27 Yanvar 2012-cı il, N 247(2867)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır"
Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
AMİP-də "İP" müəmması hələ də aydınlaşmayıb
Bələdiyyələrlə İş Mərkəzinin MM qarşısında qaldırdığı torpaq hərracları məsələsi ciddi mətləblərdən xəbər verir
QHT-ləri qruplara böləcəklər
ƏN ÇOX OXUNANLAR
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır" (364)
Sarkozinin "erməni layihəsinin" arxasından rüsvayçı faktlar çıxır (326)
Umud Rəhimoğlu Tərtərdə Yaponiya hökuməti ilə üçüncü layihə sazişi imzaladı (316)
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari... (302)
Batmış sovet əmanətlərinin yeni qaytarış forması... (287)
Üçüncü dünya müharibəsi Suriyadan başlaya bilər (272)
Prezident Naxçıvan MR Ali Məclisinin sədrinə yeni səlahiyyət verdi (263)
Azərbaycan həbsxanalarında görüb şahidi olduğum "lotu, qanuni oğru" söhbətləri... (262)
İlham Əliyevin Fransa senatorları ilə söhbətinə Türkiyədən reaksiyalar gəldi (259)
Qarabağın Azərbaycana qaytarılması tezləşə bilər (236)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycan bankları qızıl əmanətlər yığımına başlayır
Qızılın unsiyası 2 min dollaradək bahalaşa bilər
Dünya bazarlarında yenidən diqqət mərkəzində yer alan hadisələrdən biri də qızılın qiymətinin qalxmasıdır. Məlumatlara görə, Amerika dollarının məzənnəsinin dünya valyutalarına nisbətən kəskin enməsi fonunda qızıl 1700 dolları keçib. Ötən ilin oktyabrında olduğu kimi^ qiymətlərin yenidən 1900 dollara qalxacağıın, hətta bunu keçəcəyini proqnozlaşdıranlar da var. Bu isə Azərbaycana da təsirsiz ötüşmür.
   İqtisadçı-ekspertlər söyləyir ki, dünya bazarında qızılın qiymətinin qalxmaqda davam etməsinin Azərbaycana təsiri ən azı ona görə baş verəcək ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrilib. Yəni elə inteqrasiya prosesləri gedib ki, bu məqamda Azərbaycanı tək-tənha təsəvvür etmək mümkün deyil. Ona görə də ölkədə qızılın qiymətinin dünya bazar qiymətinə gec-tez uyğunlaşması qaçılmaz sayılır. Bundan başqa, qızılın bahalaşması istehlakçıların vəziyyətinə mənfi təsir göstərir, eyni zamanda istehsalçıların və satıcıların gəlirlərinin artmasına gətirib çıxarır.Ancaq bu, istehsalçılar üçün müvəqqəti xarakter daşıdığından^ onlar çox bahalaşmanın tərəfdarı deyil.
   Bundan başqa, bahalaşma sürəti olduqca böyük olan qızılın qiymətinin durmadan yüksəlməsi dünya iqtisadiyyatı üçün ciddi problemlərə gətirib çıxara bilər. Bu fikirdə olan ekspertlərin rəyincə, qızılın indiki qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Bununla belə, dünya bankları və sərmayəçilər indi daha böyük həcmdə pullarını qızıla yatırmağa başlayıb. Baş verənləri şərh edən iqtisadçı ekspertlər hesab edir ki, qızılın bu dərəcədə sürətlə bahalaşması dünyada qlobal maliyyə böhranının yenidən baş verəcəyindən xəbər veri. Belə ki, son bir ildə 40% artan qızıl indi ən etibarlı yığım vasitəsi kimi qiymətləndirilir. Sərmayəçilər pulunu avro və ya neftə yönəltməkdə maraqlı deyil. Bu da qızıla tələbatın artmasına və qızılın qiymətinin daha yüksək həddə çatmasına gətirib çixarır.
   Proqnozlara görə, ilin ortalarınadək qızılın bir unsiyası 2000 dollaradək bahalaşa bilər. Amma bütün bunlara rəğmən, Azərbaycan hələ də valyuta ehtiyatlarının bir hissəsini qızıla çevirməyə tələsmir. Elə Mərkəzi Bank da qızıl alışına böyük maraq göstərmir. Qızıl ticarətilə məşğul olanların sözlərinə görə isə, bahalaşma həm xam qızılın, eləcə də hazır əşyaların qiymətində müşahidə olunur. Zərgərlərin sözlərinə görə, bahalaşmaya dünyada qızılın qiymətinin artması səbəb olub.
