27 Yanvar 2012-cı il, N 247(2867)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır"
Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
AMİP-də "İP" müəmması hələ də aydınlaşmayıb
Bələdiyyələrlə İş Mərkəzinin MM qarşısında qaldırdığı torpaq hərracları məsələsi ciddi mətləblərdən xəbər verir
QHT-ləri qruplara böləcəklər
ƏN ÇOX OXUNANLAR
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır" (362)
Sarkozinin "erməni layihəsinin" arxasından rüsvayçı faktlar çıxır (326)
Umud Rəhimoğlu Tərtərdə Yaponiya hökuməti ilə üçüncü layihə sazişi imzaladı (316)
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari... (301)
Batmış sovet əmanətlərinin yeni qaytarış forması... (287)
Üçüncü dünya müharibəsi Suriyadan başlaya bilər (272)
Prezident Naxçıvan MR Ali Məclisinin sədrinə yeni səlahiyyət verdi (263)
Azərbaycan həbsxanalarında görüb şahidi olduğum "lotu, qanuni oğru" söhbətləri... (261)
İlham Əliyevin Fransa senatorları ilə söhbətinə Türkiyədən reaksiyalar gəldi (259)
Qarabağın Azərbaycana qaytarılması tezləşə bilər (236)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır"
"Tək həmsədrlərin yox, bütünlükdə 13 üzvü olan Minsk Qrupunun tərkibinə yenidən baxmaq lazımdır"
Aydın Quliyev: "Nədən Minsk Qrupu əvəzinə London, Oslo, Qahirə, Bağdad, ya Ankara Qrupu olmasın?!"
Fransa Senatının məlum "erməni qərarından" sonra Azərbaycanda, Türkiyədə, dünyanın bir sıra ölkələrində fəal antifransa aksiyaları başladı, ən yüksək səviyyələrdə Fransa ilə münasibətlərin kəsilməsi, onun Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması təşəbbüsləri qaldırıldı. Baş verən hadisə və reaksiyalarla bağlı "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin də fikirlərini oxucularımıza çatdırmaq istədik.
   Baş redaktor, hər şeydən əvvəl, Fransa Senatının məlum qanunu qəbul etməsinə qarşı yönəlmiş bütün rəy və aksiyaları dəstəklədi və bunların daha kəskin, həm də davamlı şəkildə bundan sonrakı bütün aylarda, illərdə keçirilməsinin çox əhəmiyyətli və zəruri olduğunu dedi: "Çalışmalıyıq ki, əks reaksiyalar bir anda başlayıb tez sönən kampaniyaçılıq təsiri bağışlamasın, impulsiv olmasın, hətta yaxın iki həftə ərzində Sarkozinin onu təsdiq edib-etməməsindən asılı olmayaraq etirazlar davam etməlidir. O vaxta qədər ki, Həmin təhlükəli layihə Fransa parlamentinin gündəliyindən çıxarılsın, hətta elə bir rəsmi sənədin Fransa parlamentində qəbuluna nail olmalıyıq ki, yaxın və uzaq gələcəkdə bu sənəd Fransa deputatlarının hər hansı birinə uydurma genosidlərin tanıdılması sənədlərinin parlamentə çıxarılmasına hüquqi baryer yaratsın. Məsələn, uzaq tarixdə baş vermiş hər hansı hadisəyə hüquqi qiymət verilməsi cəhdlərinin yolverilməzliyi, tarixə hüquqi qiymət verilərkən sanksiyaların tətbiqinin fundamental insan hüquqları ilə ziddiyyət təşkil etməsi və sair məzmunlarda Fransa parlamentinin rəsmi sənəd qəbul etməsinə nail olmaq uğrunda davamlı cəhdlər göstərmək lazımdır. Əks təqdirdə, deyək ki, Sarkozi bu dəfə qanunu hansısa mülahizələrlə təsdiq etməsə, Senatdakı erməni əlaltıları onu başının altına qoyub illər sonra yenə ortaya çıxaracaqlar. Necə ki, 2006-ci ildə kənara qoyulmuş həmin layihəni beş ildən sonra yenidən "diriltdilər". Həm də bir neçə ildən sonra indi dondurulmuş qanun liyihəsini yenidən gündəmə gətirsələr, o zaman kimsə onun tam qanuna çevrilməyəcəyinə zəmanət verə bilməz. Odur ki, işimizi Fransa parlamentindəki erməni tör-töküntülərinin genosid məsələsində əl-qolunu birdəfəlik qandallamaq yönümündə qurmalıyıq.
   - Birdən-birə nə baş verdi ki, Fransanın siyasi dairələri belə hay-küylü işə qol qoydular?
   - Elə dərin köklü məsələlər də burdadır. Sarkozinin və onun parlamentdəki "şaykasının" uydurma genosid qanunu üstündə belə əsməsi üzdəki görüntüdür, fikrimcə, onun alt qatlarda kökləri var. Məqsəd qarşıdakı prezident seçkilərində erməni icmasının səslərini almaqdırsa, Sarkozi bunu başqa addımlarla da edə bilərdi. Ancaq niyə məhz bu usulu seçdi? Bu üsulu seçənlər bilmirdimi ki, belə qanunun qəbul olunması təkcə Türkiyə ilə Azərbaycanın incikliyinə və etirazlarına səbəb olmayacaq, eyni zamanda NATO kimi blokun içində iki dövlətin çox təhlükəli toqquşmasına və blokun daxilində ixtilaflara səbəb olacaq?! Necə oldu ki, dünya gücləri, o cümlədən ABŞ, Fransa, İngiltərə BMT TŞ-nin qərarından əvvəl Liviyanı bombalamaq barədə dərhal razılığa gələ bildilər, bir-birini başa düşdülər, ancaq gözlərinin qabağında Fransa faktiki olaraq NATO-nu içindən parçalaya biləcək bir işə gedir və onlar da onun bu şıltaqlığına asanlıqla dözürlər, "dur" demirlər?! NATO-nu daha da möhkəmləndirmək üçün hər gün yeni layihələr üzərində baş sındıran dünya güclərinin Fransaya indiki dözümlü yanaşmasının səbəbləri çox düşündürücüdür. Yunanıstanla Türkiyənin ixtilaflarının NATO-nu çox həssas durumlara saldığı dövr hələ unudulmayıb. Elə Fransanın özünün NATO-nun hərbi strukturlarından kənarda qaldığı ötən əsrin 60-80-cı illərində blokun hansı çətinliklərlə üzləşdiyini də bilirik.
   Hələ onu demirəm ki, ABŞ-ı, NATO-nu qarşıda gözləyən çətin Suriya kampaniyasında Türkiyəyə çox böyük ehtiyac olacaq. Fransanın şıltaqlığı ucbatından Türkiyə-Ermənistan sərhədləri məsələsi daha böyük düyünə düşür və siz bu məsələnin ABŞ və NATO üçün nə qədər əhəmiyyətli olduğunu bilirsiniz.
   İndi necə ola bilər ki, NATO üçün adi bir məsələ olan erməni məsələsinə görə blokun iki mühüm üzvünün qarşı-qarşıya dayanması bloka sərf etsin? Ancaq təəssüf ki, üzdə sanki "bloka belə sərf edir" kimi formal görüntü var. Ona görə də daha dərin təhlillər aparıb Fransada baş qaldıran hadisənin pərdəarxasının tam mənzərəsini tapmalıyıq. Mənim bununla bağlı müəyyən qənaətlərim olsa da, hələlik onların üzərində araşdırmaları davam etdirirəm. Ola bilər ki, kimlərsə mənim belə yanaşmağımı reallığın bir qədər şişirdilməsi kimi qəbul etsin. Ancaq əminəm ki, Fransa parlamentindəki olayların çox uzaqlara gedən hədəfləri var. Fransa dünya siyasəti üçün hansısa Argentina deyil, böyük oyunçudur...
   - Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması çağırışlarına necə baxırsınız?
