum günüdür
Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiq edənlərdən biri, yazıçı, sabiq millət vəkili, Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş Konsulu... Xeyrəddin Qoca yaradıcılığına jurnalist kimi başlamış, illər uzunu bir-birindən maraqlı əsərlər yaradaraq seçilən ədəbi simaya çevrilmişdir. O vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir. Ədibin əsərlərində Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərin harayı, ruhu duyulur.
   Derlər utan, heç kəsə bir söz demə,
   Həq sözü derkən utana bilmirəm.
   Neyləməli, göz görür, ağlım kəsir,
   Mən günəşi göydə dana bilmirəm.
   Böyük Sabirin bu fikirlərini yaradıcılığının leytmotivi hesab edən Xeyrəddin Qoca haqqında böyük Mirzə Cəlil tədqiqatçısı, akademik İsa Həbibbəylinin aşağıdakı düşüncələri təsadüfi deyildir: "Yazıçı Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallarının" bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "maralları" həm də Molla Nəsrəddin "marallarının" davamçıları, xələfləridir.
   Ümumiyyətlə o, müstəqillik dövrü Azərbaycan publisistikasının tanınmış nümayəndəsi, satirik nəsr
   sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı püblisistdir ("Xalq qəzeti" 24 yanvar 2010-cu il. "Həyati proseslərin axarında"adlı məqalədən).
   Cəmiyyətdəki naqislikləri, əyrilikləri olduğu kimi, həm də zamanında qələmə almaq hər yazıçıya xas cəhət deyil. Xeyrəddin Qoca sadə xalqın içindən çıxdığı üçün dərdlərimizi görə bilir. Sabir demişkən, "düzü düz, əyrini əyri" yazmağı bacarır. O, sözü bəzək-düzəksiz, birbaşa deyir. Yazıçının gülüşü hadisələrin, vəziyyətin mahiyyətindədir və həssas oxucu, tamaşaçı onu asanlıqla qavraya bilir. Beləliklə o, həmişə vicdanının səsini dinləyir, bütün yalanlardan, riyakarlıqlardan, xudbinliklərdən uzaq bir insan kimi cəsarətli qələmilə bu millətə şərəflə xidmət edir. "Əslində o, hələ əsərlərinin çoxunu yaza, ürəyindəkiləri deyə bilməyib... Onun üzündə, xüsusən də gözlərində həmişə gizli bir kədər, nigarançılıq duyulur. Yazıçı nədən narahatdır görəsən? İşğal olunan dədə-baba torpaqlarımızdanmı, tarix boyu yadellilər tərəfindən parça-parça olunmuş, qismətinə didərginlik, qaçqınlıq düşən bu millətin taleyindənmi, yoxsa bəzi insanların get-gedə öz yolunu azmasındanmı? Bu dərəcədə millətinə, torpağına bağlı insanlar, əslində, daxilən özlərini çox qoca hesab edirlər, çünki onların içində heç kəsin anlaya və görə bilməyəcəyi bir ağrı-acı var: illərin, əsrlərin, qərinələrin ağrı-acısı... Heç şübhəsiz, Xeyrəddin Qocaya bundan sonra min ömür də verilsəydi, o elə bu cür olardı, bu cür yaşayardı, "Bu bizim zamanədir" deyər, " Hərəyə öz payını verərdi" (Cüdabə Sərvi).
