27 Yanvar 2012-cı il, N 247(2867)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır"
Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
AMİP-də "İP" müəmması hələ də aydınlaşmayıb
Bələdiyyələrlə İş Mərkəzinin MM qarşısında qaldırdığı torpaq hərracları məsələsi ciddi mətləblərdən xəbər verir
QHT-ləri qruplara böləcəklər
ƏN ÇOX OXUNANLAR
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır" (364)
Sarkozinin "erməni layihəsinin" arxasından rüsvayçı faktlar çıxır (326)
Umud Rəhimoğlu Tərtərdə Yaponiya hökuməti ilə üçüncü layihə sazişi imzaladı (316)
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari... (303)
Batmış sovet əmanətlərinin yeni qaytarış forması... (287)
Üçüncü dünya müharibəsi Suriyadan başlaya bilər (272)
Prezident Naxçıvan MR Ali Məclisinin sədrinə yeni səlahiyyət verdi (263)
Azərbaycan həbsxanalarında görüb şahidi olduğum "lotu, qanuni oğru" söhbətləri... (263)
İlham Əliyevin Fransa senatorları ilə söhbətinə Türkiyədən reaksiyalar gəldi (259)
Qarabağın Azərbaycana qaytarılması tezləşə bilər (237)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Bakıda yəhudilərin terror planına rəsmi Tehrandan reaksiya gəldi
Tehran belə hərəkətlərlə iki ölkənin strateji münasibətlərinə xələl gələ bilməyəcəyini bildirdi
İran "üçüncü qüvvə" amilini ortaya çəkir
MTN bəyanatı şərh etmədi
İranın Azərbaycandakı səfirliyi bir neçə gün əvvəl Bakıda həbs edilmiş terrorçu dəstənin İranla əlaqəsinin olması barədə məlumatları təkzib edir. Bununla bağlı səfirlik bəyanat yayıb.
   Bəyanatda deyilir: "Son günlərdə Azərbaycan Respublikasında həbs edilmiş bir terrorçu dəstənin İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəsi olması barədə xəbərlər yayılıb. İran İslam Respublikasının səfirliyi bu xəbəri təkzib etməklə yanaşı Azərbaycan Respublikasında ictimai fikirdə aydınlıq yaratmaq məqsədilə aşağıdakıları diqqətə çatdırır:
   - İran İslam Respublikasının qonşu ölkələr, xüsusilə də Azərbaycan Respublikası barəsində yeritdiyi siyasət həmişə mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olub və praktikada bu strategiyanı həyata keçirib. İran İslam Respublikasının beynəlxalq forumlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, son zamanlarda isə KİV-lər sahəsində əməkdaşlığa başlanması belə bir oriyentasiyadan xəbər verir. Şübhəsiz, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi, xüsusilə də hər iki ölkədəki ictimai rəy arasındakı yaxınlıq dünya hökmranlığı iddiasında olanlar və bu iki ölkənin izzət və müstəqilliyini istəməyənlər üçün ciddi bir təhlükədir. Bu üzdən də iki ölkə arasındakı əlaqələrdə uçurum yaratmaq üçün vaxtaşırı ssenarilər hazırlanmasının şahidi oluruq.
   - Tamamilə aydındır ki, son ssenari İran İslam Respublikasının nüvə alimlərinin sionist rejimə bağlı qüvvələr tərəfindən terror edilməsinin ört-basdır edilməsi istiqamətindədir. Bu akt bir çox rəsmilərin və beynəlxalq qüvvələrin etirazına səbəb olub. Belə tədbirlər, heç şübhəsiz, hər iki ölkənin düşmənləri tərəfindən hazırlanıb və İran İslam Respublikasının beynəlxalq imicinə zərbə vurmağı nəzərdə tutmaqla yanaşı iki ölkənin əlaqələrini də hədəfə alıb.
   - Azərbaycan Respublikasının şərəfli xalqı sionistlərin və amerikalıların iki ölkə arasındakı əlaqələrə qarşı provokasiyalarından çox gözəl xəbərdardır və heç şübhəsiz, bu cür ssenariləri Qərbdəki islamofobiya və İranofobiya siyasətlərinin tərkib hissəsi kimi dəyərləndirir.
