06 Sentyabr 2010-cı il, N 411(1907)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3649)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2476)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2031)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1745)
7 günlük müharibə ilə Qarabağətrafı rayonlar qaytarılır (1289)
Korrupsioner məmurların kütləvi həbsi başladı (1260)
Xaçmaz Mərkəzi Bazarının direktorunun meyiti tapıldı (1145)
Deyəsən, lotu oğlanlar Aygün Kazımovanın gözünü həmişəlik yolda qoyacaqlar... (1110)
İki yüksək vəzifəli məmurun labüd həbsi barədə maraqlı faktlar yayılıb (1104)
Polis mayorunun təsadüfən özünə xəsarət yetirməsinin təfərrüatları açıqlandı (1101)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Orta və kiçik sahibkarlıq ciddi iqtisadi təhlükə ilə üzləşib
Dövlət Xidmətinin rəisi Zahid İsayevin unun bahalaşmaması ilə bağlı dedikləri yanlış çıxdı
Taxıl idxalındakı inhisarçılıq kiçik müəssisələri müflisləşdirib sıradan çıxara bilər

Bölgələrdə taxılın və buğdanın qiymətinin artması üzündən unun və çörəyin bahalaşması, həmçinin bəzi regionlarda çörəyin çəkisinin azaldılması ilə bağlı KİV vasitəsilə kütləvi məlumatların yayılmasına, eləcə də rəsmi dövlət qurumlarının, millət vəkillərinin, iqtisadçı-ekspertlərin və digər şəxslərin narahatlıqdan və narazılıqdan doğan faktlarına baxmayaraq, İqtisadi İnkişaf Nazirliyi hələ də deyilənləri və yazılanları qəbul etmək istəmir.

   Adıçəkilən qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda taxılın bahalaşması unun və çörəyin qiymətinin qaldırılmasına əsas vermir. Onun dediyinə görə, rəhbərlik etdiyi qurumun bazarlarda apardığı monitorinqlər nəticəsində nə unun, nə də çörəyin qiymətinin artması müşahidə edilib. Xidmət rəisi vurğulayıb ki, buğdanın qiymətində baş verən artımlarla bağlı təhlillər aparılıb: "Hazırda buğdanın qiymətinin çörəyin və unun qiymətinə təsiri barədə deyilənlərin əsası yoxdur".

   Z.İsayev həmçinin bildirib ki, iri çörəkbişirmə müəssisələrində də monitorinqlər aparılıb. Bu zaman nə qiymət artımı, nə də çəkinin azaldılması hallarına rast gəlinib. Xidmət rəisi hesab edir ki, hansısa kiçik müəssisənin qiymətləri artırması isə kütləvi bahalaşma yarada bilməz: "Ölkədə yüzlərlə növ çörək buraxılır. Onların əksəriyyətinin istehsalçısı xırda müəssisələrdir. Onların xüsusi çəkisi böyük deyil. Xüsusi çəkisi böyük olan müəssisələrdə isə monitorinqlərdə çəkidə azalma, qiymətdə artım müşahidə olunmayıb".

   

   İqtisadi İnkişaf Nazirliyinin və Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatları ziddiyyət təşkil edir

   

   Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin avqustun 27-də yaydığı məlumatda deyilənlərlə Zahid İsayevin dedikləri arasında ciddi təzadlı məqamlar var. Adıçəkilən nazirliyin məlumatında qeyd olunmuşdu ki, Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinqini aparır: "İndiyədək aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, eləcə də çörəyin çəkisində azalma qeydə alınmayıb. Bundan başqa, respublikada fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir. Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək və unun süni qiymət artımının qarşısının alınması istiqamətində gündəlik monitorinqlərini davam etdirəcək".

   Ancaq sözügedən Xidmətin rəisi buğdanın qiymətində baş verən artımları dolayısı ilə təsdiqləyərən bu bahalaşmanın çörəyin və unun qiymətinə təsirinin olmadığını vurğulayıb. Üstəlik, Z.İsayev bildirib ki,

   ölkədə yüzlərlə müxtəlif növ çörək istehsal edən obyektlərin əksəriyyəti xırda müəssisələrdir və onların xüsusi çəkisi böyük deyil. Hansısa kiçik müəssisənin qiymətləri artırması isə kütləvi bahalaşma yarada bilməz.