   Nasirin yaradıcılığı ilə daha yaxından tanış olduqca başa düşürsən ki, cən demə, rayona yenicə təyin olunan prokurorun qəbulunda növbəyə dayananlar onu təbrikə gəlməyiblər, masasının üstünə qoyulan zərflərdə də şikayət məktubları yox, "haqq" gətiriblər, "sifətsiz qələm sahibləri yaza-yaza camaatı da sifətsiz edirlər", nəyə görəsə "millətimizin cavanları saçlarının, çöhrələrinin rəngini dəyişərək özlərini əcnəbilərə oxşadırlar". "Bəzi insanlar bekarçılıqdan şeir yazır, şair "olurlar", "yaltaqların şəlpəsi" həmişə işləyir, "gözükölgəlilər", "bəli", "bəli" deməyi bacaranlar böyük-böyük vəzifələr ala bilirlər" və sair və ilaxır. Yazıçının "Filankəslər", "Hərə öz payını götürsün...", "Marallar", "Gərək yazam", "Bu da belə həyatdır", "Biz-bizə bənzərik" Türkiyədə çıxan "Bu dünyadan məktublar" kitabları Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş "Hərənin öz payı" Azərbaycan Dövlət Televiziyasında səhnələşdirilmiş, "Qonşulaşma, qohumlaşma, kirvələşmə" Azərbaycan radiosunun efirində səslənmiş, "Düzü-düz, "əyrini-əyri", "Bu bizim zamanədir", "Toy olacaq" adlı komediyalarının hər biri oxucular, tamaşaçılar və dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış, bu əsərlər haqqında mətbuatda dəfə-dəfə dəyərli yazılar dərc olunmuşdur.
   2003-cü ilin avqustunda Heydər Əliyev Sarayında keçirdiyi "Satira gecəsi" indi də yaddaşlardan silinmir. Göründüyü kimi, ədib orijinal, özünəməxsus ad seçmişdir. Çünki yazıçı böyük satiriklərin də "səslərinin" çoxlarının xoşuna gəlmədiyini yaxşı bilir...
   Xeyrəddin Qoca Neftçala rayonunda yaşayıb-yaradan, şəxsiyyətinə böyük hörmət bəslədiyi professor İmamverdi Əbilovun onun Yazıçılar Birliyində keçirilən 60 illik yubileyinə göndərdiyi təbrik teleqramını yüksək qiymətləndirir. İmamverdi müəllim yazır: "Məzmunlu, mənalı ömründə ictimai, ədəbi-estetik fikir tariximizə əlavələr möhürləmiş yaradıcı ziyalı kimi Xeyrəddin Qocada millət məhəbbətinin sirrini sadalamaq zərurəti yaranarsa, tərəddüdsüz sadalardım: sadəlik, təkəbbürə nifrət, ailə-övlad, ata-ana mehrinə sonsuz tələbat, klassik irsə bağlılıq, yumora lirik münasibət, sözü bütövlülük, cəsarət, mənəvi təmizlik.
   Onun sosial-estetik idealındakı milli müəyyənlik yaradıcılq yolunu davam etdirən gənc nəsil üçün əsl örnək, nümunə məktəbi olmalıdır. Mən ondakı milliliklə fərdiliyin vəhdətinə heyranam. Xeyrəddin Qoca hürriyyət təşnəli ədəbiyyatımızın satirik ruhlu, yumoristik qayəli, humanist təbiətli yorulmaz nümayəndəsidir".
   Ümumiyyətlə, Xeyrəddin Qoca haqqında xalq yazıçıları Anar, Elçin, xalq şairləri Qabil, Fikrət Qoca, Cabir Novruz, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, yazıçı Hidayət, professor Pənah Xəlilov, Nizami Cəfərov, əməkdar incəsənət xadimi Ayaz Vəfalı və başqaları dəyərli fikirlər söyləmişlər.
   Türkiyəli professor Camal Anadolu Xeyrəddin Qocanı "Azərbaycanın Əziz Nesini" adlandırır, türk yazıçısı İrfan Ülkü yazır: "Xeyrəddin Qoca Azərbaycanın Zoşşenkosudur" Tanınmış qəzetçi Dursun Özdən isə Xeyrəddin Qocanı Nəsrəddin Xocaya bənzədir.
   Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov yazır: "Əlbəttə, bütün bu müqayisələr Xeyrəddin Qoca yaradıcılığının yalnız formal zahiri tərəfi, yazı üsulu, yaxud üslubu ilə bağlı deyil, eyni zamanda türk oxucularını onun məzmunu, mündərəcəsi, yazıçının yaradıcılıq məqsədi, ideya-fikir dünyası ilə tanış etmək məqsədlərindən irəli gəlir. Xeyrəddin Qocanın hekayələrində Mixail Zoşşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür - Xeyrəddin Qocadır".
