.jpg)
Azərbaycanlı qanuni oğrular, "Quli" ləqəbli Nadir Səlifov və "Rövşən Lənkəranski" ləqəbli Rövşən Caniyev Moskvada göyərti topdansatış bazarı uğrunda mübarizə aparır.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə "eurosmi.ru" saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, Qulu və Rövşən Moskvanı şüyüd, soğan və cəfərilə təmin edən topdansatış bazarını aralarında bölə bilmir. İlkin məlumatlara görə, bu sahə hər ay 500 min dollar gəlir gətirir.
Bu gün Rusiyada kriminal aləmin azərbaycanlı nümayəndələri də bu iki qanuni oğrunun ətrafında iki düşərgəyə bölünüb. Son vaxtlar Moskvada öldürülən kriminal aləmin nümayəndələri və iş adamları məhz bu şəxslərin tərəfdarlarıdır və qarşılıqlı olaraq onların sifarişlərilə qətlə yetiriliblər.
Noyabrın əvvəlindən Moskvada 4 azərbaycanlı öldürülüb. Bundan əvvəl isə Rövşən Lənkəranskinin köməkçisi Vaqif Tukanov qətlə yetirilib.
Qeyd edək ki, R.Caniyev Ukraynada həbs olunub, N.Səlifov isə Qobustan həbsxanasında cəza çəkir.