QHT-lərə Dövlət Dəstəyi Şurası mühüm beynəlxalq konfransla bağlı daha bir iclas keçirdi
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin noyabrında "Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar" mövzusunda keçirəcəyi beynəlxalq konfransın işçi qrupunun növbəti toplantısı olub.
Şuranın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantıda konfransla bağlı indiyədək görülmüş işlər haqqında məlumatlar dinlənib, təqdim olunacaq bir sıra texniki sənədlərin müzakirəsi aparılıb. Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.