   

   Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin məlumatı özünü doğrultmur

   

   Qeyd edək ki, hazırda dünya bazarında 1 kiloqram buğdanın qiyməti 21 qəpikdir. Ölkəmizdə isə taxılın qiyməti günbəgün fərqli rəqəmlərlə özünü büruzə verir. Məlumat üçün bildirək ki, Azərbaycanın buğdaya olan tələbatı təxminən 1,5 milyon ton təşkil edir və bunun da müəyyən hissəsindən heyvandarlıqda, təxminən 1,2 milyon tonundan isə çörəkbişirmə sənayesində istifadə edilir. Təbii ki, çörəkbişirmə sənayesində istifadə olunan buğdaya tələbatın müxtəlif subyektiv və obyektiv səbəblər üzündən yerli istehsal hesabına ödənilməsi mümkün olmadığından, xarici ölkələrdən taxıl idxalına zərurətin olduğu dəfələrlə vurğulanıb. Xatırladaq ki, respublikamızın taxıl tədarükündə və un istehsalında xüsusi çəkisi böyük olan müəssisələr əsasən Dövlət Taxıl Fonduna taxıl alınmasında vasitəçilik edən obyektlərdir. Yəni adıçəkilən fond cari il iyulun 1-dən sentyabrın 1-dək, daha sonra oktyabrın 1-dək "Dəvəçi-Dəyirman" MMC, "Karat-Holdinq", "FATOĞLU", N.Quliyev adına Bakı-Taxıl, "Araz" ASC, "Aveta", "EL" KM, "Bəxtiyar" istehsalat-ticarət və "Neon" firması müəssisələri vasitəsilə taxılın alınması barədə məlumat yayıb. Onu da vurğulamaq yerinə düşər ki, Gəncəbasar bölgəsində ən iri un istehsalçısı olan "FATOĞLU" şirkəti bir neçə gün öncə Qazaxıstandan un alınması prosesini bərpa edib. Həmin şirkətdən verilən məlumata görə, son qiymətlərə əsasən, taxılın bir tonunda 35-40 faiz bahalanma müşahidə olunur. Hazırda buğdanın bir tonunu Qazaxstanda 230 dollara almaq mümkündür. Sifariş olunan buğdanın ölkə daxilinə gətirilməsi bu şirkətə tonu 300-315 dollara başa gəlir. Buğdanın qiymətinin 35-40 faiz artmasına baxmayaraq, un məhsullarının qiyməti cəmi 15 faiz bahalandırılıb. Əvvəllər 15 manat 50 qəpiyə olan 50 kiloqramlıq un kisəsi hazırda 17 manat 50 qəpiyə satılır. Sözügedən şirkətdən həmçinin bildirilib ki, Gəncəbasar zonasında fermerlər tərəfindən taxıl və buğda məhsulları təklif edənlər barmaqla sayılacaq qədər azdır. Həmin məhsulları satmaq istəyənlər isə buğdanı keyfiyyətcə daha yüksək olan Qazaxıstan buğdasından da baha təklif edir və bu qiymət, kiloqrama görə, təxminən 26-30 qəpik civarındadır. Məhz bu səbəbdən də "FATOĞLU" xarici ölkələrdən, xüsusilə də Qazaxıstandan məhsul almağa üstünlük verir. Qeyd etdiyimiz faktlar isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin xüsusi çəkisi olan müəssisələrin un və çörək məhsullarının qiymətlərini artırmaması ilə bağlı dediklərini birmənalı şəkildə təkzib edir.

   

   İnhisarçılar taxıl bazarını ələ keçirib?

   

   Sadaladığımız faktlar göstərir ki, xırda müəssisələrin Qazaxıstan və digər xarici ölkələrdən böyük həcmdə taxıl almaq imkanları məhdud olduğundan, taxıl bazarının böyük müəssisələr tərəfindən inhisara alınacağı istisna edilmir. Bu səbəbdən də son günlər Azərbaycanda taxıl məhsullarının inhisara alınması barədə ciddi fikirlər səsləndirilir. Bildirilir ki, ölkəmizə idxal olunan taxıl məhsulları az sayda əllərdə idarə edildiyindən, bazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə gətirib çıxarıb. Nəticədə həmin məhsullar inhisarçılar tərəfindən daha yüksək qiymətə alıcılara təklif edilir. Ancaq taxıl məhsullarının qiymətinin artmasının ölkəmizin bu bazarında inhisar və kartel razılaşmalarının olmasına dəlalət etmədiyini iddia edənlər var. İddialara görə, hər hansı bir inhisarçılıq və bazarın bir qrup şəxslər tərəfindən idarə edilməsi haqqında heç bir söhbət ola bilməz.