   Yazıçı uzun, keşməkeşli yaradıcılıq yollarında şəxsən tanıdığı, yaxından müşahidə elədiyi insanlar, şəxsiyyətlər, təbii ki, həm də cəmiyyətin "artıq-urtuqları" barədə yazıb. Birincilərin hörmət-izzətini qazanıbsa, ikincilərin hiddətinə, təqiblərinə düçar olub. Vəzifə almaq üçün ikiqat əyilənlər, hay-küy salanlar, min bir sifətə düşənlər, yaltaqlar, məddahlar, cahillər, nadanlar, əliəyrilər... yazıçı satirasının hədəfləridir. İstər oxucu, istərsə də tamaşaçı bu tiplərlə üzləşdikcə bəzən ürəyində, bəzən isə qəh-qəhə ilə gülür. Rəzilliklərə etiraz əlaməti olaraq nifrətini, qınağını yağdıra-yığdıra gülür. Gülür və düşünür...
   Xeyrəddin Qoca, yazıçı olmaqla yanaşı, cəmiyyətimizdə həm də siyasətçi, ictimai xadim kimi tanınır.
   Vaxtilə Heydər Əliyevə atılan böhtan və iftiralar yazı-pozu aləmində ilk olaraq Xeyrəddin Qocanı narahat etdi. Böyük öndərə qarşı ünvanlanmış qarayaxmalara qarşı çıxan X.Qoca o vaxt heç bir qələm sahibinin cəsarət etmədiyi işi gördü - 1990-cı ilin iyun ayından etibarən davamlı olaraq bütün çıxışlarında, yazılarında görkəmli dövlət xadimini müdafiəyə qalxdı. Buna görə də dəfələrlə cəzalandırıldı. Belə ki, dörd dəfə qəzet redaksiyalarındakı işindən uzaqlaşdırıldı. Bəzən istehza ilə açıq-aşkar "daha Heydər Əliyev qayıtmayacaq" deyə onu ittiham etdilər. Xeyrəddin Qoca isə ardıcıl olacaq deyir və yazırdı. "O Kişi mütləq qayıdacaq!" Bəli, Xeyrəddin Qoca deyən oldu: o Kişi qayıtdı.
   Yazıçının yaradıcılığı heç zaman diqqətdən kənar qalmamışdır. 2000-ci ildə ədibin həyat və yaradıcılığından bəhs edən "Xeyrəddin Qoca" adlı foto-kitab, 2005-ci ildə "Ömür belə keçir..." adlı kitab buraxılmışdır. "İctimai televiziya yazıçı haqqında "Ömür belə keçir..." adlı film çəkmişdir. Onun əsərləri, fotoşəkillərinin bir qismi və mətbuat yazıları S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, pyesləri, tamaşaları, çıxışları, müxtəlif səs yazıları isə Dövlət Səsyazma Arxivində qorunub saxlanır".
   Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli Sərəncamı ilə mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
   Yazıçının mənalı ömrünü yaş həddi ilə ölçmək çətindir. Ədib klassik və Azərbaycan ədəbiyyatı bulağından su içə-içə yazıb-yaratmaqda davam edir. İndi Molla Nəsrəddin həyatda olması da, mollanəsrəddinçilər məktəbinin davamçılarından biri kimi, onun gülüşü xeyirə, yaxşılığa, halallığa, nikbinliyə yol açır.
   
Mirsaleh AXUNDLU
Güney Azərbaycanda aşıq sənəti zindandan çıxır
Məhərrəm Qasımlı və Elxan Məmmədli İran aşıqlarından danışır
Güney Azərbaycan, onun sınırlarına sığan yurd yerlərimiz, əfsanəvi Təbriz şəhəri yuxularımızın, xəyallarımızın nisgilli qonağı olub. Anamız Azərbaycanın paralanmış canından qopan bir parçadır Güney Azərbaycan, oradakı yurddaşlarımız. Araz isə bitişməyən yaramızın axan qanıdır, analarımızın, nənələrimizin bulanıq göz yaşlarıdır. Tarixi yurdumuzda illərlə əzab-əziyyət çəkib soydaşlarımız. Dili, əlifbası yasaq edilib.
