Saatlının Qaranur kəndində 77 yaşlı ata 50 yaşlı oğlunu baltaladı
Saatlı rayonunda üç gün əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb. Bu barədə APA-ya Saatlı Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, hadisə rayonun Qaranur kəndində qeydə alınıb. Kənd sakini, 77 yaşlı Səməd Həbib oğlu Qasımov ailə münaqişəsi zəminində oğlu, 50 yaşlı Rasim Səməd oğlu Qasımovu balta ilə vuraraq öldürüb. Sonra isə ata oğlunun meyitini evin dəhlizində gizlədib. Meyitin iylənməsi qonşular tərəfindən qətlin açılmasına səbəb olub. Hadisəni törədən S.Qasımov polis tərəfindən saxlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.