Qaradağda Vaqif Məmmədovun avtobusu ilə Anarın "07"si dəhşətli şəkildə toqquşdu
İki nəfər ölüb, 9 nəfər xəsarət alıb
Azərbaycan paytaxtında ağır yol qəzası baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobil Ələt qəsəbə sakini, 19 yaşlı Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə A.Əzizov və sərnişini Valeh Qarayev hadisə yerində dünyasını dəyişib. "Ford"un sürücüsü və hər iki avtomobildə olan sərnişinlər 18 yaşlı Əziz Əzizov, 23 yaşlı Elgün Mustafayev, Kiçikxanım Bünyadova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.