20 Yanvar 2012-cı il, N 242(2862)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
Baş konsul "Yeni Şəfəq" qəzetinə etirazını bildirdi
20 Yanvar qatillərinə Rusiyada veteran statusu verilməsi Bakıda böyük etirazlar doğurub
Eynulla Fətullayev Rafiq Tağının qətli üzrə ictimai təhqiqat qrupunun ilk hesabatını təqdim edəcək
Müsavat funksionerləri Mais Güləliyevi topa tutdular...
AMİP sədri yenidən dəyişdirilə bilər
ƏN ÇOX OXUNANLAR
"Fransanın "erməni qanunu" NATO-nun bölünməsi təhlükəsinə aparır" (364)
Sarkozinin "erməni layihəsinin" arxasından rüsvayçı faktlar çıxır (326)
Umud Rəhimoğlu Tərtərdə Yaponiya hökuməti ilə üçüncü layihə sazişi imzaladı (316)
İranla bağlı planeti gözləyən iki qorxunc ssenari... (303)
Batmış sovet əmanətlərinin yeni qaytarış forması... (287)
Putinin SSRİ-ni bərpa cəhdlərinə ABŞ-da reaksiyalar ciddiləşir (275)
Üçüncü dünya müharibəsi Suriyadan başlaya bilər (272)
Prezident Naxçıvan MR Ali Məclisinin sədrinə yeni səlahiyyət verdi (263)
Azərbaycan həbsxanalarında görüb şahidi olduğum "lotu, qanuni oğru" söhbətləri... (263)
İlham Əliyevin Fransa senatorları ilə söhbətinə Türkiyədən reaksiyalar gəldi (259)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İranın Bakıda hazırladığı terror aktının şok detalları...
İctimai xadimə sui-qəsd hazırlayan dəstə gərək olan silahları İrandan keçirib Biləsuvarda gizlətdi...

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.

   MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törədiblər.

   Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul vəd edib.

   Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədiyi və yaşadığı ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim edib. Balaqardaş Dadaşov terror aktının həyata keçirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib.

   Rasim Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək Balaqardaş Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırıb və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Əli Hüseynova verəcəyini vəd edib. Əli Hüseynov bu təkliflə razılaşdıqdan sonra, qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün Rasim Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul verib. Rasim Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədiyi yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim edib. Əli Hüseynov terror aktını icra etmək məqsədilə Rasim Əliyevdən aldığı pulun bir hissəsini "BMW" markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləyib.

   Əli Hüseynov həyatına sui-qəsd ediləcək şəxslərin işlədiyi əraziyə bir neçə dəfə gəlib, kənardan gizli müşahidələr aparıb, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlib. Eyni zamanda, Əli Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırıb. Əli Hüseynov müşahidələrinin nəticəsi barədə Rasim Əliyevi məlumatlandırıb, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və "PM" tipli tapançanın əldə edilməsinin vacibliyini bildirib. Rasim Əliyev İrana gedərək Əli Hüseynovun təkliflərini Balaqardaş Dadaşova çatdırıb. Sonuncu lazım olan silahların Azərbaycan Respublikasına gətirilməsinin təmin ediləcəyinə söz verib.

   Bir müddət sonra Rasim Əliyev Balaqardaş Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə gedib və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Əli Hüseynovla birgə topladıqları məlumatları ona çatdırıb. Balaqardaş Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyəni deyib və onların oradan götürülməsini Rasim Əliyevə tapşırıb. Lakin Rasim Əliyev odlu silahların tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirib və Əli Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını Balaqardaş Dadaşova verib. Balaqardaş Dadaşov həmin yaddaş kartını götürüb və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini Rasim Əliyevə bildirəcəyini deyib. Balaqardaş Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirib.

   Balaqardaş Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd "SVD" tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd "PM" tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində "Charge Demolition M-112" yazıları olan "C4" kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil edib.

   Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıb. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.

   Hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

   
Xəbər xidməti
Oxunub: 158 Geri gayıt
Digər xəbərlər
Vergilər Nazirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 22-ci ildönümünü tarixçi alimlərlə birgə müzakirə etdilər
Səfir Daşqın Şikarov Pakistan Universitetində 20 Yanvar faciəsinin əsl mahiyyəti barədə məruzə etdi
"Azərbaycan" Nəşriyyatında əsaslı təmir başlayır
İranın Bakıda hazırladığı terror aktının şok detalları...
İctimai xadimə sui-qəsd hazırlayan dəstə gərək olan silahları İrandan keçirib Biləsuvarda gizlətdi...
Azərbaycanda yaxşı tanınan Piter Semnebi Marşall Fondunun alman şöbəsində yeni vəzifə aldı
Azərbaycanın xarici işlər naziri Moskvaya Lavrovla görüşə gedib
Obama Elin Süleymanova Azərbaycanın rolunu unikal xarakterizə etdi
Prezident səfiri qəbul etdi
"Çoxları Qaradağlı soyqırımı haqda heç nə bilmir"
Eyvaz Hüseynov: " Bəzən soruşurlar ki, Qaradağlı, Xocavənd harada yerləşir, işğal altındadır, yoxsa bizdədir? Adamı dəhşət bürüyür"
Bakı Avrasiya Universitetində 20 Yanvar hadisələri ilə bağlı geniş toplantı keçirilib
20 Yanvar qatillərinə Rusiyada veteran statusu verilməsi Bakıda böyük etirazlar doğurub
Akif Nağı: "Bu məsələ ilə bağlı Rusiya səfirliyi qarşısında aksiya keçirdik"
Korrupsiya ittihamı ilə həbs edilən sabiq Suraxanı hərbi komissarının məhkəməsi başladı
Azərbaycan diasporu Niderlandda ermənilərin sərgi saxtakarlığının qarşısını aldı
İranın nüvə alimini qətlə yetirənləri edam gözləyir
Sadiq Laricani belə dedi
İsa Qəmbər Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan nümayəndəliyinə gedərək Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı verib
Mətbuat Şurası "Akkord"la birgə müsabiqə elan etdi
Bakıda 200 nəfərə yaxın taksi sürücüsü yenidən Nəqliyyat Nazirliyinin qarşısına toplaşdı
Eynulla Fətullayev Rafiq Tağının qətli üzrə ictimai təhqiqat qrupunun ilk hesabatını təqdim edəcək
Azərbaycanın dövlət saytlarına haker hücumlarına İran rəsmi münasibət açıqladı
Abbas İsgəndəri bunu "zəifliyin əlaməti" saydı
Türkiyə parlamenti Xocalı soyqırımını tanıya bilər
Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında QAT-ın ittiham aksiyasına imkan verilmədi
 