   - Tam dəstəklənməlidir. Azərbaycanda, yəqin ki, başqa cür düşünənlər ola bilməz. Ancaq burada da bəzi incə məqamları gərək unutmayaq. Yəni bu çağırışlara elə görüntü vermək olmaz ki, biz bunu Fransanın qəbul etdiyi uydurma genosid qanununa və beləliklə də onun həmsədrlik statusunda tərəfsizlik mahiyyətinin dəyişməsinə cavab olaraq edirik. Bəlkə Sarkozi yaxın iki həftə ərzində qanuna imza atmayacaq? Bu zaman o qənaətə gəlməyə əsas yarana bilməz ki, Fransa Qarabağ məsələsində yenidən tərəfsizlik mövqeyinə qayıtdı.
   Məsələ burasındadır ki, Fransanın tərəfsizliyi həmin qanundan çox-çox əvvəllər pozulub. Sarkozi İrəvanda bir sutka, Bakıda cəmi 2-3 saat qalmaqla tərəfkeşlik edib, İrəvanda genosid abidəsini ziyarət etdiyi halda, Bakıda Şəhidlər Xiyabanına saymazlıq göstərməklə tərəfkeşlik edib. Fransanın son 20 illik tarixində belə faktlar çox olub. Ona görə də Fransanın tərəfkeşlik mövqeyində ümumiyyətlə pərçimləndiyini nəzərə alaraq, həmsədrlik institutunun yenidən formalaşdırılmasına nail olmağa çalışmalıyıq. Fransa parlamentinin uydurma genosid barədə bundan sonra hansı mövqedə olacağından asılı olmayaraq, Minsk Qrupunun tərkibinin və təbii ki, həmsədrlərin strukturunun yenilənməsinə ciddi əsaslar var. Əvvəla, indiki tərkibdə həmsədr ölkələr 1996-ci ildən indiyədək heç bir real nəticə ortaya qoya bilməyib. ABŞ, Rusiya, Fransadan ibarət həmsədrlik tərkibi özünü doğrultmur. Bəlkə ABŞ və Rusiyadan ibarət iki həmsədrlik formatı daha məhsuldar, işlək mexanizmi ola bilər? Ya bəlkə ABŞ və Rusiya ilə yanaşı, son illərdə regional proseslərdə daha fəallığı ilə seçilən Türkiyəni də buraya daxil etmək olar? Erməniləri Türkiyənin həmsədrliyindən çəkindirən bəzi məlum faktorlar olsa da, onların həyati ehtiyac hiss etdiyi sərhədlər məsələsinə görə başqa qərarlar verə bilərlər. Ya bəlkə üçüncü həmsədr kimi son illərdə regionumuzun problemləri ilə bağlı fəallaşmış İsveçrəni nəzərdən keçirmək olar? Başqa variantlar da var. İkinci, Minsk Qrupunun üzvü kimi təsdiqlənmiş 13 ölkədən ibarət tərkibə də yenidən baxmaq üçün əsaslar yaranıb. Bildiyim qədər, bunlar İsveç, İsveçrə, Almaniya, Türkiyə, Çexiya, Belarus, Finlandiya, İtaliya, Niderland, Portuqaliya, ABŞ, Rusiya, Fransadır. Hazırkı dünya reallıqları baxımından Belarusun bu tərkibdə olması və üstəlik Qarabağ probleminin son həlli üzrə yekun sülh konfransının Minskə salınması nə qədər səmərəlidir? Minsk Qrupunun yarandığı 1992-ci ildə geosiyasi vəziyyət başqa idi və həmin geosiyasi durumda bu tərkib ümidverici görünə bilərdi. Ən azı, o zaman hələ kimsə, məsələn, Belarusla sivil dünyanın hansı münasibətlər həddinə gəlib çıxacağını bilə bilməzdi. Ancaq faktdır ki, bu gün həmin münasibətlərdə çox ciddi problem var, Belarus və onun ayrı-ayrı şəxsləri bəzi konkret beynəlxalq sanksiyalar altındadır. Faktdır ki, indiki sivil dünya Belarusdakı mövcud vəziyyəti insan haqları və demokratiya prinsiplərinə, deməli həm də sülhə və təhlükəsizliyə uyğun hesab etmir. İndi özünüz baxın, sülhə və təhlükəsizliyə uyuşmayan bir ölkənin paytaxtı Minskdə Qarabağ üzrə yekun beynəlxalq sülh konfransı keçirmək məqsədi nə qədər ciddi səslənir? Bəlkə Belarusdakı vəziyyət hələ bundan sonra on illər boyu davam edəcək? O zaman Belarus rəhbərliyi onu sanksiyalar altında saxlayan Qərb dövlətlərinin rəhbərlərini öz paytaxtındakı sülh konfransında görmək istəyəcəkmi? Lukaşenkodan və onun kimi birisindən belə şeylər gözləməyənlərə mən təəccüb edərəm. Bütün bunlar o deməkdir ki, Minsk Qrupundakı Belarusun və Qarabağ məsələsində xüsusi sülhsevər fəallığı ilə seçilməyən bəzi bir neçə ölkənin hazırkı tərkibdən uzaqlaşdırılmasını nəzərdən keçirmək olar. Hətta indi ATƏT üzvü olmayan bəzi ölkələrin də yeni sülh qrupuna daxil edilməsi üzərində iş gedə bilər. Yaxın perspektivlərə baxaq. İnqilab təlatümlərində çalxalanan müsəlman - Ərəb ölkələri arasında sivil, demokratik cəmiyyət quruculuğu yolunu ardıcıl tutan ölkələr, sözsüz ki, olacaq. Həmin ölkələrin Avropa təhlükəsizlik formatlarına inteqrasiya oluna biləcəyini də unutmaq olmaz. Məsələn, Qazaxıstan kimi Asiyanın "orta göbək ölkəsi" ATƏT-ə inteqrasiya edə bilərsə, nədən Avropaya daha yaxın olan Mərakeşdən, Misirdən, İraqdan bunu gözləmək mümkün olmasın? Qısası, gələcəkdə Qarabağ problemi üzrə yeni sülh qrupunun tərkibində İslam Konfransı Təşkilatının üzv dövlətlərindən hansılarısa görmək mümkündür və buna cəhd edilməlidir. Minsk sülh konfransı anlayışı Qarabağ probleminin alnına yazılmayıb ki?! Minsk əvəzinə London, Oslo, Haaqa, Qahirə, Bağdad, Ankara və sair sülh qrupları ola bilməzmi? Əlbəttə, başa düşülür ki, bunlar qısa zamanda ərsəyə gələn məsələlərə oxşamır. Ancaq Qarabağ probleminin özünün də həll perspektivləri o qədər yaxında deyil.
   - Bu çox maraqlı ideyalar həqiqətən, dediyiniz kimi, yaxın zamanların işi deyilsə, bəs bundan sonra nələri etmək lazımdır?
   - Bütün sahələrdə köhnə sistemləri birdən-birə söküb atmaq olmur. Eyni ilə də Minsk Qrupunu, onun 13 dövlətdən ibarət tərkibini və üç dövlətin təşkil etdiyi həmsədrlik formatını. Ancaq müəyyən aralıq, keçid pillələr yox deyil. Məsələn, bir daha deyək ki, Minsk Qrupu və onun üçtərəfli həmsədrlik formatı effektli iş mexanizmi göstərə bilmədi. Üstəlik, Fransa açıq-aşkar ermənipərəst yol tutub. Bu vəziyyətdə Minsk Qrupunun həmsədrlərindən olan ABŞ və Rusiya ilə Qarabağ mövzusunda ikitərəfli və üçtərəfli təmasları gücləndirmək mümkündür. Belədə Fransa ilə fəal Qarabağ təmasları tədricən arxa plana keçəcək, əvəzində isə regional proseslərdə çox fəallaşan Türkiyə ilə Qarabağ probleminin həlli kontekstində təmasları hədsiz intensivləşdirmək olar. Sonrasını isə hadisələr göstərəcək.