    Mütəxəssislər hesab edir ki, qızılın bahalaşması investorların qiymətli metala marağını daha artıracaq. Çünki dolların və avronun dəyərdən düşəcəyindən ehtiyatlanan sərmayədarlar vəsaitlərini qızıla yatırmağa və bununla özlərini sığortalamağa çalışır. Elə bu səbəbdən proqnozlara görə, qızılın qiyməti hələ artmaqda davam edəcək. Ümumdünya Qızıl Şurasının dünya bazarında apardığı araşdırmalar da qızıla olan tələbatın artmaqda davam edəcəyini göstərir. Səbəb kimi isə qızılın risqsiz, yox olmayan və hər yerdə istifadə edilə biləcək bir əmtəə olması göstərilir. Təsadüfi deyil ki, son qlobal böhran zamanı ən çox üstünlük verilən sərmayə vasitəsi qızıl olub. Qeyd edək ki, Azərbaycan qızıl hasil edən ölkələrdəndir. Məsələn, Gədəbəy rayonunda yerləşən və 2009-cu il mayın 26-da işə salınan qızıl yataqlarında təxminən 22 ton qızıl ehtiyatı var. Bununla belə, iqtisadçı-ekspertlər deyir ki, qızıl ehtiyatımız o qədər də böyük deyil. Yəni ABŞ, Rusiya, Çin kimi qızıl ehtiyatımız böyük deyil. Bununla belə, Azərbaycanda qızılın artımından müəyyən şəxslər - biznesmenlər, iş adamları xeyir götürə bilər. Lakin qızılın bahalaşması istehlakçıların vəziyyətinə mənfi təsir göstərir. Onu da qeyd edək ki, dünya bazarlarında qızılın qiymətinin bahalaşdığı bir vaxtda bəzi özəl banklar tərəfindən qızıl formasında əmanət qəbuluna maraq daha da artıb. Həmçinin banklar külçə qızıl satışına daha əvvəlki kimi maraq göstərmir. İqtisadçı-ekspertlər qeyd edir ki, qızılın sürətlə bahalaşdığı bir vaxtda heç kim əlində olan qızılları satmaq istəməz. Çünki qızılın qiyməti artmaqda davam edir. Bu artımın gələcəkdə də davam edəcəyi gözlənir. Belə bir vəziyyətdə isə hər kəs qızılı, satmaqdan çox, almağa üstünlük verir.
   
Samirə SƏFƏROVA
Bələdiyyələrlə İş Mərkəzinin MM qarşısında qaldırdığı torpaq hərracları məsələsi ciddi mətləblərdən xəbər verir
Bakıda hərraclar niyə dayanıb?
İlqar Hüseynli: "Bütövlükdə hərracların keçirilməməsinin əsas səbəbi torpaqların pərakəndə satışının qanunsuz olaraq təşkili ilə bağlıdır"
"Bunun nəticəsi olaraq bələdiyyə mülkiyyətində olan torpaqların çoxu satıldı"
Dəfələrlə yazılmağına baxmayaraq, bələdiyyələrlə bağlı bir sıra problemlər qalmaqdadır. Bu sahədə problemlər sanki üst-üstə gəlir. Milli Məclisin Regional məsələlər komitəsinin bu günlərdə keçirilən iclasında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bu sahədə olan bir sıra problemlərə toxunub.
   Onun sözlərinə görə, bu günədək 1730 bələdiyyənin 30 faizinə torpaqların dövlət aktı verilməyib: "Digər məsələ isə Bakı şəhəri üzrə torpaq hərracının keçirilməməsidir. Belə bir hərrac yalnız bir dəfə - Xəzər rayonunda keçirilib. Bələdiyyələrin qarşılaşdığı əsas problemlər maliyyə vəsaitlərini toplaya bilməmələri ilə əlaqədardır. Məsələn, torpaq sahəsinin verilməsi ilə bağlı sənədlər təqdim edilmədiyi üçün bələdiyyələr mülkiyyətindəki torpaqlardan əmlak və torpaq vergisini toplaya bilmir".
   M.Səlimzadə fevralın 24-də MM-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatının dinlənəcəyini söyləyib.
