Bir qrup gənc Bakıda açıq-saçıq nümayiş olunan reklam çarxlarına etirazını bildirib
Sentyabrın 7-də bir qrup gənc Bakının Elmlər Akademiyası metrostansiyası, İçəri Şəhər, "Nizami" kinoteatrı ərazisi və digər yerlərdə aksiya keçirib.
Adının çəkilməsini istəməyən aksiya iştirakçılarından biri "Turan"a bildirib ki, onlar yarıçılpaq qadınların təsvir olunduğu reklam çarxlarının əleyhinədir. Gənclər bu cür reklamların üzərinə qara rənglə "YOX!" yazıblar.
TURAN