07 Mart 2011-cı il, N 42(2036)  
   
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
Qarabağ probleminin əsas məsələləri ilə bağlı bu dəfə də irəliləyiş olmadı
Ölkədəki antikorrupsiya tədbirlərində müvafiq QHT-in rolu ətrafında söz-söhbətlər başlayıb
Batmış sovet əmanətlərini neçə faizlə indeksləşdirmək ciddi problem imiş...
Jurnalistika ilə bağlı yeni təklifləri fakültənin özündə müzakirə etdik
Bakı küçələrinin yuyulması ideyası yenidən qayıdıb
ƏN ÇOX OXUNANLAR
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2055)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1816)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1307)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1279)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1139)
Toyda Ədalət Şükürovu döyən adam haqqında yeni bilgilər yayılıb (920)
Sürücülük vəsiqəsnin alınması qaydalarında dəyişiklk edildi (844)
Prezident həkim və müəllimlərin statusunu tam dəyişdirdi (838)
"...Azərbaycanlılar qəfil hücumla Ağdamı, Füzulini götürəcək" (783)
Ələkbər Məmmədov vergilər nazirinin müşaviri təyin olunub (774)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Qəddafi 40 bakirə qızın çevrəsində...
Krala etdiyi namərdliyin əvəzini alır

Liviyada baş verən məlum hadisələr bu ölkənin adının indi dünya gündəmində getdikcə daha çox hallanmasına səbəb olmaqdadır. Xalq ölkənin 42 illik rəhbəri olan Qəddafinin devrilməsində artıq iradəsini ortaya qoysa da, Liviya lideri buna müqavimət göstərməkdə davam edir. Hətta bu məqsədlə insanların qanının axıdılmasına getməkdən də çəkinmir. Elə bu səbəbdən dünya miqyasında Liviya rəhbərinin şəxsiyyətinə, onun kimliyinə, həyat yoluna da maraq getdikcə artmaqdadır.

   Tam adı Müəmmər ben Məhəmməd Əbu Menyar Əbdül Səlim ben Həmid əl-Qəddafi olan Liviya rəhbəri 1942-ci il iyunun 7-də Siirt şəhərində anadan olub. Onun atası köçəri çoban, anası isə evdar qadın idi. Qəddafi orta məktəbə 9 yaşında gedib və ailəsində ilk təhsil alan şəxs olub. Babası 1911-ci ildə italyan işğalçıları tərəfindən öldürülüb. Atası kimi yeni və məhsuldar torpaqlar axtarışında olan Qəddafi Sirt, Səbha və Misurat şəhərlərindəki məktəblərdə təhsil alır. Orta məktəbdə oxuyarkən 16 yaşlı Qəddafi gənclərdən ibarət gizli özək yaradır. Bu özəyin əsas məqsədi Liviya İtaliya müstəmləkəçiliyindən azad olunduqdan sonra ölkədə yaradılan kral üsul-idarəsini devirmək idi. Həmin vaxt Liviyaya kral I İdris rəhbərlik edirdi.

   Qəddafinin siyasi baxışlarının formalaşmasında Misir lideri Camal Əbdül Nasirin rolu böyük olub. Elə Qəddafinin yaratdığı gizli təşkilatın niyyəti də Liviyadakı monarxiyanı, Misirdə olduğu kimi, devirmək idi. Hökumət əleyhinə çıxışları isə sonda onun məktəbdən xaric edilməsilə nəticələndi. Bununla belə, Qəddafi ali təhsil almaq niyyətindən daşınmadı. O, Misurat şəhərində yerləşən ali məktəbin hüquq fakültəsinə daxil olub və 1964-cü ilə qədər burada ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Qəddafi hərbi akademiyaya daxil olur. Burada o, 1952-ci ildə Misirdə baş verən inqilabın məramı sayılan "Azadlıq, sosializm, bərabərlik" şüarını gənc zabitlər arasında paylayır və onları bu amal uğrunda mübarizəyə dəvət edir.

   1963-cü ildə orta təhsilini Misurat şəhərində başa vuran Qəddafi iki il sonra Benqazi şəhərindəki hərbi kolleci bitirərək leytenant rütbəsinə yüksəlir. 1966-cı ildə isə o, İngiltərədə hərbi təlimlərdə iştirak etdikdən sonra kapitan rütbəsilə Liviyaya qayıdır. Ərəb dünyası onu ilk dəfə Liviya kralı I İdrisin göstərişi olmadan tabeliyindəki qoşun hissələrini 1967-ci il müharibəsində iştirak edən Misir prezidenti Camal Əbdül Nasirə köməyə göndərdiyi zaman tanıyır.