   - İki ölkə prezidentlərinin əlaqələri genişləndirmək iradəsini nəzərə alaraq demək olar ki, belə hərəkətlər iki ölkənin strateji münasibətlərinə xələl gətirə bilməz. Bununla belə, bu cür açıqlamalar yayımlanarkən iki ölkə rəhbərlərinin iradəsindən kənar heç bir addım atılmaması üçün sayıqlıq və daha böyük diqqət və ciddiyyət göstərilməsi lazımdır".
   İranın səfirliyinin bəyanatı barədə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, nazirlik xarici ölkə səfirliklərinin, diplomatik nümayəndəliklərin bəyanat və açıqlamalarını şərh etmir: "Xarici ölkə səfirliklərinin, diplomatik nümayəndəliklərin bəyanatlarını şərh etmək bizim səlahiyyətimizə aid məsələ deyil". Xəbəri "Media forum" yazıb.
   Arif Babayev bildirib ki, Azərbaycanda ictimai xadimin həyata qəsd məqsədilə hazırlanan və MTN tərəfindən qarşısı alınan terror aktı ilə bağlı əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
   Qeyd edək ki, yanvarın 19-da Milli Təhlükəsizlik Nazirliyi rəsmi məlumat yayaraq bəyan edib ki, xarici ölkə vətəndaşı olan ictimai xadimi öldürmək istəyən bir qrup şəxs yaxalanıb. Nazirlik bildirib ki, həmin şəxslər İran xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət edirmiş.
   Nazirlik xarici vətəndaşlara qarşı sui-qəsdin qarşısının alındığını desə də, məhz kimin hədəfə alındığını konkretləşdirməyib. İsrail mətbuatında isə hadisədən bir neçə gün sonra olayla bağlı iddialarda Bakıdakı İsrail səfiri və yəhudi məktəbinin müəlliminin terrorun hədəfləri olduğu bildirilirdi.
Əsgər HƏSƏNLİ
Türkiyənin "Güvən" xəstəxanasının Bakı nümayəndəliyi fəaliyyətə başladı
Nümayəndəliyin təqdimat mərasimi keçirildi
Türkiyə paytaxtında fəaliyyət göstərən və bu ölkənin səhiyyəsinin brendlərindən hesab edilən Ankara Güvən Xəstəxanasının Bakıda nümayəndəliyi fəaliyyətə başlayıb. HİLTON otelində nümayəndəliyin təqdimatı keçirilib.
   Xəstəxananın rəhbəri Nüket Küçükel Ezberci və xəstəxananın bir qrup həkim heyəti, Türkiyənin Azərbaycandakı səfirliyinin nüamyəndələri, Azərbaycanın millət vəkilləri, dövlət və ictimaiyyət nümayəndələri, media rəhbərləri, jurnalistlər iştirak edib.
   Hazırda Xəstəxananın 1200 nəfərlik kadr heyəti var.
   Güvən xəstəxanasının Bakı nüamyəndəliyi "Caspian Palace"-də fəaliyyət göstərəcək.
   
Media FM radiosu fransız mahnılarına və ifaçılarına qadağa qoydu
Media FM radiosu dünəndən efirindən fransız dilində və fransız ifaçılar tərəfindən oxunan mahnılara qadağa qoyub.
   Radiodan APA-ya verilən məlumata görə, radiostansiyanın icraçı direktoru Tural Əliyev bildirib ki, Fransa Senatı "erməni soyqırımının" inkarına görə cəza nəzərdə tutan qanunu ləğv etməyənə qədər qadağa qüvvədə qalacaq. Qərar yanvarın 26-dan qüvvəyə minib. Qeyd edək ki, 2009-cu ilin aprelində radiostansiya oxşar qadağanı, Türkiyə-Ermənistan sərhədinin açıldığı təqdirdə, türk ifaçılarına qarşı edəcəyini bəyan etmişdi. Bunu şərh edən radiostansiyanın direktoru bildirib ki, onda da, indi də Türkiyəyə qardaş münasibəti bəsləyərək bu qərarı veriblər: "O vaxt biz Türkiyədən qardaşa layiq jest gözləyirdik və nə yaxşı ki, bunu da gördük. İndi də biz qardaşlıq jesti etməyi özümüzə borc bilirik".
