.jpg)
Məşhur italyan müğənnisi Eros Ramazotti Moskvada "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovun 60 illik yubileyində çıxış edib. ANS PRESS-in məlumatına görə, 46 yaşlı dünya şöhrətli müğənninin 40 dəqiqəlik şousu 150 000 dollar qarşılığında neft maqnatının 60 illiyinə sürpriz edilib.
Ziyafət "Krokus Siti Holl"un banket zalında təşkil edilib. Təşkilatçılığı yubilyarın ailəsinin yaxın dostu olan "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov öz öhdəsinə götürüb.
Gecə boyu səhnəni Ramazotti ilə Larisa Dolina bölüşüb. Zalda yubilyarın yaşının sayı qədər - 60 stol açılıb. Ziyafəti "Spokoynoy noçi malışı" (Gecəniz xeyrə qalsın, balacalar ) proqramının aparıcısı Oksana Fyodorova idarə edib. Dəvətlilər avtomobillərini 4 mərtəbəli "Krokus"un damında saxlayıb. Qonaqların avtomobilləri nəinki mühafizəçilər, eyni zamanda milis əməkdaşları tərəfindən olduqca diqqətlə yoxlanıb. Əvvəlcə yük yerinin açılması xahiş olunub, sonra isə diqqətlə avtomobilin içi nəzərdən keçirilib. Park edilən avtomobillərin seriyasının "AMR" və "VMR" olması insanlarda ad gününün deyil, yüksək səviyyədə dövlət görüşünün keçirilməsi təəssüratı yaradıb. Girişdə qonaqları qara kostyumlu mühafizəçilərdən ibarət desant dəstəsi qarşılayıb.
Yubilyar gecə boyu sevimli həyat yoldaşından ayrılmayıb. Təbrikləri qəbul etmək üçün onlar masalara birlikdə yaxınlaşıb. Qonaqlar arasında nəinki dövlət məmurları, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri, şou-biznes ulduzları və elit təbəqənin təmsilçiləri gözə dəyib. Ziyafətin menyusu olduqca seçilmiş olub.
Xatırladaq ki, "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov sentyabrın 1-də öz postundan gedəcəyini elan etmişdi. O bu addımını ömrünün 7-ci onilliyini rahatlıq içində keçirmək istəyilə əsaslandırmışdı.