   Mədəniyyətinin, ədəbiyyatının, teatr sənətinin inkişafına yasaqlar qoyulub. Bütün bu qadağalara baxmayaraq, Güney Azərbaycanda, dövlət səviyyəsində olmasa da, xalqımızın timsalında, orada fəaliyyət göstərən söz-sənət adamlarının sayəsində qeyri-rəsmi də olsa mədəniyyətimiz təzə-təzə inkişaf edir. Sevindirici haldır ki, bu mədəni hərəkata aşıqlıq rəhbərlik edir. Qədimdən Güney Azərbaycanın müxtəlif şəhərləri, mahalları aşıq sənətinin formalaşdığı, inkişaf etdiyi bir yer olub. Bəzi aşıqşünas alimlərin verdiyi bilgiyə görə, aşıq sənəti cəmi ellərimizə buradan yayılıb. Yəni Cənubi Azərbaycan sazın doğulduğu, təşəkkül tapdığı və ayaq açıb yeridiyi bir dədə ocağımız kimi yada salınır. Bu elin sazın ilk ünvanı olmasının nə dərəcədə doğru olduğu əsas deyil, əsas odur ki, Güney Azərbaycanda aşıq sənəti hazırda özünün yeni bir mərhələsinə qədəm qoyur. Aşıqlar həm dilimizi, həm mədəniyyətimizi, həm də folklorumuzu - ağız ədəbiyyatımızı təbliğ edir. Bu gün ana dilimizin rəsmən tanınıb qəbul edilmədiyi İranda Azərbaycan dili aşıqların sazında, sözündə mənən öz hüququnu bərpa edib.
   Vaxtilə Güney Azərbaycandan bu taya aşıq Hüseyn Cavan köç etmişdi və o öz ifası ilə o tayda aşıq sənətinin çoxlu peşəkarının olduğunu sübut edirdi. Məlumatlara görə, uzun illər İranda aşıqlıq sənətinə yasaq mövcud olub. Buna baxmayaraq, el aşıqları bu müqəddəs sənəti qoruya bilib. Aşıq Dərviş, aşıq Dehqan, mərhum aşıq Əbdüləli Nuri, mərhum aşıq Qürbət, aşıq Əli Feyzullahi, Əziz Şahnazi, aşıq Vəli Əbdi, mərəndli aşıq Ələsgəri və başqaları bu sənəti zirvələrə qaldırıb. Onların qoyduğu ənənə bu gün onlardan sonra gələn nəsillər tərəfindən davam etdirilir. Hazırda Güney Azərbaycanın müxtəlif şəhərlərində özəl musiqi məktəblərinin nəzdində saz sinifləri fəaliyyət göstərir. Tanınmış aşıqlar bu məktəblərdə gənc aşıqlara sənətin sirlərini öyrədir.
   Güney Azərbaycan aşıq sənətinin təbliğində Təbriz-Qaradağ, Urmiya, Əhər və s. aşıq mühitlərinin rolu böyükdür. Hesab edirik ki, tanınmış aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi "Ozan", "Dalğa" aşıq qrupları saz havalarının təbliğində daha önəmli işlər görür. Heç şübhəsiz, Güney Azərbaycanda çağdaş aşıq mühitlərinin, ocaqlarının formalaşmasında Borçalı, Tovuz-Qazax aşıqlarının xüsusi rolu var. Güeyli aşıqlardan Məhbub Xəlili, Çingiz Mehdipur, İsa Qaraxanlı, aşıq Bulud, aşıq Mehman, aşıq Məmməd Fərzani, Muxtar Qayabaşı və başqalarının ifaçılıq tərzi həm yenidir, həm də ustad ozanlar aşıq Kamandar Əfəndiyev, aşıq Ədalət Nəsibov, aşıq Əkbər Cəfərov, aşıq İmran Həsənov, aşıq Mikayıl Azaflı və digər ustadların yaratdığı ifaçılıq ənənələrinə söykənir. Onlar ustadları təqlid etmir, onların üslubundan yararlanıb sənəti davam etdirir. Bu aşıqlar müasir İranda ana dilimizin, milli məfkurəmizin, soy-kökümüzün yaşamasında çox böyük əmək sərf edir. Cənubi Azərbaycan aşıqları heç zaman İran dövlətinin yürütdüyü siyasətə xidmət etməyib, ideologiya qulu olmayıb. Onlar öz milli,mədəni siyasətimizə sadiq olub. Dilimizi ölməyə qoymayıblar. O tay aşıqlarından söhbət düşmüşkən bir məqama xüsusi diqqət yetirmək istəyirik. O aşıqların repertuarına nəzər salsaq görərik ki, onlar əsasən qəhrəmanlıq mövzulu havalara müraciət edir. Azərbaycanın ikiyə paralanmasından, ayrılıqdan, vətənin nə zamansa bütöv olacağı arzusundan oxuyurlar. Onların ifasında yaşayır bütöv Azərbaycan diləyi. Çünki aşıqlar hər yerdə bu ruhu təbliğ edir. Bu onların bir tay aşıqlarından ən böyük fərqidir.