   
İctimai Palata Türkiyə səfirliyindən Fransa səfirliyinədək yürüşü təxirə saldı
İctimai Palatanın (İP) dünən Türkiyə səfirliyindən Fransa səfirliyinə qədər yürüş keçirmək planı təxirə salınıb.
   Bu barədə APA-ya İP üzvü Gülağa Aslanlı məlumat verib. O, buna səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İP-in aksiya ilə bağlı məktubuna cavab verməməsini göstərib. G.Aslanlı İP-in Türkiyəyə dəstək məqsədilə yanvarın 30-da aksiya keçirəcəyini bildirib: "Biz həmin gün aksiya keçirməkdə israrlıyıq".
   
QHT-ləri qruplara böləcəklər
Bəziləri əlavə maliyyə və imtiyazlar ala bilər
"Azərbaycanda ictimai təşkilatların keyfiyyət kateqoriyalarına bölünməsinə başlanacaq".
   Bunu APA-ya açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Şura sədri bildirib ki, bəzi Avropa ölkələrində belə təcrübə var və bu, "İctimai faydalı təşkilat" statusu adlanır: "Təşkilat ictimaiyyətdə və QHT sektorunda tanındıqdan, konkret əməli, fəaliyyəti, təcrübəsi və həyata keçirdiyi layihələri ilə nəzərdə tutulan standartlara cavab verdikdən sonra ona müəyyən status verilə bilər. Bu status bəzi vergi güzəştlərini, əlavə maliyyə yardımlarını özündə ehtiva edə, digər donorlarla əməkdaşlıqda müəyyən üstünlük verə bilər".
   A.Quliyev qeyd edib ki, ictimai faydalılıq əmsalı da I, II, III qruplara bölünəcək: "Bununla da bağlı yəqin həm qanunvericilikdə, həm də müvafiq normativ hüquqi sənədlərdə aidiyyatı üzrə dəyişikliklər edilməlidir. 2012-ci ildə bu məsələyə xüsusi diqqət yetirəcəyik".
   O, standartları müəyyənləşdirəcək qurumun hələ bəlli olmadığını da söyləyib: "Standartları şura da müəyyənləşdirə bilər. Çünki şura bu istiqamətdə yeganə ixtisaslaşmış orqandır.
   Məntiqi cəhətdən standartların şura tərəfindən müəyyənləşdirilməsi mümkündür. Yaxud da ayrı qurum yaradıla bilər. Məncə, əlavə xərc tələb etdiyindən ayrıca qurumun yaradılmasına ehtiyac yoxdur.
   Hesab edirəm ki, şurada QHT nümayəndələrinin iştirakı ilə müvafiq komissiya yaradılaraq bu iş rahatlıqla həyata keçirilə bilər".
Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini və ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
Azərbaycanın fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenkonu qəbul edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
   Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər də müzakirə olunub. Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı da qəbul edib. Görüş zamanı nazir FHN-in fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib, həmçinin, Nazirlik və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xəbər xidməti
MTN-in Bakıda terrordan qoruduğu İsrail rəsmilərinin məsələsi Davos müzakirələrində...
ABŞ Azərbaycanda antikorrupsiya tədbirlərinin müsbət nəticələr verəcəyinə inandığını dedi
Ümumdünya Forumu çərçivəsində Prezident İlham Əliyev İsveçrədə çoxsaylı ikitərəfli görüşlər keçirib
Yanvarın 25-də Davosda Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti xanım Eveline Vidmer Şlümfün görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.