   Maraqlıdır, Bakı şəhəri üzrə torpaq hərracının keçirilməməsinin səbəbi nədir? Bəlkə bələdiyyə sədrləri bütün torpaqları satdığından hərraca çıxarılası torpaq qalmayıb?
   Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynli torpaq hərraclarının keçirilməməsini bir sıra səbəblərlə əlaqələndirdi: "Bundan xeyli əvvəl torpaqların satışını bələdiyyələr birbaşa özləri həyata keçirirdi. Birbaşa özlərinin bələdiyyə şurasının qərarı əsasında istədikləri torpaq sahəsini satmaq imkanlarına malik idilər. Sonradan Nazirlər Kabinetinin qərarı ilə torpaqların bələdiyyələr tərəfindən birbaşa satışına qadağa qoyuldu. Yəni torpaqların hərrac yolu ilə satılmasına qərar verildi. Söhbət Bakı və şəhərətrafı rayonlardan gedirsə, sözügedən ərazidə olan torpaqların əksəriyyəti hərraca qədər satılmışdı. Bələdiyyələrin əsas gəlir mənbələri torpaqların satışından əldə olunan vəsaitlər, rüsumlar hesabına formalaşırdı. Ona görə də o dövrdə bələdiyyələr torpaqların satılmasını sürətlə təşkil etdilər. Bunun nəticəsi olaraq bələdiyyə mülkiyyətində olan torpaqların çoxu satıldı".
   İ.Hüseynli hərracların keçirilməməsinin digər səbəbini belə izah etdi: "Bir neçə bələdiyyə qurumu ilə bağlı məhkəmə qərarları var. Elə bələdiyyələr var ki, torpaq satışı ilə əlaqədar olaraq onlarla bağlı qanunvericilikdə məsuliyyətə cəlb olunma nəzərdə tutulub. Bütövlükdə hərracların keçirilməsəsinin əsas səbəbi torpaqların pərakəndə satışının qanunsuz olaraq təşkili ilə bağlıdır. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, əksər rayonlarda bələdiyyə sədrləri əvvəlkilərdir. Onların əlində müəyyən "imkanlar" var ki, hazırda torpaqları əvvəlki tarixlərə sənədləşdirərək qanunsuz olaraq satsınlar. Məlumat üçün qeyd edim ki, 2007-ci ilin dekabrından bələdiyyələrin torpaqları birbaşa satmalarına qadağa qoyulub. Bu baxımdan cənab Mehdi Səlimzadənin fikirlərində onu bölüşmək olar ki, doğrudan da torpaqların hərrac yolu ilə satılması üsulları demək olar müşahidə olunmur. Yəni bu məsələdə konkret olaraq iki səbəb var.
   Birincisi, bələdiyyə mülkiyyətində olan toraqların kəskin şəkildə azalması və böyük əksəriyyətinin satılması. İkincisi, bu və ya digər formada, yəni qanunsuz yollarla yeni tarixə sənədləşdirilərək torpaqların satılmasıdır. Bütün bu səbəblər üzündən hərracların keçirilməsində bir irəliləyiş görmürük".
   Belə məlum oldu ki, bu sahədə mövcud olan bir sıra ciddi problemlər hələ bir müddət hərracların keçirilməsinə imkan verməyəcək.
   
Vidadi ORDAHALLI
Azərbaycan əhalisinin sosial müdafiə işləri Nyu-Yorkda müzakirə olunur
Nyu Yorkda nəşr edilən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) "Avropa və Mərkəzi Asiya ölkələrinin uğurlu layihə nümunələri" adlı xüsusi dərgisində Azərbaycanda son illər əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb.
   Bu barədə cümə axşamı "Trend"ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev məlumat verib. Babayevin sözlərinə görə, "Azərbaycan: XXI əsrin pensiya sistemi" başlıqlı məqalədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatlar ətraflı şərh edilib və qazanılan müvəffəqiyyətlər qeyd olunub. Nəşrdə Azərbaycanın son illər iqtisadi baxımdan daha da gücləndiyi bildirilib, hökumətin əhalinin aztəminatlı təbəqəsinin dövlətin etibarlı sosial müdafiəsi ilə təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirdiyi göstərilib. "Bu islahatlar nəticəsində indi Azərbaycanda işçilər ən müasir pensiya sistemlərindən birinə malikdir" - məqalədə qeyd olunub. Məqalədə Azərbaycanda qurulan müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sisteminin pensiyaların əhəmiyyətli dərəcədə artımına gətirib çıxarmasından, ölkəmizin pensiyaların məbləğinə görə MDB ölkələri arasında öncül yerdə qərarlaşmasından bəhs olunub. Məqalənin sonunda vurğulanıb ki, bu gün Azərbaycan hökuməti ölkənin iqtisadiyyatını möhkəm inkişaf yoluna qoymaqla yanaşı, yoxsulluğun səviyyəsini azaltmaq istiqamətində önəmli işlər görüb, aztəminatlı əhalinin davamlı qayğı ilə əhatə olunmasını təmin edib.
