Niyaz Şirinov və Qəhrəman Haşımov "BMW-X5"lə "VAZ 2103"ü toqquşdurdu
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, qəza avqustun 30-da Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Şəhər sakini Qəhrəman Haşımovun idarə etdiyi "VAZ-2103" markalı və həmyerlisi Niyazi Şirinovun idarə etdiyi "BMW-X 5" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Q.Haşımov sentyabr ayının 1-də orada ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.