16 Avqust 2011-cı il, N 144(2737)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
"Elit" Ticarət Mərkəzinin sahibi terror pulu ilə bağlılıqda ittiham olunduğunu təsdiqlədi
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..."
KİV DF-nin jurnalistlər üçün "İstirahət Mərkəzi"nin tikilməsi gündəmə gəldi
Həmkarlar təşkilatı yaratmayan əcnəbi şirkətlər cəzalandırıla bilər
Bəzi teleradiolar Ramazan fürsətindən sui-istifadəyə meyllənir
ƏN ÇOX OXUNANLAR
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2055)
Ələkbər Məmmədov vergilər nazirinin müşaviri təyin olunub (774)
Müğənni Nura Surinin keçmiş iranlı əri inanılmaz şeylər açıqladı (676)
İşçilərin sosial-iqtisadi hüquqlarının keşiyində (512)
Maaş artımlarının yeni mərhələsi yekunlaşır (498)
Medvedyevi iki ay sonra Bakıya gətirəcək ilginc səbəb... (495)
Müğənni Rəqsanənin rüsvayçılıqları təzə "oborot" açdı (481)
Belə getsə, ölmək də qorxulu olacaq (478)
Prezident Administrasiyası nazirlik və komitələrə xüsusi tapşırıq verib (473)
"Ələsgəroğlu"-K MMC vətəndaşın nə pulunu, nə də evini qaytarır (453)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728
293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..."
Tufan Kərim ATƏT-in Bakı ofisi ilə əlaqəni niyə kəsib?

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) sədri Tufan Kərimlə partiyanın cari baxışları barədə söhbət etdik.

   - Tufan bəy, sədri olduğunuz partiya "ərəb baharına" necə baxır?

   - Bir çox Azərbaycan siyasətçiləri "ərəb baharı"nı, Liviyada və Suriyada baş verənləri beynəlxalq anqlo-sakson mediası nöqteyi-nəzərindən dəyərləndirir. Bu media isə heç də həmişə obyektivliyi ilə seçilmir, əksinə, anqlo-sakson (əsasən, ABŞ-İngiltərə) mənafelərinə uyğun informasiya yaymaqdadır.

   "Ərəb baharına" gəldikdə isə, bunun kökü hələ 2000-ci illərin əvvəlinə gedib çıxır. O zaman ABŞ və İngiltərənin siyasi çevrələri Böyük Orta Şərq layihəsi adlı bir plan cızmışdı. Plan Türk mediasında Böyük Ortadoğu Planı (BOP) kimi də tanınır. Əsas məqsədləri SSRİ dağıldıqdan sonra güclənməkdə olan Çinin, Pakistanın və Hindistanın ərəb neftinə çıxışını əngəlləmək idi. Digər məqsəd - İslam ölkələrini ya zəiflətmək, ya da daha xırda hissələrə parçalamaqdır.

   2007 və 2009-cu ilində bu proseslərə hazırlıq öz pik nöqtəsinə çatdı. Ərəb ölkələrindən gənclər Qərbin kəşfiyyat mərkəzləri tərəfindən dəstəklənən və maliyyələşən müxtəlif "institutlar", "fondlar" vasitəsilə Türkiyədə, Avropada və ABŞ-ın özündə yaradılmış xüsusi mərkəzlərdə internetdə kütləvi narazılıqların hazırlanması və idarə olunmasının incəliklərini öyrənirdilər. Paralel olaraq, ABŞ kəşfiyyatı islamçı müxalifətlə də əlaqələr yaradırdı. Bunların nəticəsini biz bu gün görürük. Maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə siyasətini dəstəkləyən Səudiyyə Ərəbistanındakı və ya Bəhreyndəki etirazların yatırılmasını Qərb mediası, ümumiyyətlə, geniş işıqlandırmaqdan vaz keçdi.

   Qəribəsi budur ki, ərəb ölkələrində sünni-şiə qarşıdurması, ərəb-kürd konflikti, ərəblərin daxilindəki tayfa nifaqı "despotizmə qarşı demokratik hərəkat" kimi qələmə verilir.

   Azərbaycan bütün bunlarla vaxtilə üzləşmişdi. 1990-cı ilin 20 Yanvardan sonra Sovet mediası Azərbaycanda tam ayrı məlumatları yayır, SSRİ məkanında və dünyada isə azərbaycanlıları "erməni qanına susamış vəhşilər", "islamçı terroristlər" kimi tanıdırdı.

   - Sizin fikrinizcə, regionda bu proseslər hansı sonluqla bitəcək?