   Həmin gün İlham Əliyev Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşü olub. Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın "OMV AG" şirkəti arasında əməkdaşlıq, o cümlədən "Nabukko" qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
   Davosda İlham Əliyevin Amerika Birləşmiş Ştatları dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatslə də görüşü olub. R.Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini deyib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
   Azərbaycan prezidenti, habelə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə, "UBS Global" şirkətinin Direktorlar Şurasının sədri Qaspar Villiger ilə də görüşüb. Yanvarın 25-də Davosda İlham Əliyevin ən maraqlı görüşlərindən biri İsrail prezidenti Şimon Pereslə olub.
   Şimon Peres Azərbaycanda İsrail ictimai xadimlərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısı alındığına görə prezident İlham Əliyevə təşəkkür edib. Şimon Peres İsrail vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Buna cavab olaraq Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan özünün etnik və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan Prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.
   
Xəbər xidməti
Britaniya səfiri Qarabağ probleminin həllinə kömək edə biləcək bir sıra beynəlxalq modellər olduğunu deyir
"Azərbaycan İranla insani cəhətdən..."
Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman (Peter Bateman) APA-ya geniş müsahibəsində "Siz beynəlxalq təcrübədə Dağlıq Qarabağ probleminin çözümünə model ola biləcək hər hansı örnək görürsünüzmü" sualına belə cavab verib:
   "Aydındır ki, hazırkı "status-kvo" qəbuledilməzdir və Britaniya mümkün qədər tez münaqişənin sülh yolu ilə həllini arzu edir. Buna görə biz bu hədəfə yaxınlaşdıracaq bütün səyləri, o cümlədən bu yaxınlarda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünü dəstəkləyirik. Əminəm ki, Qarabağ münaqişəsinin çözümünə yardım edə biləcək bir sıra modellər olmalıdır. Bununla bərabər düşünürəm ki, münaqişəyə birbaşa cəlb edilmiş tərəflərin özləri hansı variantın sülhə və rifaha xidmət edəcəyinə qərar verməlidir.
   - Azərbaycanda belə bir narahatlıq var ki, İrana qarşı mümkün hərbi əməliyyat Azərbaycan üçün mənfi fəsadlarla müşayiət oluna bilər. Siz Azərbaycanın narahatlığı barədə nə düşünürsünüz?
   - Biz Azərbaycanın regional münasibətlərdə həssas yolla irəlilədiyini tam anlayışla qarşılayırıq. Azərbaycan İranla insani cəhətdən çoxlu əlaqələrə malikdir, həmçinin ortaq sərhəd amili də var və bu o deməkdir ki, iki ölkə bir çox sahələrdə birgə işləməlidir. Bu baxımdan Azərbaycanın narahatlığı anlaşılandır və Britaniya da regionda gərginliyin daha da qızışmasından yayınmaq üçün səy göstərmək əzmindədir.
   
Xəbər xidməti
Heydər Əliyevin Moskvada istefasının maraqlı tarixi var imiş..
Kremldəki keçmiş iş yoldaşları onun barəsində maraqlı faktlar açdılar
Dünən Bakıda Heydər Əliyevin SSRİ baş nazirinin müavini işlədiyi dövrdə onunla çalışmış bir qrup ictimai xadim və məmurun mətbuatla görüşü keçirilib.
   APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan görüşdə Heydər Əliyevin keçmiş köməkçiləri, şəxsi həkimi, mühafizəçisi və digər şəxslər iştirak edib. Görüşü giriş sözü ilə açan baş nazirinin müavini katibliyinin rəhbər müavini Vladimir Uxov Heydər Əliyevlə Kremldə birgə işlədiyi illəri xatırladıb. Heydər Əliyevi son dərəcə məsuliyyətli və iradəli insan kimi səciyyələndirən Uxov onu öz işinin peşəkarı adlandırıb. 1982-1987-ci illərdə Kremldə Heydər Əliyevlə çalışmış bu şəxslər onunla işləməkdən qürur hiss keçirdiklərini etiraf ediblər. Heydər Əliyevin köməkçisi olmuş Eduard Proxorenko isə onun 1987-ci ildə istefa verməsi məsələsinə toxunub: "Həmin gün biz adi işgüzar səfərdə idik. Hər şey qaydasında gedirdi. Qəflətən bizdən Kremlə dönməyi xahiş etdilər. Qayıtdıqdan sonra Heydər Əliyevə istefa ərizəsi yazmaq təklif olundu. Bu çox gözlənilməz idi". Eduard Proxorenko Heydər Əliyevin istefa təklifini mətinliklə qəbul etdiyini xatırladaraq, belə bir təklifin o zamankı SSRİ rəhbərliyinə başucalığı gətirmədiyini deyib. Vladimir Uxov isə Heydər Əliyevi iradəli və güclü şəxsiyyət kimi xarakterizə edib: "Təbii ki, istefa təklifini ağır qarşıladı, amma bunu ətrafındakılara hiss etdirmədi". Heydər Əliyevin digər köməkçisi Yuri Soloduxin isə deyib ki, "Kremldən gedəndən sonra Heydər Əliyev mənə dedi ki, bu cür istefa verməsi onun qəlbini incidib. Əslində bu, istefaya məcbur etmək idi".
   İştirakçılar bildiriblər ki, 1984-cü ildə Heydər Əliyevin operativ reaksiyası və müdaxiləsi nəticəsində SSRİ-nin şimalında enerji fəlakətindən yayınmaq mümkün olub. Görüş iştirakçıları Heydər Əliyevin Kremldə işlədiyi 5 il ərzində Rusiyaya çox böyük töhfələr verdiyini bildiriblər. Onlar məhz buna görə Rusiyada Heydər Əliyevin xatirəsinə heykəlin ucaldılmasını təklif ediblər.
   
"Eurovision-2012"nin ev sahibliyi açarı Bakıya rəsmən təqdim edildi
İlk püşkatma keçirildi
Eurovision-2012 mahnı müsabiqəsi ilə bağlı mayın 22-si və 24-də Bakıda keçiriləcək yarımfinal mərhələləri ilə bağlı ilk püşkatma mərasimi keçirilib.
   APA-nın məlumatına görə, püşkatmadan əvvəl çıxış edən Eurovision mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand xatırladıb ki, böyük beşlik olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən il müsabiqənin qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.
   Məlum olub ki, Azərbaycan, İspaniya, İtaliya I, Böyük Britaniya, Fransa və Almaniya II yarımfinalda səs verə biləcək. Mayın 22-də keçiriləcək I yarımfinalda 18, 24-də keçiriləcək II yarımfinalda isə 19 ölkə mübarizə aparacaq.
   Mayın 22-də birinci yarımfinalda Monteneqro, İslandiya, Rumıniya, Albaniya, Belçika, Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka, Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan, mayın 24-də ikinci yarımfinalda Serbiya, Niderland, Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan, İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç, Litva, Bosniya və Herseqovina finala çıxmaq uğrunda mübarizə aparacaq.
   Püşkatma mərasimdən sonra Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Xalq Çalğı Alətləri Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Daha sonra Avropaya Azərbaycanın milli musiqi aləti olan möhtəşəm balaban ifası təqdim olunub. Alim Qasımovun ifasında Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin" manısı bütün tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Mərasimi işıqlandırmaq üçün bir sıra xarici ölkələrin KİV nümayəndələri Azərbaycana təşrif buyurub. Eləcə də mərasim də EBU-nun rəhbərliyi, Azərbaycanın dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edir. Mərasim bir neçə ölkədə canlı yayımlanır.
   Dünən "Eurovision" mahnı müsabiqəsinin rəsmi ev sahibliyi Azərbaycana təqdim olunub. APA-nın məlumatına görə, "Buta Palace"da keçirilən tədbirdə ötən il müsabiqəyə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers rəmzi açarı Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib.
   Tədbirdə Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar Qasımov və Nigar Camalın video-roliki nümayiş etdirilib.
