Binə Ticarət Mərkəzindən oğurluq edən qadın yaxalandı
Paytaxtın Qaradağ rayonu ərazisində axtarışda olan qadın yaxalanıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Qobustan qəsəbə sakini Leyla Bədəlovadır. O, bu il iyun ayının 11-də Binə Ticarət Mərkəzində Saleh Qasımova məxsus köşkdən geyim əşyalarını oğurlamaqda şübhəli bilinir.
L.Bədəlova bu ilin iyununda Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılsa da, istintaqdan yayına bilib. Bundan sonra Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində həbsli axtarış elan olunub.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində L.Bədəlova sentyabrın 7-də tutulub.