   
   
   
Bakını basan ağır yük getdikcə böyüyür
Millət vəkili çıxış yollarının tapılmasını ciddi problem kimi dəyərləndirir
Ölkədə fəaliyyət göstərən müəsissələrin və biznes qurumlarının əsas hissəsinin paytaxt Bakıda cəmləşməsinə və bunun öz növbəsində xoşagəlməz fəsadlara səbəb ola biləcəyinə dair dəfələrlə xəbərdarlıqlar səsləndirilib. Lakin real vəziyyətdə bu məsələnin hələ tam həllini tapmadığı da aydın müşahidə olunur və bu, rəsmi dairələri də narahat edir. Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev hakim partiyanın saytına müsahibəsində qeyd edir ki, bütün dünyada urbanizasiya prosesi gedir və dünya əhalisi şəhərlərə, şəhəryanı qəsəbələrə yerləşməyi üstün tuturlar:
   "Bu məsələ Azərbaycan üçün də xasdır, ondan qaçmaq mümkün deyil, ona görə regional əhəmiyyətli şəhərlərimizi inkişaf etdirmək Bakının yükünü azaltmaq baxımından çox əhəmiyyətlidir". Millət vəkili qeyd edib ki, regionların inkişafı birinci növbədə urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
   Hələlik isə təhllilər göstərir ki, son illərdə regionların inkişafı məqsədilə dövlət tərəfindən xeyli işlər görülsə də, böyük həcmdə investisiyalar yatırılsa da, Azərbaycanın əsas iqtisadi güc mərkəzi kimi hələ də paytaxt Bakı çıxış edir. Bunu paytaxt və regionlar üzrə yerləşən müəssisələr nisbəti də aydın sübut edir. Mütəxəssislər bildirir ki, müəssisə və sahibkarların böyük hissəsinin Bakıya toplanması paytaxtda əhalinin sıxlığı ilə bağlıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyasının araşdırmaları da belə bir nəticəni üzə çıxarmışdı ki, müəssisə və sahibkarların 60 faizdən çoxu ticarət sektorunda fəaliyyət göstərdiyindən, əhalinin sıx olduğu ərazilərdə işləməyə üstünlük verir. Ticarət müəssisələrinin paytaxtda çoxluğunun başqa bir səbəbi burda həyat səviyyəsinin rayonlara nisbətən yüksək olmasıdır. Müəssisələr isə daha yaxşı alıcılıq qabiliyyəti olan müştərilərə yaxın olmaq istəyir. Fərdi sahibkarlıqla məşğul olanlar da ən çox Bakıya üstünlük verir.
   Bundan başqa, araşdırmalar göstərir ki, iş adamlarının əksəriyyəti az pul tələb edən və gəliri tez çıxaran bizneslə məşğul olmağa üstünlük verdiyindən, paytaxt hələ də əsas cəlbedici məkandır. Müşahidələr də göstərir ki, sahibkarların əksəriyyəti işə başlamaq üçün çox pul tələb etməyən və tez gəlir gətirən sahələrdə, xüsusilə ticarətlə məşğuldur. İş adamlarının çox cüzi hissəsi böyük investisiya tələb edən və nisbətən uzun müddətdən sonra gəlir verməyə başlayan istehsalla məşğul olur. Beləliklə məlum olur ki, özəl biznesin böyük hissəsi Bakıda və respublikanın iri şəhərlərində cəmləşib. Eyni sözləri səhiyyə barəsində də söyləmək mümkündür. Dövlət tərəfindən regionlarda xeyli sayda səhiyyə obyektlərinin inşasına rəğmən, hələ də özəl xəstəxanalara regionlarda tələbat xüsusilə böyükdür. Ekspertlər isə bildirir ki, sahibkarlar regionlarda, xüsusilə turizm bölgələrində səhiyyə şəbəkələrini genişləndirə bilər. Üstəlik, bu gün Azərbaycanda mövcud olmayan səhiyyə xidmətlərini də təşkil etmək olar.