   
Vidadi ORDAHALLI
Britaniyanın baş naziri AŞ PA tribunasındakı çıxışında erməni deputatın Azərbaycan barədə atmacasına cavab verdi
"Biz Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlanmasını istəməzdik"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı biz Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlanmasını istəməzdik.
   Biz bu məsələdə ATƏT-in Minsk Qrupunun bu münaqişənin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətini dəstəkləyirik və hesab edirəm ki, Azərbaycan da öz növbəsində bu formatda gedən sülh prosesini dəstəkləyir". Bunu dünən Birləşmiş Krallığın baş naziri Devid Kemeron AŞPA-dakı çıxışından sonra Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın Böyük Britaniyanın Azərbaycana güclü sərmayə qoyması və Azərbaycanın da yenidən müharibəyə başlaması istəkləri ilə bağlı sualına cavab verərkən deyib.
Müsavatda İsa Qəmbərin əvəzindən "başqan bəyanatları" davam edir
Nüşabə Sadıxlı: "İndiki halda Müsavat Partiyasında başqan seçkisinin keçirilməsi məqsədəuyğun deyil"
"Demişəm, bir daha təkrar edirəm, indiki halda Müsavat Partiyasında başqan seçkisinin keçirilməsi məqsədəuyğun deyil".
   Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü, professor Nüşabə Sadıxlı deyib. N.Sadıxlı bildirib ki, bəzi Türkiyə və Azərbaycan ziyalılarının, Müsavat Partiyası üzvlərinin yeni başqan seçilməsi məsələsinin təxirə salınması ilə bağlı mövqeyi var: "Onlar İsa bəyə müraciət ediblər ki, başqanlıq məsələsi bu qurultayda həll olunmasın. Mən də belə düşünürəm ki, yeni başqan seçkisi təxirə salınmalıdır. Həm də düşünürəm ki, İsa bəy bu qədər insanın sözünü yəqin ki, eşidər".
   N.Sadıxlı Müsavat başqanının müavini Arif Hacılı və digərlərinin başqanlığa namizədliyini irəli sürmək niyyətinə isə hörmətlə yanaşdığını söyləyib: "Mən hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Təbii ki, başqanlıq seçkisi məsələsi bu qurultayda olacaqsa, Arif bəy də, digər bəylər də namizədliyini irəli sürəcək. "Başqan seçkisi olmalıdır" deyən kəslər Nizamnaməyə dəyişiklik edilməsini istəməyənlərdir. Onların fikrinə hörmət edirəm. Amma eyni zamanda düşünürəm ki, onlar da digərlərinin fikirlərinə hörmət etməlidir. Qurultay qərar versə ki, başqan seçkisi təxirə salınsın, onda həmin şəxslər başqalarının fikirlərinə hörmət etmək zorunda qalacaq".
   N.Sadıxlı onu da əlavə edib ki, başqan seçkiləri təxirə salınmazsa, yalnız o vaxt namizədliyini irəli sürməklə bağlı qərar verə bilər.
   
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə hansı işləri görüb?
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə göstərdiyi fəaliyyətə dair hesabat açıqlayıb.
   SAM-dan APA-ya göndərilən hesabatda deyilir ki, mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənib. Yeniliklərə misal olaraq Cənubi Qafqazda ilk beynəlxalq akademik "Caucasus İnternational " jurnalının təsis və nəşr edilməsini, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq haqqında memorandum və sazişlərin imzalanmasını, xarici KİV təmsilçilərinin Azərbaycana silsilə səfərlərinin təşkil edilməsini, milli müzakirələrin, eləcə də, konfrans və dəyirmi masaların canlı Twitter konfransı formatında təşkilini, dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsinin keçirilməsini, respublikanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitlərinin hazırlanmasını, xarici beyin mərkəzlərinin nümayəndələri ilə birgə nəşrlərin çap edilməsini və s. qeyd etmək olar. SAM-ın fəaliyyətində prioritet istiqamətlərdən biri də Azərbaycanın sabit makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı mövzularının araşdırılmasıdır. Bu istiqamətdə ilk dəfə olaraq, rus və ingilis dillərində multimedia texnologiyaları əsasında Azərbaycanın ölkə təqdimatı hazırlanıb.
   2011-ci ildə mərkəz tərəfindən bir sıra beynəlxalq və respublika miqyaslı elmi-təşkilati tədbirlər həyata keçirilib. Bunların sırasında "Yaxın Şərqdə dəyişən güc balansı", "Barak Obama administrasiyası və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi", "Kiber və milli təhlükəsizlik", "Aralıq dənizində təhlükəsizlik balansı", "Xəzər enerjisinin Avropa perspektivləri", eləcə də ölkənin elmi ictimaiyyətinin diqqətini cəlb edən "Qloballaşma, milli ideya və Azərbaycan", "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid", "Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda təşkil edilmiş tədbir və konfransların adlarını çəkmək olar. Görülən işlərin statistik mənzərəsinə gəldikdə isə, 2011-ci ildə mərkəz tərəfindən ümumilikdə 20 elmi-tədqiqat layihəsi həyata keçirilib, əksəriyyəti xarici dildə olmaqla 182 elmi məqalə çap edilib, 108 hesabat və arayış hazırlanıb, mətbuatda və elektron mediada 38 müsahibə verilib. Mərkəzin əməkdaşları hesabat ilində beynəlxalq miqyaslı müxtəlif konfrans və tədbirlərdə əsas məruzəçi və iştirakçı kimi 65 xarici ezamiyyətdə olub.
   
AMİP-də "İP" müəmması hələ də aydınlaşmayıb
Elşən Mustafayev: "Partiyanın rəsmi olaraq İP-də təmsil olunması ilə bağlı siyasi şuranın qərarı yoxdur"
"Müxalifət partiyaları birgə fəaliyyət göstərə bilmir"
AMİP-lə bağlı son vaxtlar bulanan sular hələ də durulmur ki, durulmur. Görünən odur ki, partiya daxilində mövcud olan müəyyən ziddiyyətlər yaxın dövrdə öz həllini tapmayacaq. Belə ki, partiya fəallarından biri mətbuata açıqlamasında bildirib ki, AMİP sədri Yusif Bağırzadə İctimai Palata ilə münasibətlərin pozulmasının zərərli olduğunu artıq hiss etməyə başlayıb.
   Həmin şəxsin sözlərinə görə, partiyanın katibi Əli Orucovun İP-in müdafiəsinə qalxması İP rəhbərliyinin onu müdafiə etməsi ilə nəticələnib. Vəziyyətin bu şəkil alması Y.Bağırzadəni hərəkətə keçirib. O, İP-lə münasibətləri düzəltmək və rəqibi Ə.Orucovu güclü "silah"dan məhrum etmək üçün İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə AXCP rəhbərliyinə daxil olan şəxslər və AMİP rəhbərliyində Y.Bağırzadə ilə gərgin münasibətləri olmayan adamlar da iştirak edib və partiyalar arasında əməkdaşlıq müzakirə olunub. Görüşdə müxalifətin daha geniş formatda birliyi də müzakirə mövzusu olub. AXCP tərəfi bildirib ki, bu gün müxalifətin birliyi üçün ən uğurlu format İP-dir. AMİP-in də onlarla üzvünün İP-də təmsil olunduğu və sədr Y.Bağırzadənin qurumun təsisçilərindən olduğu bildirilib, bundan sonra partiyanın İP-də fəaliyyətini genişləndirəcəyi vurğulanıb.
   Mətbuatda o da qeyd olunub ki, Y.Bağırzadə bu yaxınlaradək İP Koordinasiya Şurasında təmsil olunmağı bütün AMİP-çilərə qadağan etsə də, indi özünün bu qurumda təmsil olunmaq niyyətinin olduğunu deyir. Digər bir məlumata görə, Y.Bağırzadə İP-də ona görə AMİP-in partiya olaraq təmsil olunmasında maraqlı deyil ki, biznesini itirəcək.