   Çünki bu gün Azərbaycanda taxıl Rusiya və Qazaxıstandan bahadır. Lakin bununla belə, ölkəmizdə un ucuzdur. Azərbaycanın taxıl bazarındakı acınacaqlı vəziyyəti neftin qiymətinin artması nəticəsində taxıl kimi enerjitutumlu məhsulların qiymətinin artmasının təsiri ilə əlaqələndirənlər də var.

   Bildirilir ki, taxılın qiymət artımı taxıl məhsullarından alternativ enerji mənbəyi kimi istifadə, karbohidrogen xammalın üzvi xammala dəyişdirilməsi, şəkərin bioyanacaq kimi istifadə edilməsinə görə baş verir. Bütün bunlar da taxıl məhsullarına tələbatın və qiymətlərin artmasına gətirib çıxarır.

   
Təbriz VƏFALI
Oxunub: 251 Geri gayıt
Digər xəbərlər
Taxtanın qiyməti 70-100 manat artdı
Yaşar Əsədov: "Adətən bizdə qiymətlər 5-6 faiz deyil, 50-60 faiz bahalaşır"
Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı Azərbaycanda kəskin fikir ayrılıqları yaranıb
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə birdəfəlik son qoyula bilər
Kommersiya bankları maliyyə böhranının yeni mərhələsini yetişdirir
Kredit faizlərindəki mövcud eniş nəyə gətirib çıxaracaq?
Orta və kiçik sahibkarlıq ciddi iqtisadi təhlükə ilə üzləşib
Dövlət Xidmətinin rəisi Zahid İsayevin unun bahalaşmaması ilə bağlı dedikləri yanlış çıxdı
 