   Mütəxəssisin sözlərinə görə, bölgələrdə kredit şərtlərinin ağır olması, kredit götürəndə girovlarla bağlı çətinliklər də rayonlardakı şirkətlərə problemlər yaradır. Bakıda çalışan müəssisələrin isə həm girovları etibarlı olur, həm də banklar adətən belələrinə krediti daha asan verir. Ancaq o da faktdır ki, istehsalla məşğul olan müəssisələr getdikcə daha çox rayonlarda işləməyə üstünlük verir. Əvvəla, bölgədə vergi yükü Bakıya nisbətən azdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlar xammala yaxın olmalıdır. Üstəgəl, rayonlarda işçi qüvvəsi də Bakıya nisbətən ucuzdur.
   Musa Quliyevin də dediyinə görə, bölgələrdə yaradılan yeni iş yerlərində də yüksək məvaciblərə verilir və o, konkret misal kimi Gəncəni göstərir: "Məlumat üçün deyim ki, son illərdə Gəncənin əhalisi 30-35 faiz artıb. Bunun da əsas səbəbi bir tərəfdən yaşayış imkanlarının genişlənməsidirsə, digər tərəfdən kənara işləmək üçün gedənlərin geri qayıtması ilə bağlıdır. Yeni istifadəyə verilmiş Gəncə Alüminium Zavodu kompleksində işləyənlərin orta aylıq əmək haqqı 450 manatdan yuxarıdır ki, bu da respublika üzrə göstəricini xeyli üstələyir.
   Yəni yaradılan obyektlərin hər birində yeni iş yerləri var. Bunun da çoxu daimi və yüksək maaşlı iş yerləri olacaq. Digər tərəfdən, sosial infrastrukturun yaxşılaşdırılması, yəni qaz, işıq, su, kanalizasiya təchizatının olması insanların yaşayış səviyyəsinin keyfiyyətini yüksəldən amillər sırasındadır.
   Bu mənada iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Gəncədə gedən proseslər də nəticə etibarilə Azərbaycan vətəndaşının sosial rifahını yaxşılaşdırmağa, onun həyat keyfiyyətini yüksəltməyə yönəlik işlərdir".
   
Samirə SƏFƏROVA
Bir qrup QHT kommunal sektorda istehlakçı hüquqlarının qorunması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi
QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib.
   Şəbəkənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə "Konstitusiya" Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirdiyi "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsinə diqqət yönəldilib. Layihə çərçivəsində elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlara Pulsuz Hüquqi Yardım Xidməti təşkil olunduğu da müraciətdə öz əksini tapıb. Nazirlər Kabinetinin diqqətinə çatdırılıb ki, istehlakçıların müqavilə bağlanması sahəsində çox ciddi problemlər qalmaqdadır. Müqavilə bağlanmış istehlakçıların sayı ümumi istehlakçıların sayı ilə müqayisədə hər üç xidmət üzrə olduqca azdır. Müqavilədə vəfat etmiş, əvvəlki mənzil mülkiyyətçisinin əvəzinə kənar şəxslərin imza etdiyi və digər qanunazidd hallar mövcuddur. Müraciətdə hər üç xidmət üzrə təchizatçı qurumların istehlakçılarla hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində mövcud problemlərə diqqət yetirilməsi, onların aradan qaldırılmasına yardım göstərilməsi məqsədəuyğun hesab edilib. Qeyd olunub ki, eyni zamanda fond və şəbəkə istehlakçılarla hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində müşahidə olunan problemlərə aydınlıq gətirilməsi üçün təchizatçı qurumlara da informasiya sorğusu verib.
Quş əti yenidən bahalaşma təhlükəsi ərəfəsindədir
Quşçular Cəmiyyəti ət idxalından narahatlığını bir daha ifadə etdi
Ötən ilin sonlarından etibarən mal və qoyun ətinin bahalaşması və hələ də qiymətlərinin yüksək həddə qalması ölkədə quş ətinə olan tələbatı əhəmiyyətli dərəcədə artırdı.