   Azərbaycana qonaq gəlmiş Düsseldorf meri Dirk Elsbers Azərbaycan xalqını elə ana dilimizdə salamlayıb. O, Azərbaycanın ötən il Almaniyada qalib gəldiyini və Eldarla Nigarın yaddaqalan ifa nümayiş etdirdiyini vurğulayıb. Mer Azərbaycanın maraqlı və yaddaqalan müsabiqə keçirəcəyinə əminliyini ifadə edib. Daha sonra isə Azərbaycan xalqına bu müsabiqəyə ev sahibliyində uğurlar arzulayıb.
   Bakı şəhərinin meri Hacıbala Abutalıbov Azərbaycanın möhtəşəm "Eurovision" yarışması həyata keçirəcəyini qeyd edib: "Sizin hər birinizi Azərbaycanda, Bakıda görməkdən məmnunam və bu mərasimdə salamlayıram. Ötən il təmsilçilərimizin Düsseldorf səhnəsində uğurlu çıxışı ölkəmizə bu müsabiqədə ilk dəfə qələbə qazandırdı. Şəhərimizin sakinləri səhərə kimi küçələrdə bayram etdilər. Dünyanın ən gözəl şəhərlərindən biri olan Şərq və Qərb sivilizasiyalarını, tarixi varisliyi özündə təcəssüm etdirən Azərbaycan "Eurovision" müsabiqəsini keçirməyə hazırlaşır. Bu gün bütün musiqisevərlərin səbirsizliklə gözlədiyi "Eurovision" yarışmasının açarı rəsmən təqdim olundu və bununla da bu möhtəşəmliyin təməli qoyulmuş oldu. Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı bütün tədbirlərin ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanması bizə deməyə əsas verir ki, keçiriləcək bu mərasim hər bir insanın yaddaşında silinməz iz qoyacaq. Onlar təkcə, "Eurovison" mahnı müsabiqəsinin deyil, möhtəşəm ölkəmizin və insanlarımızın qonağı olacaq. Sizin hər birinizi Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə dəvət edirik".
   Daha sonra çıxış edən "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand Azərbaycanın yaddaqalan müsabiqə təşkil edəcəyini deyib. O, Azərbaycanda bu işləri həyata keçirən "Eurovision-2012" İşçi Qrupunun rəhbəri və icraçı prodüser Adil Kərimliyə, yayımçı televiziya kanalı İctimai Teleradioya minnətdarlığını bildirib.
Xəbər xidməti
Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib. APA-nın Vaşinqton müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, qətnamədə deyilir ki, "Qanlı Yanvar" faciəsi Kommunist Partiyasının irticaçı qüvvələr tərəfindən törədilmiş ən böyük kütləvi cəzadır. Qətnamədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına 26 minlik sovet qoşunu yeridilib: "Azərbaycanlıların cəsarətli müqaviməti fevrala qədər davam edib. Yanvar hadisələri zamanı 130 azərbaycanlı öldürülüb, 5 nəfər itkin düşüb, 611 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Azərbaycanda sovet qoşunlarının hücumundan əvvəl digər sovet respublikalarında, o cümlədən Qazaxıstanda (1986), Gürcüstanda (1989) da qırğınlar törədilib, bir il sonra isə bu hadisələr Litvada təkrarlanıb. Bakıya hücum vəhşilik idi, lakin bu hadisələr həm də bütün ölkədə müstəqillik uğrunda hərəkatların güclənməsinə səbəb oldu və azərbaycanlıları azadlıq uğrunda mübarizədə birləşdirdi". Senatdakı qətnamənin təşəbbüskarı olan ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) bu prosesə verdiyi dəstəyə görə öz üzvlərinə təşəkkür edib. Bu, ABŞ-da USAN-nın təşəbbüsü ilə qəbul olunan yeddinci qətnamədir. Bundan əvvəl Xocalı qətliamı, azərbaycanlılara qarşı soyqırımı və s. hadisələrlə bağlı qətnamələr qəbul edilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl fevralın 7-də Azərbaycana gələcək
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Fevralın 7-dən 9-dək davam edəcək səfər general N.Özəlin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın hərbi qurumlarında, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, əlaqələrin perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, N.Özəl Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı qismində ötən ilin yanvarında Azərbaycanda səfərdə olub.