   Başqa bir tərəfdən, Əli Orucov mətbuata açıqlamasında partiya sədrinin tutduğu mövqeyi tənqid edib: "AMİP yarandığı gündən indiyədək heç bir bloka, heç bir birliyə, ittifaqa qoşulmayıb və belə seçim qarşısında da qalmayıb. Heç kəsin, heç bir siyasi qüvvənin də yanında olmayıb. Əksinə, tanınmış şəxslər, görkəmli ziyalılar, aparıcı siyasi qüvvələr AMİP-in yanında olub, partiya özü belə birliklər yaradıb, digərləri də bu birliklərə qoşulub. Ola bilsin, Yusif bəyin AMİP-in tarixi və keçdiyi yolu, eləcə də partiyanın gücü, imkanları, potensialı haqda o qədər də geniş bilgilərə sahib olmaması onun AMİP-in bəzi partiyalara qoşulacağı kimi fikirlər səsləndirməsinə rəvac verib. Amma məncə, AMİP aparıcı siyasi təşkilatlardan biri olaraq özü müstəqil surətdə əsas siyasi güc mərkəzinə çevrilə bilər".
   Maraqlıdır, doğrudanmı AMİP İP-də fəal təmsil olunmağı qarşısına məqsəd qoyub? Deyilənlər nə dərəcədə reallığı əks etdirir?
   Məsələyə aydınlıq gətirən AMİP funksioneri Elşən Mustafayev mətbuatda partiyanın İP-ə qoşulmaq istəməsi ilə bağlı yazılanların doğru olmadığını bildirdi: "AMİP ölkədəki müxalif partiyaların hər zaman birgə fəaliyyətinin tərəfdarı olub, amma bu heç vaxt reallaşmayıb. Ona görə ki, bütün müxalifət partiyalarının bir araya gəlməsinə mane olan konkret məsələlər var. O üzdən, müxalifət partiyaları birgə fəaliyyət göstərə bilmir. Ona görə də bizim partiya olaraq təklif etdiyimiz model ondan ibarətdir ki, məhz bir araya gələ biləcək məsələlərlə bağlı birgə fəaliyyət olsun. Hansı məsələdə ki, uzlaşa bilmirlər, onu müzakirə predmeti etməsinlər. Zamanı gələndə bu məsələnin çözümü ola bilər. Ancaq faktiki olaraq bu gün bunun bir həlli yoxdursa, onda birgə əməkdaşlığı heç etməmək də doğru deyil. Ona görə də AMİP bütün partiyalarla, o cümlədən İP-də təmsil olunan və olunmayan partiyalarla görüşlər keçirir. Bütün bunlar ölkədəki siyasi partiyalarla birgə əməkdaşlıq modelinə yönəlmiş bir addımdır.
   Əməkdaşlıq deyəndə burada söhbət hər hansı blokdan, ittifaqdan getmir. Söhbət bəzi ümumi məsələlərdə əməkdaşlıqdan gedir. Partiya üzvləri İP-də fərdi olaraq iştirak edir. Ancaq partiyanın rəsmi olaraq İP-də təmsil olunması ilə bağlı Siyasi Şuranın qərarı yoxdur".
   Göründüyü kimi, AMİP rəsmiləri deyilənləri qətiyyətlə təkzib edir.
   
Vidadi ORDAHALLI
Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək
Konstitusiya Məhkəməsi "erməni soyqırımı" qanununa rəsmi prosedurla müdaxilə edib
Yanvarın 24-də Fransa Senatında qəbul edilən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinin qarşısının alınması üçün yeni şans yaranıb.
   Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Fransa Senatında qanunun Konstitusiya Şurasına (Məhkəməsinə) göndərilməsi ilə bağlı senatorların imza toplamasından xəbərdar olduğunu açıqlayan Fransa Konstitusiya Şurası srağagün prosesə müdaxilə edib.
   Konstitusiya Şurası Senata qanunun Fransa prezidentinə göndərilməsinin 3 gün təxirə salınmasını istəyib. Bununla da qanunun Konstitusiya Məhkəməsinə göndərilməsinə çalışan müxalif senatorlar 3 gün qazanıb.
   Qeyd edək ki, qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu Fransa Konstitusiyasına, söz və düşüncə azadlığına zidd sayan və bununla bağlı imza verən senatorların sayı hazırda 35 nəfərdir. Qanunun Konstitusiya Məhkəməsinə göndərilməsi istiqamətində əsas təşəbbüskar Avropa Demokratik və Sosial Birliyik Partiyasının Senatdakı qrupunun rəhbəri Jacques Mezarddır. Avropa Demokratik və Sosial Birliyi Partiyasının Senatda 16 üzvü var. O bildirib ki, imza verənlərin əksəriyyəti hakimiyyətdəki Xalq Hərəkatı Birliyi Partiyasının üzvləridir. Müxalifətdəki Sosialist Partiyasının senatorlarının da bir neçəsi imza verib.
   Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun 60 senatorun imzası ilə Konstitusiya Şurasına göndərilərsə, 9 üzvü olan Konstitusiya Şurasının qanunun Konstitusiyaya zidd olması barədə qərar çıxarması ehtimalı yüksək dəyərləndirilir. Əks halda 3 gün sonra qanun Fransa prezidenti Nikola Sarkoziyə təqdim olunacaq.
   Prezident 2 həftə ərzində qanunu ya imzalamalı, ya da geri qaytarmalıdır. Fransa Prezident Administrasiyası Nikola Sarkozinin 2 həftə ərzində qanunu imzalayacağını açıqlayıb. Qanun imzalandıqdan sonra qüvvəyə minəcək.
   Konstitusiya Şurasının tələbi ilə ayrılan 3 günün 1-i artıq arxada qalıb, daha 48 saat var.
"Vahid Azərbaycan" qəzetini əldən verən Vahid Azərbaycan Partiyası yeni qəzet təsis edir
Partiya qurultayının vaxtını da dəyişdi
Vahid Azərbaycan Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 25-də VAP 11-ci qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
   Bir çox rayon təşkilatlarının təklifləri nəzərə alınaraq qurultayın vaxtı dəyişdirilib və martın 28-də keçirilməsi qərarlaşdırılıb.
   Qurultayın gündəliyinə mətbuatda elan olunmuş məsələlərdən əlavə yeni bir məsələnin də daxil edilməsi qərara alınıb. VAP Təbliğat şöbəsinin rəhbəri S.Səmədov bu məsələ ilə əlaqədar bildirib ki, VAP-ın mətbuat orqanı olan "Vahid Azərbaycan" qəzeti, 1988-ci ildən bəri fəaliyyət göstərməsinə və onun təsisçisinin VAP olmasına baxmayaraq, VAP-la əlaqəsi olmayan şəxslərə verilib. Bununla əlaqədar VAP dəfələrlə məsələ qaldırsa da, "Vahid Azərbaycan" qəzetinin VAP-a qaytarılması hələ də mümkün olmayıb. Ona görə də Təşkilat Komitəsi qərara alıb ki, VAP yeni mətbuat orqanı təsis etsin. Yeni qəzetin adının "Müqavimət" olması təklif edilib və ona epiqraf seçilib.
   "İmam Hüseyin ol, ol Şah İsmayıl.
   Qəflət yuxusundan, millətim, ayıl".
   İclasda Fransa Senatının erməni soyqırımı ilə əlaqədar qəbul etdiyi çox gülünc və məsuliyyətsiz qərarla bağlı çıxış edənlər tərəfindən etirazlar səslənib, Fransa nümayəndəsinin Minsk Qrupundan kənarlaşdırılması və s. təkliflər irəli sürülüb. Bu məsələlərlə əlaqədar Mərkəzi Şuranın iclaslarında xüsusi müzakirələr aparmaq və bu müzakirələrin nəticələrindən asılı olaraq onları 11-ci qurultayın gündəliyinə daxil etmək məqsədəuyğun hesab edilib. İclasda İrana təzyiqlər və embarqolar lüzumsuz və qərəzli adlandırılıb.
