Bakı metrosunda ölüm hadisəsi baş verib
Gəncəli Knyaz Şükürov ürək tutmasından keçinib
Bakı metrosunda ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən məlumat verilib. Hadisə dünən saat 15.00 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınıb. 50-55 yaşlarında naməlum kişi qatarda olarkən qəflətən keçinib. Hadisə yerinə Yasamal Rayon Prokurorluğunun əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirən ekspertlər onun ürək tutmasından öldüyünü müəyyən edib. Mərhumun üzərindən götürülən sənədə əsasən onun Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Knyaz Şükürov olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.