"Azəriqaz"ın Müdafiə Nazirliyinə qarşı iddiası üzrə apelyasiya şikayəti təmin olunmadı
Şirkət 17 min manatı ala bilmədi
Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Elmira Nağıyevanın sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanması barədə qərar qəbul olunub. İstehsalat Birliyinin iddiası təmin olunmayıb. Qeyd edək ki, "Azəriqaz" Müdafiə Nazirliyi barəsində 17 977,36 manat borcunu ödəmədiyi üçün iddia qaldırıb. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianı təmin etmədiyindən "Azəriqaz" İB apelyasiya şikayəti verib.