   
Xəbər xidməti
İran Xəzər dənizi barədə iddialarından geri çəkilməyəcək
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində ədalət prinsipi qorunmalıdır və İran dənizin hüquqi statusu məsələsində öz haqqından geri çəkilməyəcək.
   Bunu İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Gülüstan əyalətində Xəzər dənizi məsələləri ilə bağlı srağagün gecə keçirilən konfransda deyib. "Trend"in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
   Axundzadə bildirib ki, Xəzərin bölünməsi məsələsində İranın hüquqlarını qorumaq məqsədilə hazırda sənəd hazırlanır. Onun sözlərinə görə, İran qonşu ölkələr arasında münaqişə yaranmasına icazə verməyəcək. Xəzərin statusu məsələsində Xəzəryanı ölkələr arasında həmrəylik yaranmalıdır. Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıb. 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb. 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb. Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.
   
   
   
   
"Şahdəniz" yatağında İranın payı ilə bağlı qaranlıq ortadan qaldırıldı
BP: "İrana qarşı sanksiyalar "Şahdəniz" layihəsinə toxunmayacaq"
BVF İrana qarşı sanksiyalarla neftin qiymətinin 30 faiz artacağını dedi
BP şirkəti ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı sanksiyalarının "Şahdəniz" layihəsinə toxunmayacağını güman edir. "APA-Economics"in "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə BP-nin "Şahdəniz" layihəsi üzrə marketinq meneceri Stiv Qarlik Vyanada keçirilən konfransda çıxışında bildirib. O, hazırkı anda sanksiya prosesinin layihəyə toxunmayacağına əmin olduqlarını qeyd edib.
   S.Qarlikin sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir: "Bu cür nəhəng layihələr hər zaman risqlərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risqlərdəndir və biz bunun öhdəsindən gəlməliyik".
   Qeyd edək ki, "Şahdəniz" layihəsinin səhmlərinin 10%-i İranın "Naftiran Intertrade Co." şirkətinə məxsusdur.
   Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
   Beynəlxalq Valyuta Fondu (BVF) İran neftinin ixracına embarqo qoyularsa, dünya bazarında neftin qiymətinin 20-30% artacağını bəyan edib. "APA-Economics"in "Reuters"ə istinadən xəbərinə görə, BVF ekspertləri İrana qarşı sanksiyaların nəticələrinin Liviya inqilabından sonra olduğu kimi, təhlükəli və irimiqyaslı olacağını bildiriblər.
   "İran Fars körfəzinə girişi bağlamaq barədə təhdidini yerinə yetirmək qərarına gəlsə, nəticələr daha dramatik olacaq. Hörmüz körfəzinin bağlanması regionda geopolitik gərginliyi artıracaq və analoqu olmayan qeyri-stabillik yaradacaq" - deyə ekspertlər qeyd edib. Qeyd edək ki, dünyada hasil olunan neftin 25%-i, İraq, Küveyt, Səudiyyə Ərəbistanı kimi ölkələrdən ixrac olunan neftin isə 40%-i Hörmüz körfəzi vasitəsilə həyata keçirilir. İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barrel neft alıb.
   Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
   
Xəbər xidməti
İran Avropa Birliyindən əvvəl neft sanksiyalarına başlayır
Rəsmi Tehran Avropa ölkələrinə neft ixracını dayandıracaq
İslam dövləti Avropaya sürpriz hazırlayıb
Yanvarın 23-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında bu il iyulun 1-də İrandan neft alınmasının tam dayandırılması barədə qərarına Tehran gözlənilməz reaksiya verib.
   Türkiyənin NTV telekanalı xəbər verir ki, rəsmi Tehran Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması istiqamətində hərəkətə keçib. Bu həftənin sonunda İran parlamentində Avropa Birliyinə üzv ölkələrə neft ixracının dərhal dayandırılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Böyük Britaniyanın "Financial Tayms" qəzetinə açıqlama verən İran parlamentinin enerji komissiyasının sözçüsü Emad Hüseyni isə bildirir ki, qanun Məclisdə qəbul olunarsa, Avropa Birliyinin İran neftinin idxalına qarşı sanksiyası başlamazdan əvvəl Tehran bu ölkələrə neft ixracını dayandıracaq. O, qanun layihəsinin ən gec bazar günü parlamentdə müzakirəyə çıxarılacağını bildirib.
   "Financial Tayms" qəzeti bununla bağlı yazır ki, İran neft ixracını yaxın günlərdə dayandırarsa, ən çox iqtisadi böhranla üzləşmiş Yunanıstan, İtaliya və İspaniya kimi ölkələr zərər görəcək. İran hər gün Avropa Birliyi ölkələrinə 450 min barrel neft ixrac edir. Yunanıstan neft tələbatının 1/3-i məhz İran nefti hesabına təmin edir. Qəzetin iddiasına görə, Tehran neft ixracını dayandırarsa, Yunanıstanın daha böyük böhranla üzləşəcək.
   Bu arada, Fransanın "Total" neft şirkəti İrandan neft idxalını tamamilə dayandırdığını bəyan edib. "Total"ın icraçı direktoru Kristof de Marjeri bildirib ki, şirkətin İran neftini almaqdan imtina etməsi Tehrana qarşı beynəlxalq sanksiyalarla əlaqədardır: "Biz İrandan neft idxalını dayandırsaq da, hesab edirəm ki, İran neftinə başqa müştərilər tapılacaq. İran öz neftini satmaq üçün müəyyən güzəştlərə getsə, yəqin ki, ona digər müştərilər tapılacaq.
   Biz hər gün İrandan 80 min barel həcmində neft alırdıq. İndi bunu tamamilə dayandırmışıq və artıq İrandan neft almırıq".
   BMT-nin baş katibi Ban Ki Mun isə bütün tərəfləri İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi daha da artırmamağa çağırıb. O, bu məsələnin sülh yolu ilə həllinə alternativ olmadığını bildirib. Ban Ki Mun eyni zamanda qeyd edib ki, Tehran indi bu məsələ ilə bağlı beynəlxalq atom enerjisi agentliyi ilə hərtərəfli əməkdaşlıq etməli və beynəlxalq sanksiyalara cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələməməlidir.
   Beynəlxalq Valyuta Fondu bundan əvvəl xəbərdarlıq edib ki, İran bu boğazı bağlasa, dünya bazarında neftin qiyməti 20-30 faiz qalxa bilər. Onu da qeyd edək ki, dünyada dəniz yolu ilə daşınan neftin 1/3-dən çoxu məhz bu boğazdan keçir.
   
Əsgər HƏSƏNLİ
Fransanın Qarabağ məsələsində vasitəçiliyinin mümkünsüzlüyünə ABŞ-dan da dəstək gəldi
Fransa 1915-ci il hadisələrinə dair Senatda qəbul olunan qərara görə Dağlıq Qarabağ məsələsinin həlli prosesində artıq obyektiv və ədalətli vasitəçi ola bilməz.
   APA-nın müxbiri xəbər verir ki, bu barədə Vaşinqtondakı Sidar Global Advisors (SGA) analitik qrupunun növbəti xüsusi tədqiqat işində qeyd edilib. "Azərbaycan Fransa Senatında qəbul olunan qərarı pisləyir və bildirir ki, Fransa artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrliyində qala bilməz. Ermənistan prezidenti isə qəbul etdikləri qanun layihəsinə görə Fransa qanunvericilərinə təşəkkür edib" - deyə analitik qrup bildirir. SGA analitikləri qeyd edir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qəbul olunan sənədi "diskriminasiya xarakterli irqçi layihə" adlandıraraq, onun qəbuluna görə Fransa parlamentini sərt tənqid edib: "Amma Türkiyə siyasətçiləri hələlik cavab tədbirləri görməyə tələsmir, əvəzində Fransa senatorlarından Konstitusiya Məhkəməsinə müraciət etməyi tələb edirlər". Analitiklərin fikrincə, Türkiyənin Fransaya qarşı tətbiq edə biləcəyi çoxlu sayda diplomatik, siyasi və iqtisadi sanksiya var: "Diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endirilə, Türkiyənin hava və su məkanı Fransa üçün bağlana, təhsil və mədəniyyət sahəsində əlaqələr zəiflədilə, Fransanın 1950-60-cı illərdə Əlcəzair xalqına qarşı soyqırım törətdiyi Ankara tərəfindən iddia edə bilər".
