Ukrayna parlamentində deputatlar əlbəyaxa oldu
Deputatlar tribunanı ələ keçirməyə çalışıblar
Ukrayna parlementində növbəti dava düşüb. Davaya səbəb müxalifətdən olan deputatların Ukrayna prezidenti Viktor Yanukoviçin təbii qazın qiymətini iki dəfə artırmasına və qadınların müavinət yaşının 55-dən 60-a qaldırmasına etiraz etməsi olub. Deputatlar tribunanı ələ keçirməyə çalışıb. Bu zaman onlar əlbəyaxa olub.
Müxalifət lideri və sabiq baş nazir Yuliya Timoşenko isə 6 min nəfərdən ibarət tərəfdarı ilə birlikdə parlament binası qarşısında etiraz aksiyası təşkil edib. O, təbii qazın qiymətinin və müavinət yaşının artırılmasına qarşı mübarizəni davam etdirəcəyinə söz verib.
Qeyd edək ki, hər iki tədbir Beynəlxalq Valyuta Fondu tərəfindən ölkəyə 5 milyard dollarlıq maliyyə böhranı yardımının ayrılması üçün qoyulan əsas şərtlərdən idi. Parlamentə qısa mətnlə müraciətində ölkə prezidenti Viktor Yanukoviç əsas məsələnin qanunvericilərin müxalifət və ya hökumət tərəfdarı olmağının yox, düşüncənin emosiyaları üstələməsinin olduğunu deyib.