 SON XƏBƏRLƏR
2012-01-20 Azərbaycan daha nə etməlidir ki, Ankara razı qalsın...
2012-01-20 Obama Elin Süleymanova Azərbaycanın rolunu unikal xarakterizə etdi
2012-01-20 Azərbaycanın məsələsi Vaşinqtonda Rusiya və ABŞ-ın yüksək vəzifəli diplomatlarının görüşündə müzakirə olunub
2012-01-20 İran Türkiyənin Malatya bölgəsindəki yeni NATO RƏM-ləri ilə barışdı
2012-01-20 Azərbaycanın dövlət saytlarına haker hücumlarına İran rəsmi münasibət açıqladı
2012-01-20 Himnimizin müəllifi ətrafında söz-söhbətlər yenidən başlayıb
2012-01-20 Azərbaycanda "JEK"lərin ləğvi məsələsi sona çatır
2012-01-20 Nəqliyyat Nazirliyi paytaxt avtobusları ilə bağlı iki problemi nə vaxt görəcək?
2012-01-20 Xaricilərin Azərbaycanda uşaq övladlığa götürmələri barədə yeni faktlar açıqlandı
2012-01-20 "AF-Mall"dakı sahibkarın və "Səbuhi" mağazasının əmlakı müsadirə olunacaq
2012-01-20 Sabirabadda iki avtomobil - "Mercedes" və "Jiquli" toqquşub
2012-01-20 Erməni soyadlarının 80 faizi türk mənşəlidir
2012-01-20 "Bu gün Faiq Ağayev yox, hərbçilərimiz təbliğ olunmalıdır"
2012-01-20 Abşeronun Goradil qəsəbəsindəki yarımçıq evdə ağır qətl hadisəsi törədilib
2012-01-20 Abşeronun Görədil qəsəbəsində qətl törədən şəxs könüllü Binəqədi polisinə təslim oldu
2012-01-20 Gəncliyin inkişaf proqramı gənclər qurumlarının müzakirəsinə çıxdı
2012-01-20 Azərbaycanın altında parta-partdır...
2012-01-20 Göyçayda hasara çırpılan "Mercedes"də sürücü ölüb
2012-01-20 Xaricdə çılpaq şəkillər çəkdirən iranlı aktrisanın vətəninə dönməsi yasaqlandı
2012-01-20 Bu yanvar 823 ildən bir təkrar olunan aydır
2012-01-20 ABŞ Xəzərin Azərbaycan sektorunun dibində yeni cihazlar quraşdıracaq
2012-01-20 Azərbaycanda doğum göstəricisi 17 illik maksimuma çatıb
2012-01-20 ÇSKA "Real Madrid"i məğlub edə bilərmi?
2012-01-20 Ruslar Eto"O ilə Roberto Karlosa fərqli gözlə baxır
2012-01-20 Azərbaycan futbolçu transferlərindən ən çox ziyana düşən ölkədir
2012-01-20 Berluskoni "Milan"ı satır
2012-01-20 "Fənərbaxça" Sovla danışıqlara başladı
2012-01-20 Okeanın o tayından Ballaka təklif gəlib
2012-01-20 Pepeyə "axmaq" deyən Runiyə Quti cavab verdi
2012-01-20 Ançelotti Boaşdan Droqbanı istədi
2012-01-20 Arşavinə daha bir klubdan təklif gəldi
2012-01-20 Mourinyo "El-Klassiko" məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdü
2012-01-20 Azərbaycan hökuməti növbəti 4 ildə dövlət vəsaiti ilə oxuyacaq tələbələrin sayını və ixtisasları açıqladı
2012-01-20 "Təhsil kreditləri haqqında" qanun layihəsinin təqdimatı keçirilsə də, hələlik mexanizm konkret deyil
2012-01-20 Bakıda cinayət faktları azalan xətt üzrə gedir
2012-01-20 Rusiya vətəndaşları Qorbaçova Bakıda 132 nəfərin qətlinə görə cinayət işi açılmasını tələb edir
2012-01-20 ABŞ İranın Hörmüz boğazını bağlamasına qarşı planlar hazırlayıb
2012-01-20 AŞPA-nın qış sessiyasında Avropada müsəlman qadınlar müzakirəyə çıxarılacaq
2012-01-20 Erik Rubin ABŞ-ın Azərbaycana tezliklə səfir təyin etməsi üçün əlindən gələni edəcəyini vəd etdi
2012-01-20 Millətçi türk deputatı "Yeni Şafak" qəzetində Azərbaycan hakimiyyəti barədə yazılanları təxribat adlandırdı
2012-01-20 Ermənilər SSRİ-yə və indiki Rusiyaya hansı zərbələri vurub?
2012-01-20 Parlamentlərarası dostluq Qrupunun rəhbəri Azərbaycanla Türkiyə arasında heç bir problem olmadığını deyir
2012-01-20 Müsavat başqanlığına namizədliyini irəli sürmüş Səxavət Əlisoy ABŞ səfirinin müşaviri ilə görüşüb
2012-01-20 Azərbaycanın BMT yanındakı daimi nümayəndəsinin müavini Fələstinə dəstək verdi
2012-01-20 İctimai Palata Fransa Senatının gözlənilən erməni qərarına iki böyük zərbə haqqında düşünür
2012-01-20 Vergilər Nazirliyinin əməkdaşları 20 Yanvar faciəsinin 22-ci ildönümünü tarixçi alimlərlə birgə müzakirə etdilər
2012-01-20 Səfir Daşqın Şikarov Pakistan Universitetində 20 Yanvar faciəsinin əsl mahiyyəti barədə məruzə etdi
2012-01-20 "Azərbaycan" Nəşriyyatında əsaslı təmir başlayır
2012-01-20 Azərbaycanda yaxşı tanınan Piter Semnebi Marşall Fondunun alman şöbəsində yeni vəzifə aldı
2012-01-20 Azərbaycanın xarici işlər naziri Moskvaya Lavrovla görüşə gedib
2012-01-20 "Çoxları Qaradağlı soyqırımı haqda heç nə bilmir"
2012-01-20 Bakı Avrasiya Universitetində 20 Yanvar hadisələri ilə bağlı geniş toplantı keçirilib
2012-01-20 Korrupsiya ittihamı ilə həbs edilən sabiq Suraxanı hərbi komissarının məhkəməsi başladı
2012-01-20 Azərbaycan diasporu Niderlandda ermənilərin sərgi saxtakarlığının qarşısını aldı
2012-01-20 İranın nüvə alimini qətlə yetirənləri edam gözləyir
2012-01-20 İsa Qəmbər Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan nümayəndəliyinə gedərək Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı verib
2012-01-20 Mətbuat Şurası "Akkord"la birgə müsabiqə elan etdi
2012-01-20 Bakıda 200 nəfərə yaxın taksi sürücüsü yenidən Nəqliyyat Nazirliyinin qarşısına toplaşdı
2012-01-20 Türkiyə parlamenti Xocalı soyqırımını tanıya bilər
2012-01-20 Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında QAT-ın ittiham aksiyasına imkan verilmədi
2012-01-19 Füzuli Ələkbərov Tovuzun tək bir kəndində başlayan prosesi bütün ölkə boyu yayacağını bildirdi
2012-01-19 Azərbaycan Avropanın "investisiya işğalına" başlayır
2012-01-19 ABŞ-ın Texas qubernatoru Türkiyə barədə bəyanatına görə cəncələ düşüb
2012-01-19 Nalbandyan yenə Lavrovun "qılığına" girdi
2012-01-19 Lavrov Saakaşviliyə birmənalı cinayətkar dedi
2012-01-19 İrandan Rusiyaya Azərbaycan vasitəsilə qaçqın axını başlaya bilər
2012-01-19 Azərbaycana qarşı gedən kiber müharibənin arxasından daha bir dövlət çıxır...
2012-01-19 Vaşinqtonda Azərbaycan-ABŞ hərbi məsləhətləşmələrinin növbəti mərhələsini general Ramiz Nəcəfov apardı
2012-01-19 Fransa Senatının Konstitusiya komissiyası Sarkozinin "ağzından vurdu"
2012-01-19 ABŞ-da yeni Putin dövrü üçün Qarabağ bədbinliyi yayılıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009