   Analitiklər belə hesab edir ki, Türkiyə və Fransa Ümumdünya Ticarət Təşkilatının və Avropa İttifaqı Gömrük Birliyinin üzvü olduğu üçün Türkiyənin Fransa mallarını və xidmətlərini rəsmən boykot etməsi mümkün olmayacaq: "Türkiyədə ictimaiyyətin qəzəbi artır, müxalifət partiyaları da bu məsələdə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyir. Belə olan halda Türkiyə istehlakçıları fransız mallarını qeyri-rəsmi şəkildə boykot edə bilər ki, bu da ötən il 14 milyard ABŞ dolları həcmində olan ikitərəfli ticarət dövriyyəsinə ciddi ziyan vurar".
   SGA əmindir ki, Fransa-Türkiyə əlaqələrinin zəifləməsindən ən çox ziyan çəkən Türkiyə ilə müdafiə sənayesi sahəsində sərfəli sazişlər imzalayan fransız şirkətləri olacaq. Türkiyənin Fransadan 4 milyard dollar məbləğində uzaq mənzilli raket və raketdən müdafiə sistemləri alacağı gözlənilirdi. Ankara bu ilin yayında bu barədə qərar qəbul etməli idi: "Bunun əvəzində Türkiyənin Avropa Birliyinə daxil olması bir qədər də çətinləşəcək. Türkiyənin NATO əməliyyatlarında həlledici rolunu nəzərə alsaq, onda belə hesab etmək olar ki, gələcəkdə NATO-nun Suriyaya müdaxiləsi də problemli olacaq. Türkiyə və Ermənistan arasında hər hansı yaxınlaşma isə bundan sonra mümkün olmayacaq".
   Analitiklərin fikrincə, ABŞ-dakı erməni diasporunun 24 apreli rəsmən "erməni soyqırımı" günü kimi qeyd etmək cəhdləri indi Türkiyəni daha çox narahat edəcək: Türkiyə və İsrail arasında münasibətlərin korlanması göstərir ki, İsrail lobbisi də belə bir qanun layihəsinin qəbuluna mane olmayacaq. Erməni diasporunun cəhdlərinin qarşısını almaq üçün Türkiyə rəsmiləri bir daha Türkiyənin ABŞ üçün strateji əhəmiyyətini vurğulamalı, bunu prezident Obamaya qəbul etdirməli olacaqlar". SGA-da hesab edirlər ki, ABŞ Türkiyəni hərbi cəhətdən təchiz edir və bu məsələdə Türkiyə ondan asılı olduğu üçün qondarma "erməni soyqırımı" ABŞ-da rəsmən qəbul olunsa belə, Ankaranın Vaşinqtonla hərbi sazişləri ləğv edəcəyini təsəvvür etmək çətindir.
   
Anders Foq Rasmussen NATO-nun İrana müdaxilə etmək fikrində olmadığını bəyan etdi
"NATO-nun İrana müdaxilə etmək fikri yoxdur. Biz hesab edirik ki, bu ölkənin mübahisəli nüvə proqramının həll yolu müzakirələrdən keçir". APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. O, İrana qarşı sanksiyaların artırılmasından məmnun olduğunu, ancaq bu ölkənin daxili işlərinə qarışmaq fikrində olmadıqlarını deyib: "Ancaq hesab edirik ki, İran hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməli, uranın zənginləşdirilməsi prosesini dayandırmalı, həmçinin Hörmüz boğazından gəmilərin sərbəst keçidini təmin etməlidir".
   
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari...
Dünya mətbuatı qorxunc təhlil və proqnozlardan yazır
Avropa İttifaqının 2012-ci il iyulun 1-dən İran neftinə embarqo qoyması və bunun nəticələri ilə bağlı siyasi və iqtisadi mərkəzlərdə ən müxtəlif səpkidə müzakirələr aparılmaqda, hadisələrin inkişaf ssenerisi cızılmaqdadır. Bununla bağlı dünya mediasında da olduqca maraqlı fikirlər səslənir. Diqqət yetirilən ilk əsas məqam ondan ibarətdir ki, Avropa İttifaqının qərarı artıq dünya birjalarına da təsir göstərib. Belə ki, "qara qızıl"ın qiyməti bahalaşmağa başlayıb.
   Məsələ ilə bağlı "Times" qəzeti yazır ki, baş verənlərə rəğmən, Qərb dünyasının "qorxu respublikası" adlandırdığı İrana qarşı nəşrdə dərc olunan məqalədə bildirilir ki, öz vətəndaşlarının ən adi haqlarını əzən bir rejimin nüvə proqramının dinc məramlı olması heç də inandırıcı deyil. Almaniyada çıxan "Şpigel" jurnalı ekspertlərinin fikrincə isə, Brüsselin qərarından daha çox Avropanın özü ziyan çəkəcək: "İran amerikalı və avropalı istehlakçılarını itirsə də, bundan ölkə iqtisadiyyatı cüzi itkiyə məruz qalacaq, çünki Hindistan, Çin və Cənubi Koreya İran neftindən imtina etmək niyyətində deyil. Qərbə daşınacaq yanacağa qoyulan qadağa qara bazarı fəallaşdıracaq ki, bu da öz növbəsində regionda qeyri-sabit vəziyyət yaradacaq. "Sanksiyalardan İranın yalnız kiçik və orta biznesi zəifləyəcək, dövlət isə əksinə, güclənmiş olacaq"... "Finansial times" qəzeti isə embarqonun Tehranı nüvə araşdırmalarından uzaqlaşdırmayacağını yazıb. Məqalə müəlliflərinin fikrincə, belə olan halda planet iki qorxulu ssenari ilə qarşılaşa bilər. Ya İran atom silahı istehsal edərək düşmənlərinə tutarlı cavab verəcək, ya da Birləşmiş Ştatlar və Avropanın birgə qüvvələri özlərinin keçmiş müttəfiqinə qarşı hərbi əməliyyata başlayacaq. Bundan başqa, embarqoya start verilməsi ilə neftin qiyməti kəskin artacaq ki, bu da inkişaf etmiş dövlətlərin ümumdaxili məhsulunun həcminə mənfi təsirini göstərəcək.
   İngiltərənin "Guardian" qəzeti isə Avropa İttifaqının İran neftinə qoyduğu embarqonun iyunun 1-ə qurulan saatlı bomba kimi qəbul olunduğunu yazır və vurğulanır ki, Avropa neftə olan tələbatının 20 faizini İran hesabına ödəyir: "Eyni tarixdə ABŞ-ın İran neftinin dünya maliyyəçisini hədəfə alan sanksiyaları dövriyyəyə girəcək. İran Asiyaya bir miqdar neft ixrac edə biləcək. Amma böyük miqdarda satış etmək üçün qiymət endiriminə getmək məcburiyyətində qalacaq. Əvvəlki sanksiyalardan fərqli olaraq, budəfəki neft embarqosu hər bir İran vətəndaşına təsir edir və hakimiyyətə qarşı bir təhdid formalaşdırır".
   Qəzet daha sonra yazır ki, Tehran bu cür addımların müharibə elan edilməsi mənası daşıyacağını bəyan etmişdi: "Bəzi Qərb hüquqşünasları da eyni fikirdədir. Amerikanın təyyarədaşıyan gəmisinin bazar günü Hörmüz boğazından toqquşma olmadan keçməsi bu günlük mümkündür. Amma neft embarqosu qüvvəyə mindikdən sonra vəziyyət gərginləşməyə başlayacaq. Amerikanın bölgədəki hərbi varlığını gücləndirməyə başladığı bir vaxtda İran İnqilab Ordusu Hörmüzdə hərbi təlimlərə başlayacağını bəyan edir".