   - ABŞ-ın və Qərbin təhdidi ilə marionet rejimlərin başda durduğu və bir-birilə konfliktdə olan xırda dövlətlər yaranacaq. Bizim üçün narahatlıq yaradan əsas məsələ Kürdüstanın ortaya çıxmasıdır. Çünki Kürdüstan regionda Türkiyə və Azərbaycan (o cümlədən, Güney Azərbaycan) əleyhinə ermənilərlə ittifaqda yeni forpost ola bilər.

   - Amma Azərbaycanın əksər siyasətçiləri tam ayrı fikirdədir və baş verən hadisələri dünyada gedən demokratik proseslə bağlayırlar.

   - Dediyiniz siyasətçilərin bir qismi bu cür qiymətləndirməni Qərbdən gələn sifariş əsasında edir. Gəlin qəbul edək ki, Azərbaycanda fars şovinistlərinin, rus imperialistlərinin marionetləri olduğu kimi, xristian dünyasının da, Qərb imperializminin də marionetləri var. Avropada anti-türkizm, anti-islamizm gücləndiyi bir dövrdə, multikulturalizmin çökdüyü bir zamanda "Avropa dəyərlərindən", "Avropaya inteqrasiyadan" dəm vurmaq, ən azından, siyasi korluqdur.

   - Bəs çıxış yolunu nədə görürsünüz?

   - Millətçi bir partiyanın sədri kimi çıxış yolunu yalnız cəmiyyətimizin bütün sferalarını əhatə edə biləcək millətçiliyin təbliğində görürəm. Qarşıda regionu böyük təlatümlər gözləyir. Burada yeganə düzgün istiqamət millətçilikdir. Rusiyanın, Qərbin və fars şovinistlərinin marionet siyasətçilərindən fərqli olaraq, AMDP-də cəmlənmiş və sayı gündən-günə artan millətçilərimiz milli mənafelərin önəmliliyini hansısa bir sosialist, liberal və ya dini şüardan həmişə üstün tutur.

   - AMDP-nin iqtidara münasibəti necədir?

   - İqtidarın gördüyü yaxşı işləri yüksək dəyərləndirir, çatışmazlıqlarını tənqid edirik. Bəziləri, vaxtilə bu iqtidarın hakimiyyətə gətirilməsində böyük rol oynayanlar belə bir fikir təlqin edirlər ki, iqtidara qarşı yalnız itaətsizlik nümayiş etdirilməlidir. Qərbin ermənipərəst, anti-türk və islamafob gerçəkliyi fonunda, düşmənlərin əhatəsində olan ölkəmizdə millət daxilində qarşıdurma yaratmaq düşmənlərimizin əlinə oynamaq deməkdir. Biz millətçilər millətimizi, torpaqlarımızı və dövlətçiliyimizi hansısa utopik sosialist, liberal şüarlara qurban vermək fikrində deyilik.

   Azərbaycanın indiki təhlükəli geopolitik durumunda millətçiləri də milli qarşıdurmaya aparmaq istəyənlər var. Bu qrupcuqlar bu mövzuda öz uğursuzluqlarını görəndə, qondarma bir "millətçi partiya" yaratmaq və onun başına millətçilikdən uzaq, gündə bir partiyanın üzvü olan macəraçını gətirmək kimi ucuz şouya da əl atırlar. Sizi inandırım ki, Türkiyədəki Milliyetçi Hareket Partisinin sıravi üzvü belə bilsə ki, Azərbaycanda özünə "bozqurd" deyən birisi sorosçuların yedəyində gedir, bu cür "milliyyətçini" topa tutar.

   İqtidara münasibətdə bizim taktikamız aydındır. Seçkilərdə iştirak və milli qanunvericilikdə nəzərdə tutulmuş dinc mübarizə metodlarından istifadə edərək hakimiyyətə gəlmək uğrunda sivil mübarizə aparmaq. Eyni zamanda, iqtidara ünvanlı millətçi təbliğatımızı və təşviqatımızı davam etdirmək. Biz millətçi əqidəli partiyanı təmsil edirik və hətta ciddi səhvlər buraxmış millət övladının da son nəticədə millətin xeyirinə çalışacağına ümid edirik. Biz bəziləri kimi yad və bizə potensial düşmən millətlərin "beynəlmiləlçisində", "demokratında" və ya "liberalında" özümüzə dost axtarmırıq.

   - Bildiyimə görə, AMDP ATƏT-in Bakı ofisi ilə əlaqələri kəsib. Bunun səbəbi?

   - Bu suala qısa cavab verim. Bizim üçün nə Rusiya, nə Farsistan və nə də Qərb avtoritetdir. Bizim onlarla nə işbirliyimiz ola bilər ki?! Yeganə hesablaşdığımız amil - milli və dövlət maraqlarımızdır.

