Azərbaycan Beynəlxalq Universitetinin tələbələri hansı özəl ali məktəblərə köçürüləcək?
.jpg)
Təhsil Nazirliyinin əmrilə fəaliyyəti sentyabrın 1-dən dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin köçürüləcəyi özəl ali məktəblər müəyyənləşib.
Təhsil Nazirliyinin İcra Aparatından APA-ya verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilə ABU-ya daxil olan tələbələr "Odlar Yurdu", Azərbaycan Korporasiya, Bakı Qızlar, Ali İctimai Siyasi, Bakı Asiya, Bakı Biznes, Avrasiya, Təfəkkür, Əmək və Sosial Münasibətlər Akademiyasının müvafiq ixtisaslarında təhsilini davam etdirəcək. Artıq bununla bağlı müvafiq əmrlər verilib. Köçürülmə ilə bağlı 2000-ə yaxın tələbənin əmri verilib. Tələbələrin nəzərinə o da çatdırılıb ki, sentyabrın 13-dən onlar artıq köçürüldükləri məktəbdən qeydiyyatdan keçə bilərlər. Köçürülmüş tələbələrin əmrləri artıq Təhsil Nazirliyinin qəbul otağında asılıb. Həmin məlumatlar Təhsil Nazirliyində internet saytında da yerləşdiriləcək.