 
 
 SON XƏBƏRLƏR
2012-01-27 MTN-in Bakıda terrordan qoruduğu İsrail rəsmilərinin məsələsi Davos müzakirələrində...
2012-01-27 Heydər Əliyevin Moskvada istefasının maraqlı tarixi var imiş..
2012-01-27 Tanınmış Türkiyə professoru bu ölkədə Azərbaycana qarşı iş aparanlara böyük məqalə həsr etdi
2012-01-27 Müsavatda İsa Qəmbərin əvəzindən "başqan bəyanatları" davam edir
2012-01-27 "Eurovision-2012"nin ev sahibliyi açarı Bakıya rəsmən təqdim edildi
2012-01-27 Quş əti yenidən bahalaşma təhlükəsi ərəfəsindədir
2012-01-27 Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfə artıb
2012-01-27 Güney Azərbaycanda aşıq sənəti zindandan çıxır
2012-01-27 Azərbaycanda yuxarı sinif şagirdlərinin dərnək təlimi başlayır...
2012-01-27 Azərbaycan əhalisinin sosial müdafiə işləri Nyu-Yorkda müzakirə olunur
2012-01-27 Paytaxt və bölgə gənclərinin birliyində "Gənclər evləri"nin rolu...
2012-01-27 İstedadlı gənclərə dövlət qayğısının real təcəssümü və nəticələri...
2012-01-27 Milliliklə fərdiliyin vəhdəti...
2012-01-27 Super Liqa klubu Ümit Özata tapşırıldı
2012-01-27 Avro-2012-ni 1,5 milyon azarkeş izləyəcək
2012-01-27 Avropa nəhəngləri iki ildə 1 milyard avro ziyana düşüb
2012-01-27 "Barselona" "Real Madrid"i kubokdan kənarlaşdırdı
2012-01-27 Araz Abdullayev "Panionios"da ilk dəfə oyundan kənarda qaldı
2012-01-27 Dimitar Berbatov "Qalatasaray"ın hədəfində...
2012-01-27 "El Klassiko"dan sonra Mourinyodan gözlənilməz addım...
2012-01-27 Vaqner Lav "Flamenqo" ilə anlaşdı
2012-01-27 Aleks sosial şəbəkədə üsyan etdi
2012-01-27 "Bakı" 3 legionerin transferini yekunlaşdırdı
2012-01-27 "Azercell"in TeliaSonera şirkəti dünyanın 100 ən dayanıqlı şirkətindən biri oldu
2012-01-27 Gəncədə mağazaya maskalı şəxslərin quldur basqını...
2012-01-27 "Gənclik" metrosunda 77 yaşlı kişi qatarların hərəkətini iflic etdi
2012-01-27 Bakıda daha bir qumarxana aşkar edilib
2012-01-27 Sumqayıt Məhkəməsi İslam Partiyasının sədr müavininə 1 il 6 ay həbs verdi
2012-01-27 Bakıda amerikalı jurnalist və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər məhkəmədə günahlarını boyunlarına almadılar
2012-01-27 Lənkəranın Böyük bazardakı çörək zavodu yandı
2012-01-27 Siyəzən xəstəxanası yandı
2012-01-27 Səttar Mehbalıyev həmkarlar təşkilatlarının nəzdindəki sanatoriyalarda gözlənilən yeniliklərdən danışdı
2012-01-27 Bakıdakı "PAY POİNT"lərlə bağlı narahatlıq baş qaldırıb
2012-01-27 Suriyada müharibənin tezliklə başlayacağına daha bir işarə...