   Bunun nəticəsidir ki, son aylar ərzində quş ətinin satışı əhəmiyyətli dərəcədə artıb. Ekspertlər hesab edir ki, bu tendensiya davam edərsə, tələbat yüksək həddə olarsa, quş ətinin də bahalaşması istisna olunmur. Bu arada isə xaricdə quş ətinin qiymət artımı da bu məsələyə təsir göstərə bilər. Qeyd edək ki, quş ətinə olan tələbatın hələ də bir hissəsi idxal hesabına ödənilir. Lakin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, yaxın illərdə Azərbaycan quş ətinə olan tələbatı daxili istehsal hesabına ödəyə biləcək. Onun sözlərinə görə, bu il quş əti istehsalı üçün nəzərdə tutulan 21 fabrikin istifadəyə veriləcəyi gözlənir: "Bu il 29 milyon damazlıq yumurta, 23 min ton quş əti, 140 milyon ton əmtəəlik yumurta istehsalı nəzərdə tutulur. Quş əti və yumurta istehsalı əsasən qapalı fabriklərdə həyata keçiriləcək".
   Quş əti istehlakının ət istehlakında həcminin ilbəil artdığını deyən Ş.Abdullayev "Yurd TV"-yə müsahibəsində bildirib ki, istehlakın 15 kq çatacağı gözlənir və bu da 140-150 min ton quş əti istehsalı deməkdir. O, yaxın illərdə sənaye üsulu ilə quş əti istehsalı nəticəsində buna nail olunacağını bildirib.
   Yuxarıda qeyd edildiyi kimi isə, qırmızı ətin qiymətinin qalxması ət satışlarına ciddi təsir edib. Satış yerlərində də bunu hiss etmək olur. Mağaza sahibləri deyir ki, son vaxtlar xüsusilə də toyuq əti çox satılır. Quş əti ilə mal ətinin qiyməti arasında 2 dəfədən də çox fərq var. Tələbatın artması quş ətinin istehsalına da təsir göstərə bilər.
   Ölkənin Quşçular Cəmiyyəti də bildirir ki, Azərbaycan quş ətinə olan tələbatını daxili istehsal hesabına ödəyə bilər, sadəcə olaraq, idxal amili buna mane olur. Belə ki, xaricdən külli miqdarda quş ətinin gətirilməsi bu sahədə xeyli problemlər yaradır.
   Qeyd edək ki, uzun müddətdir quşçuluq biznesi ilə məşğul olanlar, o cümlədən broyler təsərrüfatları quş yeminə tətbiq olunan ƏDV-nin ləğvini istəyir. Hələlik isə belə hesab edilir ki, quş əti və məhsullarında qiymət artımı yem məhsullarının baha olması ilə bağlıdır. Artıq müəyyən edilib ki, həm quş ətinin, həm də yumurtanın dəyərinin 70 faizi yemə çəkilən xərclə ödənilir.
   Xatırladaq ki, Respublika Quşçular Cəmiyyətinin xaricdən gətirilən quş yeminə 18 faizlik ƏDV-nin ləğv olunmasına dair təkliflər hələ də qəbul olunmayıb. Quşçular Cəmiyyətinin ölkədə quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, həmçinin quş əti və yumurtanın qiymətində artımın qarşısını almaq üçün ƏDV-nin ləğvinə dair Nazirlər Kabinetinə təqdim etdiyi təklifləri elə təklif olaraq qalıb. Cəmiyyətdən bildirilir ki, əlavə dəyər vergisi ləğv olunsa, ildə 80 min ton quş əti və 1 milyard 35 milyon toyuq yumurtası almaq mümkün olacaq ki, nəticədə xarici toyuqlara ehtiyac qalmayacaq.
   Belə hesab olunur ki, qeyd olunanlarla yanaşı, hökumət quşçuluğun inkişafı istiqamətində digər addımlar da atmalıdır. Məsələn, qeyd olunur ki, Azərbaycana xaricdən gətirilən quş əti və yumurtanın həcmi məhdudlaşdırılmalıdır. Hazırda xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının təxminən 20-30 faizini ödəyir. Tələbatın qalan hissəsi isə yerli müəssisələrin hesabına təmin olunur.