   Xatırladaq ki, İranın bütün hədələyici addımları Qərbdə heçə sayılır və bunun nəticəsidir ki, ABŞ prezidenti Barak Obama növbəti dəfə İranın ünvanına təhdidedici bəyanat səsləndirib. Onun sözlərinə görə, Amerika İranın nüvə proqramının reallaşdırılmasına mane olmaq üçün istənilən təzyiq vasitəsinə əl atacaq: "ABŞ İranın nüvə silahı hazırlamasına mane olmaq fikrində qətidir və bu yolda hər hansı vasitəni istisna etmirəm". Xatırladaq ki, ABŞ və İsrail, İranın nüvə proqramının hərbi xarakter daşıya biləcəyini əsas gətirərək, rəsmi Tehranı hərbi zərbələr endirməklə təhdid edib.
   Vəziyyətin ciddiliyini anlayan İran indi özünü daha çox danışıqlar tərəfdarı kimi göstərməyə çalışır. Lakin bunun üçün şərtlər də irəli sürür. Məsələn, İran Məclisinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi bildirib ki, Qərb nüvə proqramı üzrə İran ilə danışıqları bərpa etməkdə maraqlıdırsa, siyasi oyunları dayandırmalıdır: "İran nüvə proqramı üzrə danışıqları hər zaman bərpa etməyə hazır olduğunu bəyan edib, bununla belə, bu məsələdə ilkin şərt irəli sürülməməlidir". İrana qarşı yeni sanksiyalar paketinin qəbul olunması ilə bağlı İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst bəyanatla çıxış edib. O bu sanksiyaları ədalətsiz və məntiqsiz adlandırıb: "Avropa ölkələri ABŞ-ın maraqlarına deyil, öz maraqlarına xidmət etməlidir. Ortaq məxrəcə sanksiyalar tətbiq etməklə deyil, yalnız konstruktiv danışıqlar yolu ilə nail olmaq mümkündür. Avropa İttifaqının ABŞ-ın təşəbbüsü ilə İrana qarşı qəbul etdiyi birtərəfli sanksiyalar ədalətsizdir və iflasa uğrayacaq". R.Mehmanpərəst qeyd edib ki, belə tədbirlər İranın sülh nüvə proqramının həyata keçirilməsinin qarşısını ala bilməz.
   O bildirib ki, Avropa İttifaqı qərarı ABŞ-ın siyasi təzyiqi altında qəbul edib və quruma üzv dövlətlərə öz maraqları çərçivəsində davranmalarını məsləhət görüb: "Görünür, Amerika hakimiyyəti Tehrana siyasi təzyiq göstərmək bəhanəsi ilə Avropadakı rəqiblərinin iqtisadi potensialını zəiflətmək üçün addımlar atır". Onun sözlərinə görə, neft embarqosu İrana ciddi təsir göstərməyəcək: "Avropanın hansısa istehlakçısı İrandan neftin idxalını dayandırmaq niyyətini bildirsə, dərhal digər istehlakçı ilə əvəz ediləcək".
   
Əsgər HƏSƏNLİ
Suriyada müharibənin tezliklə başlayacağına daha bir işarə...
Ərəb müşahidəçiləri Suriyanı tərk etməyə başlayıb
Suriyadakı beynəlxalq missiyada iştirak edən Ərəb Dövlətləri Liqasının (ƏDL) müşahidəçiləri evlərinə qayıtmağa başlayıb.
   Aralarındı Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olan 20 nəfərlik qrup artıq ölkəni tərk edib. Ümumilikdə Suriyada ƏDL beynəlxalq müşahidəçilər missiyasının qrupunda 55 ekspert işləyir. Bu həftənin əvvəlində Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Suriyadan müşahidəçilərini geri çağırmaq barədə qərar qəbul edib.
   Səbəb kimi Dəməşqin Suriya və ƏDL arasında müşahidəçilər missiyasının fəaliyyəti barədə bağlanmış protokolun maddələrini yerinə yetirməməsi göstərilir. Daha öncə analoji qərarı Səudiyyə Ərəbistanı qəbul edib.
Tanınmış Türkiyə professoru bu ölkədə Azərbaycana qarşı iş aparanlara böyük məqalə həsr etdi
Professor Ümid Özdağ: "İndi Türkiyədə "Hamımız erməniyik" şüarı dəbdədir, bəziləri üçün İrəvanın əsgəri olmaq problem yaratmır"
"Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər".
   APA-nın məlumatına görə, bu fikirlər professor Ümit Özdağın Türkiyə mətbuatında dərc olunan "Azərbaycan yalanları" adlı köşə yazısında öz əksini tapıb. Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulundan sonra Türkiyənin bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniya aparıldığını xatırladan Ümid Özdağ bu iddiaların yalan olduğunu, Azərbaycanın Fransanın bu addımına qarşı lazımi addımlar atdığını bildirib: "Fransa Senatında məlum qanun qəbul olunduqdan sonra Türkiyədə bu dairələr Bakının Parisə zəruri etiraz etmədiyi barədə yalanlar yaymağa başladılar. Təəssüf ki, bu yalanlara inanan, yaxud yalan olduğunu bilərək səhifələrində yer verən AKP hökumətinin nəzarətində olan qəzetlər qardaş Azərbaycan haqqında əsası olmayan yalan xəbərlər yayımlayır. Amma bir müddət əvvəl Bakıya səfər edən və prezident İlham Əliyev də daxil olmaqla bir çox rəsmi şəxslə görüşən MHP İğdır millət vəkili Sinan Oğan tam fərqli məlumatlar verir. Sinan Oğanla görüşdüm və əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşmək üçün söyləməyi rica etdim. Sinan Oğanın söylədiklərindən kiçik bir hissə: Ötən həftə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərliyində təmsil olunan şəxs kimi Azərbaycana səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və bir çox qurumların rəhbərləri və media təmsilçiləri ilə görüşdük və hamının bu məsələdə bizə dəstək verdiyinin şahidi oldum".
   Professor Ümit Özdağ rəsmi Bakının Fransaya münasibətdə atdığı addımlara da köşə yazısında yer verib. Azərbaycan rəhbərliyinin Fransanın atdığı bu addımın səhv olduğu və Azərbaycan-Fransa münasibətlərinə xələl gətirəcəyi barədə bəyanatla çıxış etdiyini, Azərbaycan parlamentində bu məsələ ilə bağlı xüsusi müzakirələr keçirildiyini və 125 millət vəkilinini imzası ilə Fransa Senatına müraciət göndərildiyini, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etdiyini, Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq etiraz bildirildiyini, Azərbaycanın Fransadakı səfirinə Türkiyənin bu ölkədəki səfiri ilə birlikdə Senata getmək və görülən işləri birgə koordinasiya etmək təlimatı verildiyini, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Fransa prezidentinə məktub yazdığını qeyd edib.
   "Bundan başqa, Azərbaycan Fransa Senatında yaxşı münasibətlərdə olduğu senatorlarla əlaqə quraraq qanunun əleyhinə səs verəcəkləri barədə qarantiya alıb, Azərbaycan qeyri-hökumət təşkilatları Fransa səfirliyi qarşısında mitinqlər keçirib, diaspor qurumları Parisdə aksiyalar təşkil edib, türk lobbisi ilə birgə fəaliyyət göstərib, Kiyevdəki Fransa səfirliyinin önündə etiraz nümayişləri təşkil ediblər. Siyasi partiyalar, millət vəkilləri və media təmsilçiləri qeyd olunan məsələ ilə bağlı etiraz bəyanatları, açıqlamalar verib, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında Fransa Senatının qəbul etdiyi qanunu pisləyib, bəzi fransız şirkətləri Azərbaycanda keçirilən tenderlərdə iştirakdan məhrum edilib".