   1969-cu ildə üç dəfə - martın 12-də, 14-də və avqustun 13-də Liviyada hərbi çevriliş etməyə cəhd göstərən Müəmmər Qəddafi "əl-Qüds" adlandırdığı planı müxtəlif səbəblərdən dolayı təxirə salmaq məcburiyyətində qalır. Elə həmin ilin sentyabr ayının 1-də isə kapitan Qəddafinin rəhbərlik etdiyi xüsusi hərbi briqada Benqazi, Tripoli və ölkənin digər şəhərlərində eyni vaxtda nümayişlərə başlayaraq, kral I İdrisin Türkiyədə müalicə almasından istifadə edərək, dövlət binalarını və hərbi obyektləri nəzarət altına alır. Çevrilişə rəhbərlik edən Qəddafi İnqilab Komandanlığı Şurasının yaradıldığını bəyan edir və ölkənin adı Liviya Ərəb Respublikası kimi dəyişdirilir.

   1970-ci ilin yanvarında artıq polkovnik rütbəsi daşıyan Qəddafi ölkənin baş və müdafiə naziri, elədə də Liviya Hərbi Qüvvələrinin Baş komandanı seçilir. Bundan dərhal sonra isə ölkədəki bütün xarici hərbi kontingentin Liviyadan çıxarılması prosesi başlanır. Elə həmin ilin oktyabrında 20 min italyan Liviyadan qovulur və həmin gün "İntiqam günü" adlanır. "İntiqam günü" Liviyada öldürülən italiyalı əsgərlərin qəbirlərinin açılması ilə də yadda qalır.

   İnqilabdan sonra Qəddafi polkovnik hərbi rütbəsinə layiq görüldü və 1976-cı ildə general-mayor rütbəsi almasına rəğmən, indiyə qədər adətən "polkovnik" - deyə çağrılır. Hakimiyyət dəyişikliyindən sonra İnqilab Komandanlığı Şurasının sədri və ali baş komandan vəzifələrini tutan Qəddafi Misir prezidenti Camal Əbdül Nasirlə sıx əlaqələr saxlamaqda davam edirdi. Hər iki lider islama, vətənpərvərliyə və mənəviyyata əsaslanan sosializm cəmiyyəti yaratmağa çalışırdı. Lakin Nasirin ölümündən sonra Misirlə münasibətlərin pisləşməsi və onun varisi Ənvər Sədatın ABŞ-la, İsraillə daha çox yaxınlaşmağa cəhd etməsi Qəddafinin müstəqil ideologiya formalaşdırması ilə nəticələndi. Məhz bu dövrlərdə Qəddafi özünün "Üçüncü ümumdünya nəzəriyyəsi"ni yaratdığını bildirdi. Onun fikrincə, bu, Adam Smitin kapitalizm və Karl Marksın kommunizm nəzəriyyələrini əvəz etməli idi. Qəddafi öz nəzəriyyəsinin mahiyyətini müəllifi olduğu üçcildlik "Yaşıl kitab"da əks etdirmişdi. O, "Cəmahiriyyə" adlanan sosial quruluşun yaradılmasını istəyirdi ki, burada "çoxluğu, xalq kütlələrinin dövləti" və ya xalq komitələri sistemi əsasında birbaşa demokratiya nəzərdə tutulurdu. Buna qədər mövcud olan bütün dövlət quruluşları isə qeyri-demokratik sayılırdı. "Yaşıl kitab" əsərini bu baxımdan Qəddafi "Yeni əsrin İncili" adlandırırdı.

   Hakimiyyətə gəldikdən sonra Qəddafinin xarici siyasət məsələlərində mövqeyi bir qədər ziddiyyətli olub. Belə ki, o, Fələstində, Uqandada, Şimali İrlandiyada, Mərakeşdə, Sudanda, Anqolada, Mozambikdə, İspaniyada, Kolumbiyada, Türkiyədə bu dövlətlər tərəfindən terrorçu sayılan təşkilatlara dəstək verib. "FƏTH İnqilabi Şurası"nın yaradıcısı və rəhbəri, məşhur terrorçu sayılan Əbu Nidal, həmçinin "Çaqqal Karlos" kimi tanınan venesuelalı İliç Ramires Sançes Qəddafi tərəfindən açıq himayə olunurdu. Qərb ölkələri bildirirdi ki, Liviya ərazisində terrorçuların təlim keçməsi üçün düşərgələr yaradılıb və bu düşərgələrdə dünyanın ən müxtəlif bölgələrindən olan terrorçu qruplaşmalar təlim keçir.

