Gəncənin Gülüstan qəsəbəsində "Mercedes" və "07"nin toqquşması ölümlə nəticələndi
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Seymur Bayramovun idarə etdiyi "Mersedes" markalı avtomobil 1985-ci il təvəllüdlü Zaur Əliyevin idarə etdiyi "VAZ-2107" avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü Zaur Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.