 SON XƏBƏRLƏR
2010-09-06 Sumqayıt və Xətai polisləri avtomobillərdə oğurluq edən iki şəxsi tutub
2010-09-06 Bakı küləyi paytaxt sakinini ayaqsız qoydu
2010-09-06 Neftçalada nişanlı oğlan özünü asdı
2010-09-06 Şirvanda "Mercedes"lə "Niva"nın toqquşmasında 5 nəfər yaralanıb
2010-09-06 39-cu marşrutda 12 avtobusun əvəzinə cəmi 3 avtobus xəttə çıxır
2010-09-06 Şəhid əsgərlərimizdən biri torpağa tapşırıldı
2010-09-06 Piter Semnebi yenə Azərbaycandadır
2010-09-06 Yuliya Timoşenko çantasını yığıb həbsxanaya getməyə hazır olduğunu dedi
2010-09-06 Həmsədrlər bu gün Bakıda olacaq
2010-09-06 Parlament seçki kampaniyasına rəsmən start verildi
2010-09-06 Xətai polisi kafedə Türkiyə vətəndaşının pulunu oğurlamış şəxsi axtarır
2010-09-06 AMİP Sabir Rüstəmxanlı ilə Asim Mollazadənin yanında(?)...
2010-09-06 Ermənilərin Türkiyədəki Akdamar kilsəsində böyük erməni toplantısına əks kampaniya başlayıb
2010-09-06 "Bakı-Xəbər"in İşçi Qrupu layihənin icrasına başladı
2010-09-06 Əliməmməd Nuriyev "Şəffaflıq-Azərbaycan"ın "23 min korrupsiya müraciəti" xəbərinə şübhə etdi
2010-09-06 QHT Şurası və Aynur Quliyevanın birgə layihəsi ortaya maraqlı fakt çıxarıb
2010-09-06 Dövlət məmurlarına qarşı bəzi televiziyaların mənəvi terror cəhdi etiraz doğurdu
2010-09-06 Bakı Dövlət Universitetinin Elmi kitabxanasının baş biblioqrafı həbs edildi
2010-09-06 Misir Mərdanov "bəxti qara universitetlər" siyahısının genişlənəcəyinə işarə vurdu
2010-09-06 Müsavatın MNTK sədri partiyanın məclisinə qarşı çıxdı
2010-09-06 Müsavat Məclisində dava düşüb
2010-09-06 Hələlik Xanhüseyn Kazımlı və Fəzail Ağamalı bloklardan kənar görünür
2010-09-06 Bakı məktəblərində 197 pedaqoji yer boş qalıb
2010-09-06 Sumqayıt və Xətai polisləri avtomobillərdə oğurluq edən iki şəxsi tutub
2010-09-06 Yardımlının Zevin kəndində yaşayan qatil qardaşlar İrana qaçmaq istərkən tutuldular
2010-09-06 Taxtanın qiyməti 70-100 manat artdı
2010-09-06 Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı Azərbaycanda kəskin fikir ayrılıqları yaranıb
2010-09-06 Partiyaların çoxu faktiki QHT statusuna düşüb
2010-09-06 Qüdrət Həsənquliyev Goranboy seçki dairəsindən Culfa dairəsinə keçə bilər
2010-09-06 Ermənilər Medvedyevin Bakı səfəri günlərində də atəşkəsi pozdular
2010-09-06 İlham Əliyev ərazi bütövlüyü ilə təyini-müqəddəratın vəhdəti barədə maraqlı fikir söylədi
2010-09-06 AŞ PA-dan türk-erməni sərhədləri ilə bağlı Azərbaycanın narahatlığına böyük dəstək...
2010-09-06 Dini Tolerantlıq Rəbbin əmridir
2010-09-06 Qida rasionunda çörəyin artması bizi hara aparır?
2010-09-06 Uzun illər Rusiyada yaşayan bərdəli Tərtərdəki ziyarətgahda özünü bıçaqlayıb öldürdü
2010-09-06 Ramazandan sonra bahalaşmanın yeni dalğası gələ bilər
2010-09-06 İngilislər "Qalatasaray"ın təklifinə yox dedi
2010-09-06 Andorra - Rusiya matçında "alma yağışı"...
2010-09-06 "İnter"in prezidenti Maurinyoya cavab verdi
2010-09-06 Marsel Yansen də Azərbaycan millisinə qarşı oynaya bilməyəcək
2010-09-06 Hakimlərin gecikməsi oyunun təxirə salınmasına səbəb oldu
2010-09-06 Pele yenidən "Marakana"da
2010-09-06 Türkiyə yığması Qazaxıstanda xoşagəlməz halla üzləşdi
2010-09-06 Belarusun baş məşqçisi Fransa üzərində qələbənin sirrini açdı
2010-09-06 "Qızıl top"a ən real namizəd Xavidir
2010-09-06 Foqts Azərbaycan futbolunu necə görür?
2010-09-06 Ramazan ayının 28-ci gününün duasına qısa şərh
2010-09-06 Nizami polisi "Jiquli" oğurlayan Qaqaş Musayevi tutdu
2010-09-06 Orta məktəblərin müstəqil maliyyələşməsinə çoxdan keçmək lazım idi
2010-09-06 Bir neçə günə fəaliyyətə başlayacaq "Analar məktəbi"nin məqsədi nədir?
2010-09-06 Kommersiya bankları maliyyə böhranının yeni mərhələsini yetişdirir
2010-09-06 Orta və kiçik sahibkarlıq ciddi iqtisadi təhlükə ilə üzləşib
2010-09-03 Niyaz Şirinov və Qəhrəman Haşımov "BMW-X5"lə "VAZ 2103"ü toqquşdurdu
2010-09-03 Bakı metrosunda ölüm hadisəsi baş verib
2010-09-03 "Azəriqaz"ın Müdafiə Nazirliyinə qarşı iddiası üzrə apelyasiya şikayəti təmin olunmadı
2010-09-03 Qaradağda Vaqif Məmmədovun avtobusu ilə Anarın "07"si dəhşətli şəkildə toqquşdu
2010-09-03 Saatlının Qaranur kəndində 77 yaşlı ata 50 yaşlı oğlunu baltaladı
2010-09-03 Erməni Azərbaycan parlamentinin deputatı olmaq istəyir
2010-09-03 Ramazotti Vahid Ələkbərovun yubileyində 150 min dollara oxudu
2010-09-03 ABŞ-da telekanal binasında insanları girov götürən şəxs öldürüldü
2010-09-03 Ramazan bayramı iki gün qeyd olunacaq
2010-09-03 Bərdənin Bəjirəvan kəndində kütləvi zəhərlənmə olub
2010-09-03 Eynulla Fətullayev 16 məhkəmə protokolunun 10-u ilə tanış olduğu üçün vəsatət qaldırdı
2010-09-03 Ordudan qaçan əsgərimiz Abşeronda sirkə turşusu içib öldü
2010-09-03 Ermənistan azərbaycanlı çavuşun girov götürüldüyünü boynuna aldı
2010-09-03 Azərbaycanın Dövlət Bayrağı dirəyi dünyanın ən hündür dirəyi kimi Ginnesə düşdü
2010-09-03 KİV-ə dəstək yenilikləri müsbət əks-səda doğurdu
2010-09-03 Medvedyev bu gün İlham Əliyevlə görüşəcək
2010-09-03 Lalə Şövkətlə Əli Əliyev bloka "İnsan naminə" adı qoydu
2010-09-03 Əgər iki partiyaya blok demək olarsa, belə bloklardan biri də gələn həftə elan olunacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009