   Güney Azərbaycan Aşıqlar Birliyinin rəhbəri tanınmış folklorşünas Böyükbəy Ələkbəroğludur. Bu sahənin yorulmaz tədqiqatçısı və təbliğatçısı Böyük bəyin bildirdiyinə görə, bu gün Güney Azərbaycanda saz çox yüksək mərtəbədə dayanır. Sazın tədrisinə xüsusi önəm verildiyini deyən böyük bəyin sözlərinə görə, Təbriz, Qaradağ, Əhər, Urmiya və başqa bölgələrimizdə məclisləri aşıqlar idarə edir. Bundan əlavə, çayxanalar da aşıqların əsas toplaşdığı yerlərdir. Kimə aşıq lazım olur, gəlib buradan aparır: "Bu gün Güney Azərbaycanda məclislərə aşıqlar xeyir-dua verir. Onlar 6-7 saat məclis aparır, havalar oxuyur, dastanlar danışır. Bəzən toy o qədər çox olur ki, onlar çatdıra bilmir və bu taydan aşıqlar dəvət edirlər. Hazırda aşıq sənəti çox yüksək səviyyədə inkişaf edib. Özəl məktəblərin nəzdində saz sinifləri fəaliyyət göstərir. Ustad-şəyird ənənəsi davam etdirilir. Ustad aşıqlar bu məktəblərdə aşıqlar yetişdirir".
   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini, professor, folklorşünas alim Məhərrəm Qasımlı isə bizimlə söhbətində bildirdi ki, Cənubi Azərbaycanda tədqiqat apararkən o tay aşıqlarının yaradıcılığı, ifaçılığı ilə yaxından tanış olub: "Dəfələrlə tədqiqat aparmaq məqsədilə Qaradağ, Təbriz, başqa şəhərlərdə, kəndlərdə olmuşam. Orada aşıqlara, saza-sözə çox böyük sevgi var. Sazı yaşadan xalqdır. O xalqdan ruh alan aşıqlar bu ulu sənəti tərənnüm edir" .
   AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, aşıqşünas alim Elxan Məmmədlinin bildirdiyinə görə, o da ekspedisiya zamanı orada olub və bir sıra aşıqların yaradıcılığını tədqiq edib, onlarla bağlı verilişlər hazırlayıb: "İran deyilən o böyük ölkənin türklər yaşayan bütün bölgələrini gəzib tədqiqatlar aparmışam. Orada fəaliyyət göstərən aşıqların səsini lentə alıb "Sarıtel" verilişində efirə vermişəm. Cənubi Azərbaycanda aşıq sənətinin yaşamasında Azərbaycan radiosunun çox böyük rolu var. İranda sazın qadağan edildiyi vaxtlarda Azərbaycan Radiosunda aşıqlar təbliğ edilirdi. Bu gün Güney Azərbaycan aşıqları saz havalarını çox mükəmməl şəkildə mənimsəyib. Orada aşıq sənəti çox yüksəkdir. Orada aşıq sənəti bizim 30-cu illərdəki sazımızın intibahını yaşayır. İstərdim ki, bu tayda adına bəzi "aşıq" deyənlər bir sıra məsələlərdə Güney aşıqlarından nümunə götürsünlər. Uzun illər cənubda saz yasaq edildi, amma aşıqlar sazı dustaq etmədilər, içlərində yaşatdılar. Bu çox böyük ibrətdir, Saz da yaşadı, dilimiz də, sözümüz də, ədəbiyyatımız da".
