Gəncə sakini Ülvi Novruzov münaqişə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb
Gəncə şəhər sakini bıçaqlanıb. Gəncə Şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, sentyabrın 7-də Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Ülvi Novruzov bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Xəlil İbrahimov müəyyən edilərək həbs edilib. Faktla bağlı araşdırma aparılır.