   

   
Söhbətləşdi: Namiq QULİYEV
Oxunub: 2056 Geri gayıt
Digər xəbərlər
Mollabaşının fəaliyyəti dövründə narkotik İran-Azərbaycan münasibətlərinin brendinə çevrildi(?)
Mübariz Əhmədoğlu: "İran...Azərbaycanın 10-cu tərəfdaşıdır"
Fərəc Quliyev Avropa Birliyinin Xarici Siyasət komissarına maraqlı məktub yazıb
"Minsk Qrupunu Aİ ilə əvəz etməyin vaxtıdır"
Medvedyev-Obama görüşü ərəfəsində İlham Əliyev-Medvedyev-Sarkisyan görüşü...
Rusiyanın ilin sonunadək Ermənistanı sülhə vadar edəcəyinə dair sensasiyalı şərhlər yayılıb
Azərbaycan QHT-ləri Lukaşenkonun həbs etdirdiyi hüquq müdafiəçisi Ales Bilyatskinin azadlığa buraxılmasını tələb edir
İngiltərə eyni vaxtda ər və arvadı Ermənistana səfir təyin edib
Rusiya da Əfqanıstanda antiterror əməliyyatına başlayır
Qonşu region ölkəsində vəziyyət başqa şəkil alır
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..."
Tufan Kərim ATƏT-in Bakı ofisi ilə əlaqəni niyə kəsib?
Ayaz Mütəllibov siyasi fəaliyyətini birdəfəlik dayandıra da bilər
ASDP həmsədri: "Aparılmış danışığa görə, Ayaz müəllim dəfn törəni bitəndən sonra ölkədən getməlidir"
 