   Siyasi rəqiblərinə qarşı amansız olan Liviya lideri dövlət məmurlarının da daim vəzifə yerdəyişmələrini həyata keçirirdi ki, bu da onların təsir imkanlarının artmasına və polkovniklə rəqabət aparmasına imkan vermirdi. Liviyanın 1973-cü ildə Qərbin İsrailə verdiyi dəstəyə cavab olaraq ərəb dövlətləri tərəfindən tətbiq edilən neft embarqosunda fəal iştirak etməsi Qəddafiyə qarşı Qərbin münasibətlərini daha da sərtləşdirdi. ABŞ-ın İsraili dəstəkləməsi sonda Qəddafinin xarici siyasət kursunda SSRİ-yə meyllənməsinə səbəb oldu. 1975-ci ildən etibarən SSRİ ilə Liviya arasında münasibətlər özünün daha sürətli inkişaf mərhələsinə qədəm qoydu. Qəddafini "Yaxın Şərqin qudurmuş iti" adlandıran ABŞ prezidenti Ronald Reyqan Liviyada olan bütün amerikalıların buranı tərk etməsinə dair göstəriş verdi. Bunun ardınca Amerika administrasiyası Liviya neftinin təchizatına tam embarqo qoydu. Bu addıma cavab olaraq Qəddafi Ronald Reyqanı bütün Amerika hindularını azadlığa buraxmağa çağırdı.

   22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edir, 1980-ci illərin əvvəlində isə Liviya rejimini ən azı 45 ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. Qəddafi isə "Washington Post" qəzetinə verdiyi müsahibədə terrorçuları deyil, milli azadlıq hərəkatlarını dəstəklədiyini bildirir. Həmin müsahibədə o, Nelson Mandelanı və sonradan Namibiya prezidenti olmuş Sem Nuyomanı, həmçinin Fələstin Azadlıq Təşkilatını dəstəklədiyini qeyd edərək, indi həmin şəxslərin Ağ Evdə rəsmi qəbul edilməsinə baxmayaraq, özünün hələ də terrorçu hesab edilməsindən gileylənmişdi.

   Qəddafi birinci dəfə Fəthiyə Nuri Xalidlə evlənir. Bu nikahdan onun Məhəmməd adlı oğlu olur. Ancaq onun bu nikahı uzun çəkmir. İkinci dəfə o, tibb bacısı işləyən Səfiyə Farkaşla ailə qurur. Bu nikahdan isə beş oğlu və bir qızı olur. Uzun müddətdir Qəddafinin yanında bir ukraynalı sarışın xanım da çalışır. Tibb bacısı olan bu qadının Qəddafi ilə hədsiz dərəcədə yaxın münasibətləri olduğu söylənilir. 38 yaşlı Qalina Kolonitskaya Qəddafi ilə o qədər yaxındır ki, Liviya rəhbəri xarici ölkələrə gedəndə də onu özü ilə aparır.

   Ədəbiyyata xüsusi maraq göstərən Qəddafi Tolstoyun əsərlərinə tez-tez müraciət edir, Şekspir haqqında isə onun ərəb immiqrantı, əsl adının isə şeyx Zübeyr olduğunu söyləyir.

   Geyiminə, xarici görkəminə böyük diqqətlə yanaşan, xüsusilə müxtəlif hərbi libaslarda tez-tez görünən Qəddafi İslam dininin bütün qaydalarına ciddi riayət edir. Siqaret çəkmir, spirtli içki qəbul etmir. Ancaq yaraşıqlı görünmək və yaşanmış illərin izini itirmək üçün kosmetikadan istifadə edir. Hündürlüyü sevməyən Müəmmər Qəddafi bu günə qədər çadırda yaşayır. Maraqlısı budur ki, xarici dövlətlərdə rəsmi səfərlərdə olanda da ona çadır qurulur. 2006-cı ildə Müəmmər Qəddafi Liviyanı "Koka-Kola"nın vətəni elan edib.