   E.Məmmədli həmçinin dedi ki, müasir dövrdə Güney Azərbaycan aşıqlarının bu tayda konsertlərinin, televiziya proqramlarının təşkili, onlarla əlaqələr qurulmasında Güney Azərbaycan Aşıqlar Birliyinin başçısı Böyük bəy Ələkbəroğlunun əməyi danılmazdır.
   
İradə SARIYEVA
 
 
 SON XƏBƏRLƏR
2012-01-27 MTN-in Bakıda terrordan qoruduğu İsrail rəsmilərinin məsələsi Davos müzakirələrində...
2012-01-27 Heydər Əliyevin Moskvada istefasının maraqlı tarixi var imiş..
2012-01-27 Tanınmış Türkiyə professoru bu ölkədə Azərbaycana qarşı iş aparanlara böyük məqalə həsr etdi
2012-01-27 Müsavatda İsa Qəmbərin əvəzindən "başqan bəyanatları" davam edir
2012-01-27 "Eurovision-2012"nin ev sahibliyi açarı Bakıya rəsmən təqdim edildi
2012-01-27 Quş əti yenidən bahalaşma təhlükəsi ərəfəsindədir
2012-01-27 Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfə artıb
2012-01-27 Güney Azərbaycanda aşıq sənəti zindandan çıxır
2012-01-27 Azərbaycanda yuxarı sinif şagirdlərinin dərnək təlimi başlayır...
2012-01-27 Azərbaycan əhalisinin sosial müdafiə işləri Nyu-Yorkda müzakirə olunur
2012-01-27 Paytaxt və bölgə gənclərinin birliyində "Gənclər evləri"nin rolu...
2012-01-27 İstedadlı gənclərə dövlət qayğısının real təcəssümü və nəticələri...
2012-01-27 Milliliklə fərdiliyin vəhdəti...
2012-01-27 Super Liqa klubu Ümit Özata tapşırıldı
2012-01-27 Avro-2012-ni 1,5 milyon azarkeş izləyəcək
2012-01-27 Avropa nəhəngləri iki ildə 1 milyard avro ziyana düşüb
2012-01-27 "Barselona" "Real Madrid"i kubokdan kənarlaşdırdı
2012-01-27 Araz Abdullayev "Panionios"da ilk dəfə oyundan kənarda qaldı
2012-01-27 Dimitar Berbatov "Qalatasaray"ın hədəfində...
2012-01-27 "El Klassiko"dan sonra Mourinyodan gözlənilməz addım...
2012-01-27 Vaqner Lav "Flamenqo" ilə anlaşdı
2012-01-27 Aleks sosial şəbəkədə üsyan etdi
2012-01-27 "Bakı" 3 legionerin transferini yekunlaşdırdı
2012-01-27 "Azercell"in TeliaSonera şirkəti dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu
2012-01-27 Gəncədə mağazaya maskalı şəxslərin quldur basqını...
2012-01-27 "Gənclik" metrosunda 77 yaşlı kişi qatarların hərəkətini iflic etdi
2012-01-27 Bakıda daha bir qumarxana aşkar edilib
2012-01-27 Sumqayıt Məhkəməsi İslam Partiyasının sədr müavininə 1 il 6 ay həbs verdi
2012-01-27 Bakıda amerikalı jurnalist və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər məhkəmədə günahlarını boyunlarına almadılar
2012-01-27 Lənkəranın Böyük bazardakı çörək zavodu yandı
2012-01-27 Siyəzən xəstəxanası yandı
2012-01-27 Səttar Mehbalıyev həmkarlar təşkilatlarının nəzdindəki sanatoriyalarda gözlənilən yeniliklərdən danışdı
2012-01-27 Bakıdakı "PAY POİNT"lərlə bağlı narahatlıq baş qaldırıb
2012-01-27 Suriyada müharibənin tezliklə başlayacağına daha bir işarə...