 SON XƏBƏRLƏR
2011-08-16 Ayaz Mütəllibov siyasi fəaliyyətini birdəfəlik dayandıra da bilər
2011-08-16 DİN Gəncədə polis baş leytenantının iştirak etdiyi silahlı insident barədə yanlış detallara düzəliş etdi
2011-08-16 Mirzə Xəzərin ölüm xəbəri yalan çıxdı
2011-08-16 PKK liderinin İranda həbs xəbərinə Əhməd Davudoğlu da qarışıb
2011-08-16 Fərəc Quliyev Avropa Birliyinin Xarici Siyasət komissarına maraqlı məktub yazıb
2011-08-16 Nəsimi İcra Hakimiyyəti ilə Yusif Səfərov küçəsində sökülən bina sakinləri arasında ziddiyyət yaranıb
2011-08-16 Sabunçuda qalmaqal doğurmuş yeni "Bələdiyyə qurumu" barədə təzə xəbər çıxdı
2011-08-16 Şimali Kipr universitetləri azərbaycanlı tələbələrə təhsil haqqında 50 faiz güzəşt etdi
2011-08-16 Azərbaycanda yeni tipli bankların yaradılması yenidən aktuallaşdı
2011-08-16 Qax şəhər parkında gənclər kütləvi bıçaqlaşmaya çıxdılar
2011-08-16 Məişət zorakılıqları barədə qanun praktikada işləyirmi?
2011-08-16 Ucarda qarpız daşıyan traktora arxadan çırpılan maşında 3 nəfər ölüb
2011-08-16 Salyanın Qaraqaşlı kəndində 19 yaşlı oğlanı tok vurdu
2011-08-16 "Mançester Yunayted" daha iki oyunçusunu itirdi
2011-08-16 "Çelsi"nin futbolçusunun atası oğurlandı
2011-08-16 Azərbaycanda federasiya vitse-prezidenti bekarçılıqdan istefa verdi
2011-08-16 Güləşçilərimiz ermənilərin "dərsini verdi"
2011-08-16 "Qalatasaray" 2 afrikalı ulduzu transfer edir
2011-08-16 Ronaldo El-Klasiko derbisində istədiyini ala bilmədi
2011-08-16 Fabreqas rəsmən "Barselona"da
2011-08-16 Şevçenkonun çənəsini qırdılar
2011-08-16 Xızıda elektrovoz yandı
2011-08-16 Azərbaycanda bir vakant yerə üç işsiz iddialıdır
2011-08-16 "Turizm haqqında" yeni qanun layihəsində yenilik nə olacaq?
2011-08-16 Şabranda marşrut avtobusunun aşması nəticəsində 10 nəfər yaralanıb
2011-08-16 Ramazan ayının 17-ci gününün duasına qısa şərh
2011-08-16 Taxılın alış qiymətinin qaldırılması birmənalı qarşılanmır
2011-08-16 Mollabaşının fəaliyyəti dövründə narkotik İran-Azərbaycan münasibətlərinin brendinə çevrildi(?)
2011-08-16 Ermənistan müxalifəti hakimiyyəti küncə sıxan daha bir siyasi gediş etdi
2011-08-16 Nurçuları Türkmənistandan qovurlar
2011-08-16 Qəddafinin daxili işlər naziri Misirə qaçdı
2011-08-16 Qorbaçov Putinlə müqayisədə Medvedyevi üstün tutdu
2011-08-16 Mübarəkin oğullarının həbsxanada qurduğu kef məclisi aranı qatdı
2011-08-16 Yeni dünya maliyyə böhranının əsl günahkarlarının axtarışları intensivləşir
2011-08-16 28 yaşlı xaçmazlı qadın özünü qatarın altına atdı
2011-08-16 3 uşaq atası Xaçmaz daş karxanasında faciəli şəkildə öldü
2011-08-16 Rusiyadan Azərbaycana gələn sərnişin avtobusu Şabran çayı üstündə qəzaya uğradı
2011-08-16 Sabirabadın icra başçısı etirazçıların bir hissəsini qəbul etdi
2011-08-16 Azərbaycan QHT-ləri Lukaşenkonun həbs etdirdiyi hüquq müdafiəçisi Ales Bilyatskinin azadlığa buraxılmasını tələb edir
2011-08-16 İngiltərə eyni vaxtda ər və arvadı Ermənistana səfir təyin edib
2011-08-16 Binəqədidə arvadına 11 bıçaq zərbəsi vuran ər tutuldu
2011-08-16 Qətldə təqsirləndirilən jurnalist məhkəmədə özünü qismən təqsirli bildi
2011-08-16 Bu il Azərbaycanda 57 xarici ölkə vətəndaşına qarşı cinayət törədilib
2011-08-16 Lənkəranda bir dəstə mal-qara oğrusu tutuldu
2011-08-16 Ağdaşın Bulaqotağı kəndində 22 yaşlı qadın ərini baltaladı
2011-08-16 3-cü mikrorayonda 33 yaşlı gəncin çürümüş meyiti tapılıb
2011-08-16 Türkiyənin müdafiə naziri İsmət Yılmaz Azərbaycana gəlir
2011-08-16 Türkiyə diplomatı Azərbaycanda yeni görəvdə...
2011-08-16 Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su oxunmaq üçün nəhayət Moskvaya göndərildi
2011-08-16 İctimai Palatanın aksiyasına görə ittiham olunan 6 nəfərin məhkəmə istintaqı başa çatdı
2011-08-16 ABŞ Konqresi Aparatının məmurlar qrupu Azərbaycana gəlib
2011-08-16 Ruslan Bəşirli ilə bağlı yeni məhkəmə prosesi başlayır
2011-08-16 Azərbaycan daha bir əcnəbi qadın səfiri yola salır
2011-08-16 BDM generala görə İran səfirliyini cəzalandırmaq istəyir
2011-08-16 Sarkisyanın mühafizəçiləri İrəvanda atışdılar
2011-08-16 Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub
2011-08-16 Prezident Azərbaycanın şimal bölgəsinə səfərə çıxıb
2011-08-16 "Bakı-Xəbər" "İslamda yas mərasimləri və əyintilər" mövzusunda yazı müsabiqəsi keçirir
2011-08-15 Kanada Suriyanın səhmlərini dondurdu
2011-08-15 Azərbaycan Qəbələ RLS-in icarə haqqını 10 dəfə artıra bilər
2011-08-15 Azərbaycana səfər edib geri qayıdan iranlılar...
2011-08-15 İran Əsəd rejimini qorumaq üçün müharibəyə hazırlaşır
2011-08-15 Borc içində boğulan nəhəng dövlət müəssisələrinin nicat yolu...
2011-08-15 Daha 6 bankın üzərini qara buludlar aldı
2011-08-15 Qızıl bazarı "çökür"
2011-08-15 Heydər Əliyevlə şeyx Allahşükürün əsasını qoyduqları ənənə bu dəfə də davam etdirildi
2011-08-15 Yeni dərs ilindən müəllimlərin də hicabla dərsə gəlməsinə son qoyulacaq
2011-08-15 Binəqədidə 38 yaşlı qadına 11 bıçaq zərbəsi vuruldu
2011-08-15 İrandan Azərbaycana daxili orqanlarda narkotik maddə keçirmək getdikcə ənənəvi şəkil almaqdadır
2011-08-15 Moskvada cinayət qruplaşmalarının gəlirlərinə nəzarət erməni avtoritetin əlində imiş...
 
 
 
Copyright (c) Bakı Xəbər 2009