2012-01-27 Anders Foq Rasmussen NATO-nun İrana müdaxilə etmək fikrində olmadığını bəyan etdi
2012-01-27 Fransanın Qarabağ məsələsində vasitəçiliyinin mümkünsüzlüyünə ABŞ-dan da dəstək gəldi
2012-01-27 İran Avropa Birliyindən əvvəl neft sanksiyalarına başlayır
2012-01-27 Bir qrup QHT kommunal sektorda istehlakçı hüquqlarının qorunması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdi
2012-01-27 İran Xəzər dənizi barədə iddialarından geri çəkilməyəcək
2012-01-27 "Vahid Azərbaycan" qəzetini əldən verən Vahid Azərbaycan Partiyası yeni qəzet təsis edir
2012-01-27 Qondarma soyqırım qanununun Sarkoziyə göndərilməsi gecikəcək
2012-01-27 Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildə hansı işləri görüb?
2012-01-27 Britaniyanın baş naziri AŞ PA tribunasındakı çıxışında erməni deputatın Azərbaycan barədə atmacasına cavab verdi
2012-01-27 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl fevralın 7-də Azərbaycana gələcək
2012-01-27 Nyu-York Senatı 20 Yanvar faciəsi ilə bağlı qətnamə qəbul edib
2012-01-27 Kəmaləddin Heydərov Ukraynanın Azərbaycandakı səfirini və ATƏT-in Bakı ofisinin rəhbərini qəbul edib
2012-01-27 İctimai Palata Türkiyə səfirliyindən Fransa səfirliyinədək yürüşü təxirə saldı
2012-01-27 Media FM radiosu fransız mahnılarına və ifaçılarına qadağa qoydu
2012-01-27 Türkiyənin "Güvən" xəstəxanasının Bakı nümayəndəliyi fəaliyyətə başladı
2012-01-26 Azərbaycan Hüquqşünaslar Konfederasiyası Fransa Senatının erməni qanununu Fransanın özünün 220 il əvvəlki hüquq sənədi ilə vurdu
2012-01-26 YAP-ın qurultayı Nizamnamədə müəyyən edilmiş müddətdə keçiriləcək
2012-01-26 Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Hammarberqin də vaxtı qurtarır
2012-01-26 Amnesty İnternational da Fransanın ermənipərəst aktını sərt ittiham etdi
2012-01-26 Qarabağ probleminin həllində "Berns planı"...
2012-01-26 Əhməd Davudoğlu ilə Sergey Lavrov imkan verməyəcək...
2012-01-26 Rusiya və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
2012-01-26 Sarkozi o biabırçılıqdan sonra Ərdoğana yeni məktub göndərdi
2012-01-26 Türkiyə və Rusiya XİN başçıları Suriyanın üstündə açıq söz "güləşdirdilər"
2012-01-26 Bakıdakı Fransa səfiri danışdı və işləri lap korladı
2012-01-26 Bakıdakı Türkiyə səfirliyi Fransanı Minsk Qrupu həmsədrliyindən könüllü getməyə çağırdı
2012-01-26 AŞ baş katibinin İlham Əliyevlə imzalayacağı memorandumun məzmunu ətrafında müzakirə başlayıb
2012-01-26 Azərbaycanın İstanbuldakı baş konsulu "Yeni Şəfəq"in baş redaktorunun imtinasına təsirli cavab üsulu tapdı
2012-01-26 QHT-lər Fransa Senatına etiraz bəyannaməsi qəbul etdi
2012-01-26 YAP Azərbaycanda insan haqları barədə "Freedom House"un hesabatını "illərlə təkrarlanan hesabat" adlandırdı
2012-01-26 ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb
2012-01-26 Hulusi Kılıc Fransanın 1789-cu ildən əvvəlki dövrə qayıtdığını bəyan etdi
2012-01-26 MTN-in Bakıda ifşa etdiyi İran terroru barədə İsrail mətbuatının şok iddiası...
2012-01-26 Baş Prokurorluq 96 mənzili 300 adama satmaqla 4 milyon manatı dələduzluqla mənimsəmiş "Kamran B.Ə" MMC-nin işini həll etdi
2012-01-26 "Eurovision-2012"nin İşçi Qrupu hazırlıqlara külli vəsait xərcləndiyi barədə şayiələrə cavab verdi
2012-01-26 Gənclər üçün Təhsil Mərkəzi Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina etdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009