   2009-cu ilin oktyabrında Qəddafi ölkə parlamenti hesab edilən Milli Konqresə müraciət edərək, oğlu Seyfulislamın işlə təmin edilməsini istəyib. 2009-cu ildə İtaliyaya səfəri çərçivəsində italyan qızlarla görüşən Qəddafi xristianlığın fırıldaqçılıq üzərində qurulduğunu bildirib. Qəddafi 40 qadından ibarət "Amazon Birliyi" adlı xüsusi təhlükəsizlik xidməti tərəfindən mühafizə olunur. Bütün üzvləri bakirə qızlar olan bu birliyin əməkdaşlarını Qəddafi şəxsən seçir.

   

   
Tahir TAĞIYEV
Oxunub: 1817 Geri gayıt
Digər xəbərlər
Britaniyanın 280 illik hərbi batalyonu Liviyaya daxil olmağa hazırlaşır
Qəddafinin ailəsinin 66.6 milyard dolları donduruldu
Çoban oğlu ildə 1,5 milyard dollar artırıb kənara qoyurmuş
Qəddafi 40 bakirə qızın çevrəsində...
Krala etdiyi namərdliyin əvəzini alır
 
 SON XƏBƏRLƏR
2011-03-07 "Facebook"da 11 mart çağırışlarına YAP-dan reaksiya gəldi
2011-03-07 Qəddafi 40 bakirə qızın çevrəsində...
2011-03-07 Nazirlərin bölgə əhalisi ilə yerindəcə görüş formatı ekspertlərin diqqətini çəkdi
2011-03-07 "Dünyanı aclıq bürüyəcək" deyənlərin sayı artır
2011-03-07 Avtomobil 15 faiz ucuzlaşa bilər
2011-03-07 Avtomobillərin texniki baxışı ilə sığortasını bir-birinə bağlamaq düzgün deyilmiş...
2011-03-07 Kənd təsərrüfatı yarmarkalarında bazar qiymətləri...
2011-03-07 Uniforma və məktəbli geyimlərini ikiqat bahalaşmadan qorumaq üçün təkliflər başladı
2011-03-07 Vergilər Nazirliyinin "qeydiyyat mövqeyi" tam təqdir olundu
2011-03-07 Quduzluq xəstəliyinin geniş yayılma risqi var
2011-03-07 Əcnəbilərin Azərbaycan haqqında obyektiv deyimləri ölkəmiz üçün böyük mənbədir
2011-03-07 "Çelsi" Lukas Barriosanı alır
2011-03-07 "Mançester Yunayted" "Palermo"nun futbolçusuna elçi düşüb
2011-03-07 Fergyusonun "hakim şübhələri" ona baha başa gəldi
2011-03-07 "Milan" hansı futbolçunu transfer etmək istəyir?
2011-03-07 Sercanın "Lokomotiv"ə transferi baş tutmadı
2011-03-07 "Qalatasaray"da böyük islahatlar gedir
2011-03-07 Fletçer 2015-ci ilə qədər "Mançester Yunayted"də qalacaq
2011-03-07 "İmperator"un "Qalatasaray" qarşısında 5 ağır şərti...
2011-03-07 ABŞ Konqresinin "Azərbaycan qrupuna" yeni həmsədr seçildi
2011-03-07 Ukraynada Azərbaycanı iki mindən artıq tələbə təmsil edir
2011-03-07 ABŞ-da yaşayan azərbaycanlıların daha bir milli əhəmiyyətli aksiyası...
2011-03-07 Pensiyaların SMS-ə qoşulmasının yeganə narahatlıq doğurmuş cəhətinə cavab tapıldı
2011-03-07 ABŞ müttəfiqlərilə Liviyaya müdaxiləyə hazırlaşır
2011-03-07 Britaniyanın 280 illik hərbi batalyonu Liviyaya daxil olmağa hazırlaşır
2011-03-07 Qəddafinin ailəsinin 66.6 milyard dolları donduruldu
2011-03-07 "Xalq Cəbhəsi" qəzetinin saytı "onlayn" rejiminə keçir
2011-03-07 Əli Əliyevə görə "Ərəb dalğasından" ruhlanan müxalifətçilər "barıtı çox qoyur"
2011-03-07 Mətbuat Şurası dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinə dərs keçmək niyyətindədir
2011-03-07 Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri niyə seçilib?
2011-03-07 Məhkəmə-Hüquq Şurası 8 hakimin səlahiyyətlərinə xitam verdi