   Ümit Özdağ yazısında Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparanların İrəvanın dəyirmanına su tökənlər olduğunu bildirib: "Belə bir söz var: əsgərə düşmən olan düşmən əsgəri olar. Çox gözəl sözdür. Bunu "Bakıya düşmən olan İrəvanın əsgəri olar" şəklində də deyə bilərik. İndi Türkiyədə "Hamımız erməniyik" şüarı dəbdədir, deməli bəziləri üçün İrəvana əsgərlik etmək problem yaratmır. Allaha şükür ki, Bakıda hakimiyyəti hələ də türklər idarə edir".
 
 
 SON XƏBƏRLƏR
2012-01-27 MTN-in Bakıda terrordan qoruduğu İsrail rəsmilərinin məsələsi Davos müzakirələrində...
2012-01-27 Heydər Əliyevin Moskvada istefasının maraqlı tarixi var imiş..
2012-01-27 Tanınmış Türkiyə professoru bu ölkədə Azərbaycana qarşı iş aparanlara böyük məqalə həsr etdi
2012-01-27 Müsavatda İsa Qəmbərin əvəzindən "başqan bəyanatları" davam edir
2012-01-27 "Eurovision-2012"nin ev sahibliyi açarı Bakıya rəsmən təqdim edildi
2012-01-27 Quş əti yenidən bahalaşma təhlükəsi ərəfəsindədir
2012-01-27 Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfə artıb
2012-01-27 Güney Azərbaycanda aşıq sənəti zindandan çıxır
2012-01-27 Azərbaycanda yuxarı sinif şagirdlərinin dərnək təlimi başlayır...
2012-01-27 Azərbaycan əhalisinin sosial müdafiə işləri Nyu-Yorkda müzakirə olunur
2012-01-27 Paytaxt və bölgə gənclərinin birliyində "Gənclər evləri"nin rolu...
2012-01-27 İstedadlı gənclərə dövlət qayğısının real təcəssümü və nəticələri...
2012-01-27 Milliliklə fərdiliyin vəhdəti...
2012-01-27 Super Liqa klubu Ümit Özata tapşırıldı
2012-01-27 Avro-2012-ni 1,5 milyon azarkeş izləyəcək
2012-01-27 Avropa nəhəngləri iki ildə 1 milyard avro ziyana düşüb
2012-01-27 "Barselona" "Real Madrid"i kubokdan kənarlaşdırdı
2012-01-27 Araz Abdullayev "Panionios"da ilk dəfə oyundan kənarda qaldı
2012-01-27 Dimitar Berbatov "Qalatasaray"ın hədəfində...
2012-01-27 "El Klassiko"dan sonra Mourinyodan gözlənilməz addım...
2012-01-27 Vaqner Lav "Flamenqo" ilə anlaşdı
2012-01-27 Aleks sosial şəbəkədə üsyan etdi
2012-01-27 "Bakı" 3 legionerin transferini yekunlaşdırdı
2012-01-27 "Azercell"in TeliaSonera şirkəti dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu
2012-01-27 Gəncədə mağazaya maskalı şəxslərin quldur basqını...
2012-01-27 "Gənclik" metrosunda 77 yaşlı kişi qatarların hərəkətini iflic etdi
2012-01-27 Bakıda daha bir qumarxana aşkar edilib
2012-01-27 Sumqayıt Məhkəməsi İslam Partiyasının sədr müavininə 1 il 6 ay həbs verdi
2012-01-27 Bakıda amerikalı jurnalist və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər məhkəmədə günahlarını boyunlarına almadılar
2012-01-27 Lənkəranın Böyük bazardakı çörək zavodu yandı
2012-01-27 Siyəzən xəstəxanası yandı
2012-01-27 Səttar Mehbalıyev həmkarlar təşkilatlarının nəzdindəki sanatoriyalarda gözlənilən yeniliklərdən danışdı
2012-01-27 Bakıdakı "PAY POİNT"lərlə bağlı narahatlıq baş qaldırıb
2012-01-27 Suriyada müharibənin tezliklə başlayacağına daha bir işarə...
2012-01-27 Anders Foq Rasmussen NATO-nun İrana müdaxilə etmək fikrində olmadığını bəyan etdi
2012-01-27 Fransanın Qarabağ məsələsində vasitəçiliyinin mümkünsüzlüyünə ABŞ-dan da dəstək gəldi
2012-01-27 İran Avropa Birliyindən əvvəl neft sanksiyalarına başlayır
2012-01-27 Bir qrup QHT kommunal sektorda istehlakçı hüquqlarının qorunması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi
2012-01-27 İran Xəzər dənizi barədə iddialarından geri çəkilməyəcək
2012-01-27 "Vahid Azərbaycan" qəzetini əldən verən Vahid Azərbaycan Partiyası yeni qəzet təsis edir
2012-01-27 Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək
2012-01-27 Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə hansı işləri görüb?
2012-01-27 Britaniyanın baş naziri AŞ PA tribunasındakı çıxışında erməni deputatın Azərbaycan barədə atmacasına cavab verdi
2012-01-27 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl fevralın 7-də Azərbaycana gələcək
2012-01-27 Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
2012-01-27 Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini və ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
2012-01-27 İctimai Palata Türkiyə səfirliyindən Fransa səfirliyinədək yürüşü təxirə saldı
2012-01-27 Media FM radiosu fransız mahnılarına və ifaçılarına qadağa qoydu
2012-01-27 Türkiyənin "Güvən" xəstəxanasının Bakı nümayəndəliyi fəaliyyətə başladı
2012-01-26 Azərbaycan Hüquqşünaslar Konfederasiyası Fransa Senatının erməni qanununu Fransanın özünün 220 il əvvəlki hüquq sənədi ilə vurdu
2012-01-26 YAP-ın qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək
2012-01-26 Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Hammarberqin də vaxtı qurtarır
2012-01-26 Amnesty İnternational da Fransanın ermənipərəst aktını sərt ittiham etdi
2012-01-26 Qarabağ probleminin həllində "Berns planı"...
2012-01-26 Əhməd Davudoğlu ilə Sergey Lavrov imkan verməyəcək...
2012-01-26 Rusiya və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
2012-01-26 Sarkozi o biabırçılıqdan sonra Ərdoğana yeni məktub göndərdi
2012-01-26 Türkiyə və Rusiya XİN başçıları Suriyanın üstündə açıq söz "güləşdirdilər"
2012-01-26 Bakıdakı Fransa səfiri danışdı və işləri lap korladı
2012-01-26 Bakıdakı Türkiyə səfirliyi Fransanı Minsk Qrupu həmsədrliyindən könüllü getməyə çağırdı
2012-01-26 AŞ baş katibinin İlham Əliyevlə imzalayacağı memorandumun məzmunu ətrafında müzakirə başlayıb
2012-01-26 Azərbaycanın İstanbuldakı baş konsulu "Yeni Şəfəq"in baş redaktorunun imtinasına təsirli cavab üsulu tapdı
2012-01-26 QHT-lər Fransa Senatına etiraz bəyannaməsi qəbul etdi
2012-01-26 YAP Azərbaycanda insan haqları barədə "Freedom House"un hesabatını "illərlə təkrarlanan hesabat" adlandırdı
2012-01-26 ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb
2012-01-26 Hulusi Kılıc Fransanın 1789-cu ildən əvvəlki dövrə qayıtdığını bəyan etdi
2012-01-26 MTN-in Bakıda ifşa etdiyi İran terroru barədə İsrail mətbuatının şok iddiası...
2012-01-26 Baş Prokurorluq 96 mənzili 300 adama satmaqla 4 milyon manatı dələduzluqla mənimsəmiş "Kamran B.Ə" MMC-nin işini həll etdi
2012-01-26 "Eurovision-2012"nin İşçi Qrupu hazırlıqlara külli vəsait xərcləndiyi barədə şayiələrə cavab verdi
2012-01-26 Gənclər üçün Təhsil Mərkəzi Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina etdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009