   Belə hesab olunur ki, quşçuluq müəssisələrinin inkişafı üçün yem, dərman preparatlarının alınmasına da əlavə dəyər vergisi ləğv olunmalıdır. Hesablamalara görə, əlavə dəyər vergisi ləğv olunarsa, quşçuluq müəssisələri 2015-ci ilədək ölkənin bütün tələbatını yerli məhsullar hesabına ödəyə bilər. "2008-2015-ci illərdə əhalinin ərzaq təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı"nda 2015-ci ildə Azərbaycanda quş əti və yumurta istehsalının 2 dəfə artırılaraq 80 min tona və 2,3 milyard ədədə çatdırılması göstərilib.
   Hələlik buna nə dərəcədə nail olunacağı dəqiq bilinmir. Lakin bilinən odur ki, sahibkar da çalışır, istehsal etdiyi məhsulu baha qiymətə sataraq xərclədiyi vəsaiti qaytara bilsin. Ekspertlər onu da vurğulayır ki, qiyməti həm də bazar tənzimləyir. Bundan başqa, artıq qış fəsli olduğu üçün yem məhsulları da ölkəmizdə baha başa gəlir, həm də keyfiyyəti aşağıdır. Daxili bazarda istehsal edilən yem keyfiyyətli olmadığı üçün quşçuluqda yüksək məhsuldarlıq alınmır. Bu da idxalı stimullaşdıran əsas amillərdən sayılır.
   
Samirə SƏFƏROVA
 
 
 SON XƏBƏRLƏR
2012-01-27 MTN-in Bakıda terrordan qoruduğu İsrail rəsmilərinin məsələsi Davos müzakirələrində...
2012-01-27 Heydər Əliyevin Moskvada istefasının maraqlı tarixi var imiş..
2012-01-27 Tanınmış Türkiyə professoru bu ölkədə Azərbaycana qarşı iş aparanlara böyük məqalə həsr etdi
2012-01-27 Müsavatda İsa Qəmbərin əvəzindən "başqan bəyanatları" davam edir
2012-01-27 "Eurovision-2012"nin ev sahibliyi açarı Bakıya rəsmən təqdim edildi
2012-01-27 Quş əti yenidən bahalaşma təhlükəsi ərəfəsindədir
2012-01-27 Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfə artıb
2012-01-27 Güney Azərbaycanda aşıq sənəti zindandan çıxır
2012-01-27 Azərbaycanda yuxarı sinif şagirdlərinin dərnək təlimi başlayır...
2012-01-27 Azərbaycan əhalisinin sosial müdafiə işləri Nyu-Yorkda müzakirə olunur
2012-01-27 Paytaxt və bölgə gənclərinin birliyində "Gənclər evləri"nin rolu...
2012-01-27 İstedadlı gənclərə dövlət qayğısının real təcəssümü və nəticələri...
2012-01-27 Milliliklə fərdiliyin vəhdəti...
2012-01-27 Super Liqa klubu Ümit Özata tapşırıldı
2012-01-27 Avro-2012-ni 1,5 milyon azarkeş izləyəcək
2012-01-27 Avropa nəhəngləri iki ildə 1 milyard avro ziyana düşüb
2012-01-27 "Barselona" "Real Madrid"i kubokdan kənarlaşdırdı
2012-01-27 Araz Abdullayev "Panionios"da ilk dəfə oyundan kənarda qaldı
2012-01-27 Dimitar Berbatov "Qalatasaray"ın hədəfində...
2012-01-27 "El Klassiko"dan sonra Mourinyodan gözlənilməz addım...
2012-01-27 Vaqner Lav "Flamenqo" ilə anlaşdı
2012-01-27 Aleks sosial şəbəkədə üsyan etdi
2012-01-27 "Bakı" 3 legionerin transferini yekunlaşdırdı
2012-01-27 "Azercell"in TeliaSonera şirkəti dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu
2012-01-27 Gəncədə mağazaya maskalı şəxslərin quldur basqını...
2012-01-27 "Gənclik" metrosunda 77 yaşlı kişi qatarların hərəkətini iflic etdi
2012-01-27 Bakıda daha bir qumarxana aşkar edilib
2012-01-27 Sumqayıt Məhkəməsi İslam Partiyasının sədr müavininə 1 il 6 ay həbs verdi
2012-01-27 Bakıda amerikalı jurnalist və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər məhkəmədə günahlarını boyunlarına almadılar
2012-01-27 Lənkəranın Böyük bazardakı çörək zavodu yandı
2012-01-27 Siyəzən xəstəxanası yandı
2012-01-27 Səttar Mehbalıyev həmkarlar təşkilatlarının nəzdindəki sanatoriyalarda gözlənilən yeniliklərdən danışdı
2012-01-27 Bakıdakı "PAY POİNT"lərlə bağlı narahatlıq baş qaldırıb
2012-01-27 Suriyada müharibənin tezliklə başlayacağına daha bir işarə...