2011-03-07 "Bakı-Xəbər"in yas mərasimləri ilə bağlı yazı müsabiqəsinə geniş reaksiyalar başlayıb
2011-03-07 Lənkəranın Liman şəhərində fərdi yaşayış evi yanıb
2011-03-07 Lənkəranda "Mercedes" "QAZ-24"ü, o isə "KamAZ"ı vurdu
2011-03-07 Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüb
2011-03-07 "Bakı-Xəbər" yazı müsabiqəsi elan etdi
2011-03-04 Amerikalı analitik Qarabağ müharibəsinin yenidən alovlanmasını bircə güllə ilə əlaqələndirdi
2011-03-04 Rusiya Xarici İşlər Nazirliyi prezidentlərin Soçi görüşünü şərh edib
2011-03-04 Soçidə növbəti İlham Əliyev-Sarkisyan görüşünə Rusiyanın son şansı kimi baxılır
2011-03-04 Bakı məktəblərində 8 mart "yığımlarına" ciddi müharibə elan edilib
2011-03-04 Nemət Pənahlının həbs müddəti uzadıldı
2011-03-04 Azərbaycanın narkotiklərlə mübarizə strategiyası Beynəlxalq Komitənin diqqətini cəlb etdi
2011-03-04 Azərbaycanın hərbi xərcləri Rusiya mətbuatının diqqətini cəlb etməyə başlayıb
2011-03-04 İrəvandakı etiraz aksiyalarında 3 deputat xəsarət aldı
2011-03-04 Əli Əliyev VİP-dən AXCP-yə getmiş iki partiya üzvü barədə öz bildiyi həqiqəti açdı
2011-03-04 ATƏT-in Bakıda "18 partiya" formatlı dialoqunu öncədən qaralamaq səyləri məqbul sayılmadı
2011-03-04 İctimai Palatanın Koordinasiya Şurasında yeni çaxnaşma...
2011-03-04 "Diffamasiya haqqında" qanun layihəsi mayadək Milli Məclisə təqdim olunacaq
2011-03-04 8 Mart, korrupsiya və Damokl qılıncı
2011-03-04 Korrupsioner məmurların kütləvi həbsi başladı
2011-03-04 Səfər Əbiyev Metyu Brayza ilə Qarabağ məsələsindən danışdı
2011-03-04 "Trend" Agentliyinin direktoru İlqar Hüseynov Litvanın ELTA xəbər agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
2011-03-04 Azərbaycanda ilk qadın qəzeti - "İşıq" qəzetinin 100 yaşı qeyd ediləcək
2011-03-04 Gizli informasiya toplama qurğuları ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik gözlənir
2011-03-04 Xaçmazın iki kəndində yaşayan Rusiya vətəndaşları hansı yolu seçəcək?
2011-03-04 Prezident Azərbaycanın öz istehsalı olan pilotsuz təyyarələrə baxış keçirdi
2011-03-04 Kimin korrupsiya ilə bağlı problemi varsa...
2011-03-04 Suraxanı "Tir" atıcılıq mərkəzindən xeyli silah oğurlandı
2011-03-04 Dövlət İqtisad Universitetinin diplomu 7500 manata satılarkən tutuldu
2011-03-04 DİN müharibə veteranının təzə mənzillərlə bağlı narazılığını əsassız saydı
2011-03-04 Bakı hərbi qarnizonuna yeni komandir təyin edildi
2011-03-04 Bərdə və Tərtər rayonlarının icra başçıları dəyişdi
2011-03-04 "Putinin sarayı" 350 milyon dollara satılıb
2011-03-04 Dövlət qulluqçusu CM-nin üç maddəsi ilə axtarışa verildi
2011-03-04 ATƏT missiyası Qarabağa dair hesabatı niyə indiyədək açıqlamır?
2011-03-04 ATƏT-in Bakıda 18 partiya ilə dialoq formatlı tədbiri təxirə salındı
2011-03-04 "Bakı-Xəbər" yazı müsabiqəsi elan etdi
2011-03-03 Daxili İşlər Nazirliyi ötən ilin insan alveri statistikasını açıqladı
2011-03-03 40 gün hər gün bir nəfər avtomobil udacaq
2011-03-03 Azərbaycan dünya azərbaycanlılarının vətənidir
 
 
 
Copyright (c) Bakı Xəbər 2009