2012-01-27 Anders Foq Rasmussen NATO-nun İrana müdaxilə etmək fikrində olmadığını bəyan etdi
2012-01-27 Fransanın Qarabağ məsələsində vasitəçiliyinin mümkünsüzlüyünə ABŞ-dan da dəstək gəldi
2012-01-27 İran Avropa Birliyindən əvvəl neft sanksiyalarına başlayır
2012-01-27 Bir qrup QHT kommunal sektorda istehlakçı hüquqlarının qorunması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi
2012-01-27 İran Xəzər dənizi barədə iddialarından geri çəkilməyəcək
2012-01-27 "Vahid Azərbaycan" qəzetini əldən verən Vahid Azərbaycan Partiyası yeni qəzet təsis edir
2012-01-27 Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək
2012-01-27 Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə hansı işləri görüb?
2012-01-27 Britaniyanın baş naziri AŞ PA tribunasındakı çıxışında erməni deputatın Azərbaycan barədə atmacasına cavab verdi
2012-01-27 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl fevralın 7-də Azərbaycana gələcək
2012-01-27 Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
2012-01-27 Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini və ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
2012-01-27 İctimai Palata Türkiyə səfirliyindən Fransa səfirliyinədək yürüşü təxirə saldı
2012-01-27 Media FM radiosu fransız mahnılarına və ifaçılarına qadağa qoydu
2012-01-27 Türkiyənin "Güvən" xəstəxanasının Bakı nümayəndəliyi fəaliyyətə başladı
2012-01-26 Azərbaycan Hüquqşünaslar Konfederasiyası Fransa Senatının erməni qanununu Fransanın özünün 220 il əvvəlki hüquq sənədi ilə vurdu
2012-01-26 YAP-ın qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək
2012-01-26 Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Hammarberqin də vaxtı qurtarır
2012-01-26 Amnesty İnternational da Fransanın ermənipərəst aktını sərt ittiham etdi
2012-01-26 Qarabağ probleminin həllində "Berns planı"...
2012-01-26 Əhməd Davudoğlu ilə Sergey Lavrov imkan verməyəcək...
2012-01-26 Rusiya və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
2012-01-26 Sarkozi o biabırçılıqdan sonra Ərdoğana yeni məktub göndərdi
2012-01-26 Türkiyə və Rusiya XİN başçıları Suriyanın üstündə açıq söz "güləşdirdilər"
2012-01-26 Bakıdakı Fransa səfiri danışdı və işləri lap korladı
2012-01-26 Bakıdakı Türkiyə səfirliyi Fransanı Minsk Qrupu həmsədrliyindən könüllü getməyə çağırdı
2012-01-26 AŞ baş katibinin İlham Əliyevlə imzalayacağı memorandumun məzmunu ətrafında müzakirə başlayıb
2012-01-26 Azərbaycanın İstanbuldakı baş konsulu "Yeni Şəfəq"in baş redaktorunun imtinasına təsirli cavab üsulu tapdı
2012-01-26 QHT-lər Fransa Senatına etiraz bəyannaməsi qəbul etdi
2012-01-26 YAP Azərbaycanda insan haqları barədə "Freedom House"un hesabatını "illərlə təkrarlanan hesabat" adlandırdı
2012-01-26 ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb
2012-01-26 Hulusi Kılıc Fransanın 1789-cu ildən əvvəlki dövrə qayıtdığını bəyan etdi
2012-01-26 MTN-in Bakıda ifşa etdiyi İran terroru barədə İsrail mətbuatının şok iddiası...
2012-01-26 Baş Prokurorluq 96 mənzili 300 adama satmaqla 4 milyon manatı dələduzluqla mənimsəmiş "Kamran B.Ə" MMC-nin işini həll etdi
2012-01-26 "Eurovision-2012"nin İşçi Qrupu hazırlıqlara külli vəsait xərcləndiyi barədə şayiələrə cavab verdi
2012-01-26 Gənclər üçün Təhsil Mərkəzi Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina etdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009