2012-01-27 Anders Foq Rasmussen NATO-nun İrana müdaxilə etmək fikrində olmadığını bəyan etdi
2012-01-27 Fransanın Qarabağ məsələsində vasitəçiliyinin mümkünsüzlüyünə ABŞ-dan da dəstək gəldi
2012-01-27 İran Avropa Birliyindən əvvəl neft sanksiyalarına başlayır
2012-01-27 Bir qrup QHT kommunal sektorda istehlakçı hüquqlarının qorunması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi
2012-01-27 İran Xəzər dənizi barədə iddialarından geri çəkilməyəcək
2012-01-27 "Vahid Azərbaycan" qəzetini əldən verən Vahid Azərbaycan Partiyası yeni qəzet təsis edir
2012-01-27 Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək
2012-01-27 Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə hansı işləri görüb?
2012-01-27 Britaniyanın baş naziri AŞ PA tribunasındakı çıxışında erməni deputatın Azərbaycan barədə atmacasına cavab verdi
2012-01-27 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl fevralın 7-də Azərbaycana gələcək
2012-01-27 Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
2012-01-27 Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini və ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
2012-01-27 İctimai Palata Türkiyə səfirliyindən Fransa səfirliyinədək yürüşü təxirə saldı
2012-01-27 Media FM radiosu fransız mahnılarına və ifaçılarına qadağa qoydu
2012-01-27 Türkiyənin "Güvən" xəstəxanasının Bakı nümayəndəliyi fəaliyyətə başladı
2012-01-26 Azərbaycan Hüquqşünaslar Konfederasiyası Fransa Senatının erməni qanununu Fransanın özünün 220 il əvvəlki hüquq sənədi ilə vurdu
2012-01-26 YAP-ın qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək
2012-01-26 Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Hammarberqin də vaxtı qurtarır
2012-01-26 Amnesty İnternational da Fransanın ermənipərəst aktını sərt ittiham etdi
2012-01-26 Qarabağ probleminin həllində "Berns planı"...
2012-01-26 Əhməd Davudoğlu ilə Sergey Lavrov imkan verməyəcək...
2012-01-26 Rusiya və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
2012-01-26 Sarkozi o biabırçılıqdan sonra Ərdoğana yeni məktub göndərdi
2012-01-26 Türkiyə və Rusiya XİN başçıları Suriyanın üstündə açıq söz "güləşdirdilər"
2012-01-26 Bakıdakı Fransa səfiri danışdı və işləri lap korladı
2012-01-26 Bakıdakı Türkiyə səfirliyi Fransanı Minsk Qrupu həmsədrliyindən könüllü getməyə çağırdı
2012-01-26 AŞ baş katibinin İlham Əliyevlə imzalayacağı memorandumun məzmunu ətrafında müzakirə başlayıb
2012-01-26 Azərbaycanın İstanbuldakı baş konsulu "Yeni Şəfəq"in baş redaktorunun imtinasına təsirli cavab üsulu tapdı
2012-01-26 QHT-lər Fransa Senatına etiraz bəyannaməsi qəbul etdi
2012-01-26 YAP Azərbaycanda insan haqları barədə "Freedom House"un hesabatını "illərlə təkrarlanan hesabat" adlandırdı
2012-01-26 ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb
2012-01-26 Hulusi Kılıc Fransanın 1789-cu ildən əvvəlki dövrə qayıtdığını bəyan etdi
2012-01-26 MTN-in Bakıda ifşa etdiyi İran terroru barədə İsrail mətbuatının şok iddiası...
2012-01-26 Baş Prokurorluq 96 mənzili 300 adama satmaqla 4 milyon manatı dələduzluqla mənimsəmiş "Kamran B.Ə" MMC-nin işini həll etdi
2012-01-26 "Eurovision-2012"nin İşçi Qrupu hazırlıqlara külli vəsait xərcləndiyi barədə şayiələrə cavab verdi
2012-01-26 Gənclər üçün Təhsil Mərkəzi Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina etdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009