.jpg)
"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov Ermənistan parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması" haqqında qanun layihəsini müzakirəyə çıxarılması məsələsinə münasibət bildirərkən fikirlərinin təhrif olunduğunu deyib.
Millət vəkili APA-ya açıqlamasında bildirib ki, onun dediyi sözlər yanlış şəkildə verilib və Rusiya Prezidentinə şamil edilib: "Halbuki, mənim tənqid hədəfim Ermənistan prezidenti və ermənilər olub. Mən demişəm ki, Rusiya prezidenti Ermənistana gedəndən sonra bu balaca gədə daha da fəallaşıb və işğalçı dövlətin Azərbaycana qarşı şantaj siyasəti daha da güclənib. "Balaca gədə" deyəndə də, mən Sarkisyanı nəzərdə tutmuşam".